Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kərəvizin sapı da, özü də çox faydalıdır
Kərəvizin sapı da, özü də çox faydalıdır
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1315
Səs ver:
Hələ qədim zamanlardan kərəvizdən xalq təbabətində geniş istifadə olunub. Bu bitki zəngin tərkibi ilə bir çox xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitələrindəndir. Kərəvizin faydalarından biri sinir sisteminə müsbət təsir göstərməsidir. O, qandakı stress hormonunun miqdarını aşağı salır. K vitamini ilə birlikdə yüksək miqdarda A vitamini, fosfor və kalium ehtiva edir. Bundan başqa, kərəvizin tərkibinə az miqdarda B və C vitamini və digər minerallar da daxildir. Xərçəngə qarşı kərəviz Sağlam qidalanma mütəxəssisi İpək Ağacanın verdiyi məlumata görə, kərəvizin kökü və saplağı yüksək antioksidant təsirə malik olduğu üçün xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. İltihab önləyici olan kərəviz, həm də detoks təsiri ilə tanınır. Qəbizliyə və yüksək təzyiqə qarşı kərəviz sapı Lif baxımından zəngin olan kərəviz həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Bunun üçün 1 ədəd kərəviz sapını qatığa, salatlara və ya yeməklərə əlavə edərək yeyin. Bundan başqa, kərəviz sapı təzyiqi aşağı salmağa yardım edir. Kərəviz yeyərək ideal çəkini qoru Artıq çəki problemi olanlar üçün kərəviz ən yaxşı tərəvəzlərdən biri sayılır. Çünki kərəviz aşağı kalorili bitkidir. Arıqlamaq istəyənlər qidalanma rasionuna kərəviz əlavə etsələr, müsbət nəticə əldə edə bilərlər. Belə ki, 100 qram kərəviz yedikdə 16 kalori qəbul etmiş oluruq. Ancaq həmin 100 qram kərəvizi həzm etmək üçün orqanizmdən daha çox enerji tələb olunur ki, bu prosesdə insan daha çox kalori sərf etmiş olur. Kərəvizi həm yeməklərə qatıb, həm də çiy şəkildə qatıq və bir qaşıq zeytun yağı ilə qarışdıraraq salat kimi də yemək olar. Diyetoloqun sözlərinə görə, kərəviz şorbası ilə bir həftəyə istədiyiniz qədər arıqlamaq mümkündür. Şorbadan gün ərzində istədiyiniz qədər için. Bananı çıxmaq şərti ilə çoxlu meyvə də yeyə bilərsiniz. Hollivudun sevilən aktrisası Cennifer Eniston da məhz kərəviz sayəsində formada qalıb. O, dümdüz qarnını da, əsasən, kərəvizə borcludur.


Şərhlər:
Baxılıb: 1315
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz