Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağciyər xərçənginin dostu, şəkərin düşməni olan bitki
Ağciyər xərçənginin dostu, şəkərin düşməni olan bitki
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 939
Səs ver:
Əvvəlcə sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu həm qədim, həm də müasir bitkidir. Qədimdir ona görə ki, 5 min ildən çox yaşı var. Müasirdir ona görə ki, onun bir sıra sağlamlıq üçün tibbi əhəmiyyəti son illər yenidən gündəmə gəlib. Yetişmiş keçibuynuzu elə bil lobyanın sadəcə uzun formasıdır. Adından göründüyü kimi, bitkinin xarici görünüşü keçinin buynuzlarını xatırladır.

Keçibuynuzu ağacının hündürlüyü 8-10 metrə çatır, daim yaşıl ağac olan keçibuynuzunun qara buynuz şəklində meyvələri var. Keçibuynuzu əkiləndən sonra 15 il meyvə vermir. Yetişmiş ağac min kiloqrama qədər məhsul verə bilir.
Keçibuynuzu toz halında və çiy şəkildə yeyilir, ondan bəhməz (doşab) hazırlanır. Onun kimyəvi tərkibi A, B qrupu və E vitaminləri, kalium, kalsium və fosfor, natrium, maqnezium, dəmir, sink və manqandan ibarətdir. Keçibuynuzu meyvəsi və bəhməzi yüksək qida dəyərli məhsul kimi uşaqlar, xüsusilə yeniyetmələr üçün çox faydalıdır.
Bir neçə yüz il bundan əvvələ kimi hazırlanan şirniyyatlarda şəkər əvəzi kimi istifadə olunurdu. Ağ şəkər istehsalına başlanandan sonra ondan imtina edilməsi və keçibuynuzunun qidalanmadakı əhəmiyyəti bir qədər unudulmuşdur.
Keçibuynuzunun faydaları kifayət qədər çoxdur. Nəfəs darlığına qarşı keçibuynuzu meyvəsində olan maddə, demək olar ki, başqa heç bir bitkidə yoxdur. Eyni zamanda bəzi allergik astma xəstəliklərində onun tətbiqi zamanı dərhal nəticə əldə etmək mümkündür. Tərkibindəki qall turşusu sağlamlığa müsbət təsir göstərən bir maddədir. Bitkinin tərkibindəki digər promotor maddələr onun xüsusiyyətlərini daha da artırır.
Keçibuynuzu ağrıkəsici, antiseptik, allergiyaya qarşı, astma və xərçəng əleyhinə, mikroblara qarşı, ishal və qəbizliyə qarşı, bronxgenişlədici keyfiyyətlərə malikdir, həmçinin keçibuynuzu qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflicinin qarşısını alır, bundan başqa qida maddələrində E410 ilə göstərilən həcm artırıcı qida maddəsi kimi də istifadə olunur. Çəyirdəkləri üyüdülərək süd və balla südlü qəhvə kimi bişirilir, ondan bəkməz hazırlanır.
Keçibuynuzu 9 faiz hallarda ağciyər xərçənginin qarşısını almaq gücünə malikdir. Həmin xəstəlik daha çox siqaret çəkənlərdə özünü büruzə verir. Ağciyər xərçənginin daha yaxşı müalicə edilməsi üçün keçibuynuzu ilə qırmızı turpdan istifadə edilməsi müalicənin təsir gücünü artırır.
Keçibuynuzunda xolesterinin yoxluğu da onun böyük üstünlüyüdür. Tərkibində kofein və teobromin olmadığı üçün qan təzyiqi zamanı ondan istifadə etmək olar. Bitki fosfor və kalsiumla çox zəngindir.
Ona görə də osteoporoz (sümük əriməsi) xəstəliyi zamanı kalsium ehtiyacının qarşılanmasına kömək edir. Keçibuynuzu kalsiumla zəngindir, onun tərkibində süddən 3 dəfə çox kalsium var, dişlər üçün çox xeyirlidir.
Tərkibindəki E vitamininə görə öskürəyə, qripə və qan azlığına xeyirdir. Natrium və kaliumla zəngin olduğu üçün təzyiq, qaraciyər və ağciyər xəstəlikləri zamanı müsbət təsir göstərir. Qanı zəhərli maddələrdən təmizləyir, ürəyə çox xeyirdir. Orqanizminə daxil olan radiasiyanı xaric edir, taxikardiyanı, mədə və bağırsaq qazlarını xaric edərək şişkinliyi aradan qaldırır.
Tərkibində yüksək şəkər olduğuna görə şəkər xəstələrinin ondan istifadəsi məsləhət görülmür.
Keçibuynuzundan necə istifadə edilir?
Meyvələri təzə və quru olaraq yeyilir. Onun çəyirdəklərindən də istifadə etmk olar. Yarpaqları və budaqları qurudulub qaynadılaraq çay hazırlanır. Çəyirdəyini üyüdüb suda qaynatdıqdan sonra məlhəm hazırlanır və onun şiş və yaralara sürtülməsi sağalmanı sürətləndirir.
Keçibuynuzundan hazırlanan bəhməzi mütəmadi olaraq qəbul etmək çox faydalıdır.
Keçibuynuzu bəhməzinin faydaları:
İçindəki E vitamini öskürək və qrip zamanı immuniteti artırır, bəlğəmgətirici təsir göstərir.
Siqaret çəkənlərdə bronxları təmizləyir, nəfəs daralmalarında yaxşı təsir göstərir.
Qanazlığı zamanı çox faydalıdır.
Tərkibindəki yüksək xam sellüloza sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qastritin müalicəsində yaxşı effekt verir.
Bağırsaq qurdlarının təmizlənməsinə kömək edir.
Sinir sistemini qüvvətləndirir.
Tərkibindəki yüksək təbii şəkərlər, zəngin minerallar (xüsusilə sink) və A, B1, B2, B3, D vitaminləri sayəsində təbii güc və enerji qaynağıdır.


Şərhlər:
Baxılıb: 939
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz