Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Feyxoanın müalicəvi xüsusiyyətləri
Feyxoanın müalicəvi xüsusiyyətləri
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1336
Səs ver:
Feyxoa çox xeyirli meyvədir. Feyxoa bir çox xəstəliklər zamanı əsl müalicəvi vasitə kimi istifadə oluna bilər.

- Yod çatışamazlığı ilə bağlı olan qalxanvari vəzi xəstəlikləri zamanı feyxoanın qəbulu xüsusilə xeyirlidir. Belə hesab olunur ki, feyxoa tərkibində olan yodun miqdarına görə dəniz məhsullarına yaxındır.

- Feyxoanın ətində və xüsusilə də qabıqlarında "katexin" və "antosinlər" fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin  profilaktikası üçün olduqca vacib olan maddələrdir.

- Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir - bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.

- Feyxoanın iltihab və virusəleyhinə xüsusiyyətləri var. Soyuqdəymə xəstəlikləri zamanı feyxoadan hazırlanmış çay orqanizmə çox yaxşı müalicəvi təsir edir. 3 feyxoanı doğrayın (qabıqlı),  üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.

- Feyxoa müxtəlif vitaminlər və minerallarla zəngindir. Soyuq fəsillərdə bu meyvə insanı hipovitaminozdan xilas edir.

- Feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.

- Feyxoa yarpaqlarının dəmləməsi antiseptik xüsusiyyətlərə malikdir. Bu dəmləmə dəridə olan kiçik yaraların, xoraların, yanıqların və s. sağalmasını tezləşdirir, dəri xəstəlikləri zamanı istifadə oluna bilər. Dəmləmədə steril tənzif isladıb zədələnmiş sahəyə qoyun. Belə islatmaları gündə bir neçə dəfə etmək lazımdır.

- Feyxoa arterial təzyiqinin tənzimlənməsində kömək edir.

- Feyxoa immun sistemini möhkəmləndirir.

- Feyxoa bağırsaqların fəaliyyətini yaxşılaşdırır.


Şərhlər:
Baxılıb: 1336
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz