Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Badam və badam yağının faydaları
Badam və badam yağının faydaları
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 1272
Səs ver:
Tərkibində olan B1 vitamini-tiamin orqanizmi enerji ilə təmin edir, immun sistemi möhkəmləndirir, B2 vitamini-riboflavin hemoqlobin sintezində iştirak edən bir çox fermentlərin tərkibinə daxildir. B6 vitamini-piridoksin sinir sisteminin funksional fəaliyyətini yaxşılaşdırır, stresə qarşı dözümlüyü artırır, B9 vitamini-fol turşusu qanda ürək qan-damar xəstəliklərinin yaranmasına səbəb olan zərərli xolesterinin miqdarını azaldır, qaraciyərin işini yaxşılaşdırır.

Qidalanma zamanı badamdan istifadə ediləndə orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur. Toxum qabığının tərkibində olan maddələr virus infeksiyasına yoluxmuş qadınların sağalmasını sürətləndirir.

Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Badam qaraciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimulə edir.

Badam yağı
Badamı qiymətli edən həm də onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45 faiz, şirin badamda isə 62 faiz yağ olur və onu soyuq presləmə yolu ilə alanda öz mülicəvi xüsusiyyətlərini saxlayır. Əczaçılıqda dərialtı inyeksiyaların, məlhəm və şamların hazırlanmasında istifadə edilir. Acı badam yağının tərkibində olan amiqdalin qlikozidi və sianid turşusuna görə onu daxilə qəbul etmək olduqca təhlükəlidir və yalnız xaricə tətbiq edilir.

Şirin badam yağı isə həm daxilə, həm də xaricə istifadə edilir. Qəbizlik, pnevmoniya, bronxial astma və otit zamanı daxilə qəbul edilən şirin badam yağının iltihabəleyhinə, bəlğəmgətirici, sakitləşdirici və yumşaldıcı təsirləri var. Yuxunu yaxşılaşdırır, zehni qabiliyyəti artır.

Onunla masaj ediləndə asanlıqla sorulur, allergik reaksiya vermədən dərini nəmləndirir, qidalandırır və yenilənməsini sürətləndirir. Üz dərisi və kipriklərdən kosmetik vasitələrin silinməsi üçün ideal vasitədir. Badam yağı saç köklərini qidalandıraraq möhkəmləndirir, saçların elastikliyini və parlaqlığını artırır.

Badamın istifadəsinə əks göstərişlər
Yüksək kalorili olduğuna görə piylənmədən əziyyət çəkənlər menyuda badamı məhdudlaşdırmalıdır. Ürək-damar sisteminə birbaşa təsir göstərdiyinə görə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Tərkibində amiqdalin qlikozidi, benzaldehid və güclü zəhərləyici təsirə malik sianid turşusu acı badamın və ya yetişməmiş şirin badamın yeyilməsi zəhərlənməyə səbəb ola bilər. Böyüklərin 50, uşaqların 10 ədəd çiy acı badam yeməsi ölümcül doza ola bilər.

Badam aktiv allergen ola bilər və ona qarşı allergiya zamanı tənəffüs çətinləşir, qaşınma, ağızın və qırtlağın selikli qişası ödemləşir.

Badamın kosmetologiya istifadəsi

Quru və həssas dəri üçün maska
1 xörək qaşığı üyüdülmüş badam ləpəsi üzərinə sıyıq halına gələnə qədər xama əlavə edilərək qarışdırılır. Üz, boyun və sinə nahiyəsinə çəkilərək 30 dəqiqə saxlanandan sonra soyuq suyla yuyulur.

Yağlı dəri üçün skrab
5 ədəd xırdalanmış badam ləpəsi üzərinə 1 xörək qaşığı qəhvəüyüdəndə toz halına salınmış yulaf yarması və 1 ədəd çalınmış yumurta ağı əlavə edilərək qarışdırılır. Üz, boyun və sinənin təmiz dərisinə masaj edilərək çəkilir. 2-3 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.

Herba Flora şirkətinin soyuq prasləmə üsulu ilə istehsal etdiyi Fitooil Badam yağı unikal tərkibini və müalicəvi xüsusiyyətlərini tam saxlayır.


Şərhlər: 8
Baxılıb: 1272
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
çox faydali yağdı istifde edrem kirpiklerime ve sacima cekirem çox effektlidir
15 avqust 2015 18:33
# 8
Don't trust anyone ∆
emis
Badami sevirem ama yagini hec istifade etmemisem faydali oldugunu esitmisem yalniz lazim olsa alaram. Faydalari cox imis en cox masajda faydasi oldugunu bilirdim tesekkur.
15 avqust 2015 03:45
# 7
Catwoman666
Badam yağının çox faydalı olduğunu bilirəm. Badamın özünü də ço..x sevirəm.

...666...
14 avqust 2015 21:52
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Badam yağı çox faydalı yağdır xüsusilə şirin badam yağı daha effektlidir acı olanı açıq çəhrayı rəngdə , şirin olanı isə sarı rəngdə olur.
14 avqust 2015 20:16
# 5
vipbetul
faydali melumatdi
14 avqust 2015 15:49
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Dogrusu faydali oldugunu esitmisem, ancaq istifade etmemisem.
14 avqust 2015 10:23
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
meni_gozle
badam yagini men sacima maska edirem saclarimin qurulugun goturmek ucun istifade edirem
14 avqust 2015 10:10
# 2
yarpaq33
Badam yaginin xeyirli ve faydali oldugunu bilirdim ama bu qederde yox twk
14 avqust 2015 09:53
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz