Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orqanizmi toksinlərdən xaric edib böyrəkləri təmizləyən bitkilər
Orqanizmi toksinlərdən xaric edib böyrəkləri təmizləyən bitkilər
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 1176
Səs ver:
Böyrəkləri təmizləmək üçün otlardan istifadə etmək orqanizmin özünü zərərli maddələrdən təmizlənməsinin ən yaxşı yollarından biridir.  Amma nisbətən daha az tanınan üsuldur.  

Böyrəklər orqanizmin ümumi sağlamlığında çox mühüm rola malikdir. Bəs, necə? Böyrəklər bədəndən toksinlərin atılmasını təmin edir və filtr vəzifəsini yerinə yetirir. Əgər bu filtr ləngisə, bədəndəki qan zəhərlənir. Çünki duz və tullantılar böyrəklərə yığılır. Bu zaman böyrəklərə həddindən artıq tullantı maddələr və toksinlər toplandığı üçün onu xaric edə bilmir. Böyrəklərin fəaliyyətinin zəifləməsi müxtəlif səbəblərə bağlı olaraq meydana gələ bilər.  

Böyrəkləri təmizləyən faydalı otlar

Qatırquyruğu
Qatırquyruğu böyrəkləri toksinlərdən təmizləyən ən geniş yayılmış otlardan biridir. Onun tərkibindəki yüksək silisium oksid toksinləri zərərsizləşdirir. Bundan başqa, sidikqovucudur.  Sidikqovucu xüsusiyyəti sayəsində orqanizmdən sidik ilə birlikdə toksinləri və digər zərərli maddələrin atılmasını təmin edir. Qatırquyruğunu dəmləyib içmək böyrəklərdə və sidik yollarındakı daşlaşmanı, kirəcləşməni, oynaqlardakı duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını asanlaşdırır.

Qaragilə
Qaragilə uzun zamandan bəri sidik kisəsinin və sidik yolu infeksiyalarının müalicəsində dərman kimi istifadə olunur. Bu bitki antibakterial maddələrlə zəngindir. Qaragilədə olan antibakterial maddələr böyrəkləri toksinlərdən təmizləyir.
Əsasən sidikqovucu olduğundan sidik miqdarını artıraraq zəhərli maddələrin orqanizmdən xaric olunmasını təmin edir. Bundan başqa, sistit, nefrit, prostatit, sidik iltihabı və sidik yolu ilə bağlı problemləri müalicə edir.

Gicitkən otu
Toksinlər və tullantı maddələrin atılmasında bu bitki böyrəklər üçün olduqca effektlidir. Gicitkən otunun tərkibi qidalandırıcı və bol miqdarda xlorofil, beta karoten, A vitamini, B2 vitamini, C vitamini, E vitamini, kalsium, kalium və dəmirdən ibarətdir. Gicitkən də faydalı təsirlərə malik olan sidikqovucu bitkidir.

Cəfəri
Həm ləzzətli, həm də salatları bəzəyən bu faydalı göyərti böyrəkləri təmizləyib toksinləri orqanizmdən xaric edir. Bundan başqa, cəfəri detoks funksiyasını yerinə yetirərək, artıq yağları yandırır. Həmçinin sidikqovucu xüsusiyyətinə görə, şiş və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

Zəncəfil
Zəncəfil qanı və böyrəyi toksinlərdən təmizləməyə kömək edir, çiy və ya bişmiş halda böyrək üçün ən yaxşı qidalardan biri hesab olunur.


Şərhlər: 7
Baxılıb: 1176
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
VIP
Cəfərini xoşlayıram,istifadə edirəm.Digər bitkilərdən istifadə etmirəm.
21 avqust 2015 17:08
# 7
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
cox gozel faydali melumatdi
21 avqust 2015 13:21
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Bu bitkilərin çayları faydalıdır, ancaq mən heç bitki saçları içmirəm. gündə bir dəfə çay içirəm. o da səhər)) çay içməyə həvəsli deyiləm.

...666...
20 avqust 2015 23:59
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Faydali meslehetdir, ancaq hec birinden icmemisem, tesekkur.
20 avqust 2015 18:25
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
amaril
Xebere gore tesekkurler.
20 avqust 2015 17:00
# 3
Niquw Abdulayeva
Faydali melumatlardir
20 avqust 2015 14:03
# 2
BARBI
Mende bu bitkilerden istifade edirem. Cox faydali caylardi
20 avqust 2015 12:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz