Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Diabetə qarşı ən effektli 6 meyvə
Diabetə qarşı ən effektli 6 meyvə
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 1035
Səs ver:
Xalq arasında şəkər xəstəliyi kimi tanınan diabet orqanizmdə bütün orqanlara təsir edir, sıradan çıxarır və ömür boyu sürən xəstəliklərə zəmin hazırlayır. Köklük probleminin uşaqlıqdan etibarən yayılmağa başladığı günümüzdə diabet xəstələrinin sayı da sürətlə artır. Köklük və hərəkətsiz həyat tərzi diabetə gətirib çıxarır. Xəstəliyin müalicəsində ilk öncə qan şəkərinin sağlam qidalanma və məşqlər ilə nizamlanması məqsədi güdülür. Bu çərçivədə meyvələrin tərkibindəki şəkər nisbətləri və buna bağlı olaraq qiymətləndirilən qlisemik indeks dəyəri baxımından düzgün istiqamətləndirilməsi lazımdır. Qidalanma və pəhriz mütəxəssisi Oqtay Torluoğlu bəzi meyvələrin immunitetin zəiflədiyi dövrdə süfrələrdən əskik edilməməsi lazım olduğunu vurğulayır.  diyetoloq Torluoğlunun  diabet xəstələri üçün immuniteti gücləndirən 6 meyvənin siyahısını təqdim edir:

Zoğal
Zoğal şəfa mənbəyi olan meyvədir.  Zoğalın tərkibində həm hüceyrələri yeniləyən, həm də immun sistemimizi tənzimləyən melatonin var. Turşməzə dadından dolayı çox üstünlük verilməsə də, təzə zoğal qurusu və siropu ilə müqayisədə ən faydalısıdır. Qurusunda və siropunda şəkər nisbəti artdığı üçün ümumiyyətlə, təzəsi daha çox tövsiyə olunur. Onu salatlara və ya qatığa əlavə edərək yemək olar.

Nar
Çoxlu antioksidant komponentə malik olan nar diabetdən xərçəngə qədər bir çox xəstəliklə mübarizədə güclü döyüşçü kimi qarşımıza çıxır. Narın tərkibindəki komponentlərdən daha çox faydalanmaq üçün ağ hissəsi ilə birlikdə istehlak edilməsi lazımdır. 1 orta boy nar gündəlik C vitamini ehtiyacının yarısını ödəyir.

Darçınlı heyva
Aşağı şəkər nisbəti ilə diabet xəstələri üçün son dərəcə əlverişli meyvə olan heyvanın üstünə bir miqdar darçın səpdikdə daha çox fayda verir. Qan şəkərinin mülayimləşməsinə yardımçı olduğu kimi yüksək lif nisbəti ilə qan şəkərinin ani yüksəlməsinin qarşısını alır. Xüsusən də A və C vitamini, pektinlə zəngin meyvə kimi diqqət çəkir. Heyva bronxit, ağciyər xəstəlikləri və öskürəyin aradan qaldırılmasında da olduqca təsirlidir. Qan şəkəri yüksək müşahidə edilən şəxslər heyva suyu istehlakından çəkinməlidir.

Moruq
Qan şəkərini aşağı salan, immunitet sistemini qüvvətləndirici xüsusiyyəti olan moruq fol turşusu, A və E vitaminləri, kalium, maqnezium və dəmirlə olduqca zəngindir. Tərkibindəki antioksidantlar sayəsində zəhər atıcı xüsusiyyəti ilə diqqət çəkir.  Moruq qızdırmanı azaltmaq xüsusiyyətinə malikdir. Lakin porsiya məsələsində diqqətli davranmaq, bütövlükdə 1 çay stəkanı keçməmək lazımdır.

Kivi
Aşağı qlisemik tərkibli yeməklər diabet xəstələrinin şəkər nəzarətini asanlaşdırır. O yeməklər arasında C vitamini anbarı olan kivi də var. Aşağı qlisemik indeksi, C vitamini və beta karotenlə yanaşı, kalium, kalsium, maqnezium və dəmir kimi minerallar baxımından da son dərəcə zəngindir. Kivi immunitet sistemini gücləndirir. Xəstəliklərin yaranma riskini minimuma endirir. Gündə yalnız bir ədəd yeyilən kivi insanın bir günlük A və C vitamini ehtiyacını ödəyir.

Qarağat
Antioksidantlarla zəngin olan qarağat tərkibində olan komponentlər sayəsində bədəndəki şəkəri tarazlayır, enerji sərfini dəstəkləyir. Qarağat diabet və ürək xəstəliyi ilə fəal şəkildə vuruşur. Lakin diabet xəstələri gündə 1-2 xörək qaşığını keçməməlidir.


Şərhlər: 6
Baxılıb: 1035
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
bele getse men de diabet xestes olacam
çünki hedsiz çox sirin şey yiyrem 27
15 avqust 2015 18:40
# 6
Don't trust anyone ∆
emis
Heleki diabet xestesi deyilem ama bu gedisnen olacam(Allah elemesin) cunki, dehset cox sirniyyat yeyirem sirincayda da pesoxu cox tokurem ama indi itiyirem biraz azaldim sirniyyati ozumu gozlemeliyem, ama hecvaxt sirin seyden yeyib yatmiram esasen sekere hereketsiz qaldiqda tutulur insan mende hereketsizlikden eser elamet yoxdu bir yerde dayanmiram)bu meyvelerden yalniz zogali ve heyvani sevmirem turs olduqlarina gore ama qalanlarini sevirem.
14 avqust 2015 21:51
# 5
Catwoman666
Diabet xəstəsi deyiləm, amma siyahıda yer alan meyvələri çox sevirəm.

...666...
14 avqust 2015 21:41
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Allah qorusun
14 avqust 2015 15:14
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Anlamadigim o ki, turs meyveler olsun gerek.
14 avqust 2015 10:48
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Men de diabet xestesiyem. Yediyime icdiyime diqqet yetirirem
14 avqust 2015 07:51
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz