Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gilasın ürəyə faydası
Gilasın ürəyə faydası
Göndərən: emis
Şərhlər: 15
Baxılıb: 1219
Səs ver:
Gilas həm dadlı, həm də çox faydalı meyvədir. Gilasın tərkibində B qrupu, C, PP, A kimi faydalı vitaminlər, mis, sink, yod, dəmir, kalsium, maqnezium, marqans və s. kimi minerallar var.

Həmçinin gilasın tərkibində digər çox faydalı maddələr də var. Belə ki, gilasın tərkibində olan pektinlər bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir, "antosian" adlı maddələr ifadə olunmuş şişəleyhinə təsirə malikdir və s.

Tünd qırmızı rəngdə olan gilas ən xeyirli sayılır.

Gilas insanın immun sisteminə müsbət təsir edir.

Gilas ürək-damar sistemi üçün də çox xeyirlidir - qanın tərkibini yaxşılaşdırır, damarların divarlarını təmizləyir və möhkəmləndirir, hipertoniyadan əziyyət çəkən insanlar üçün xeyirlidir.

Gilas mədənin fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Lakin onu da nəzərə almaq lazımdır ki, gilasın çoxlu miqdarda qəbulu ishala, köpə, mədədə ağrılara səbəb ola bilər. Gilası az miqdarlarda olmaqla (100-150 qr) gün ərzində 2-3 dəfə yemək olar. Gilası qida qəbulları arasında yemək lazımdır.

Gilas bağırsaqları müxtəlif ziyanlı maddələrdən təmizləyir.

Gilasın tərkibində yod var. Bu mineral gilası qalxanvari vəzi pozulmaları zamanı çox xeyirli edir.

Gilas dəmirlə zəngindir. Anemiyadan əziyyət çəkən insanlar bu meyvəni mütləq öz qidasına daxil etməlidir.

Gilasda antioksidantlar var. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır.

Gilas azkalorili məhsuldur. Digər tərəfdən gilas insanı tez doyuzdurur və tox saxlayır. Bu səbəbdən arıqlamaq istəyən insanlar gilası rahat yeyə bilərlər. Hər gün qida qəbulundan 30 dəqiqə əvvəl 1 ovuc gilas yeyən insan daha az miqdarda qida qəbul edəcək və arıqlayacaq.

Gilas insanın sinir sisteminə də çox müsbət təsir edir - əhval-ruhiyyəni yaxşılaşdırır, stresdən və depressiyadan azad olmağa kömək edir.

Dəri xəstəlikləri, müxtəlif səpgiləri zamanı gilas dərini təmizləyir.

Gilas kosmetologiyada kosmetik maskalar tərkibində istifadə olunur. Gilas dərini təmizləyir, cavanlaşdırır, daha elastik və dartılmış edir.


Şərhlər: 15
Baxılıb: 1219
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Niquw Abdulayeva
Menimde en cox sevdiyim meyveler siyahisina daxildir
8 avqust 2015 03:48
# 15
Catwoman666
Gilas çox sevirəm. Dadlı və faydalı meyvədir.

...666...
7 avqust 2015 19:55
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
Denizimm
gilasi coxxxx sevirem bu qeder faydali oldugunu bilmirdim tewekkurler
7 avqust 2015 19:49
# 13

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
lale.veliyeva19
açıq deyirəm heç birini bilmirdim təşəkkürlər mənim üçün yeni oldu
7 avqust 2015 19:05
# 12
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

WiRiN BaLaM
gilasın faydasını bilirəm ,, ama məncə körpələrdə tam əksi qəbizlik yaradır
7 avqust 2015 16:21
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
Gilasi çooox sevirem faydalı olduğunuda bilirem...
tsklar...
7 avqust 2015 15:12
# 10
Don't trust anyone ∆
Fialka
Gilas sevdiyim meyvələrdəndir ancaq mövsümündə və olduqca faydalı məlumatlardır.
7 avqust 2015 15:04
# 9
vipbetul
faydali melumatdi
7 avqust 2015 14:03
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
Gilasi cox seviremm)Faydali oldugunuda bilirdim
7 avqust 2015 12:20
# 7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
ayka
her cur gilasi sevirem faydalarini da bilirem
7 avqust 2015 12:18
# 6
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Dosta_inam
Gilasi cox sevirem, faydasi haqda melumatim var idi, tesekkur.
7 avqust 2015 11:48
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
guler19
Gilas sevdiyim meyvələrdəndi. İnsanın qan damarlarını təmizləyir və möhkəmləndirir Faydaların bilirdim. Bir daha oxumaq maraqlı oldu tşklər emişim))
7 avqust 2015 11:23
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
my_angel
Gilası çox sevirəm,faydalı olduğu haqda məlumata sahib idim.
7 avqust 2015 10:58
# 3
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Gilasi cox sevirem. Gilas ozude cox faydalidir. Gilasin sapinida atmiram cayini demleyirem
7 avqust 2015 10:19
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Little girl
Gilasin faydalarini bilirdim amma bu qederini de bilmirdim.Faydali melumatdir.Tesekkurler.
7 avqust 2015 09:28
# 1
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz