Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xına ağacı və xınanın müalicəvi əhəmiyyəti
Xına ağacı və xınanın müalicəvi əhəmiyyəti
Göndərən: Miss_Oxatan
Şərhlər: 8
Baxılıb: 1391
Səs ver:
Ağlarot fəsiləsindən olan xına tropik ölkələrdə təbii və mədəni şəraitdə bitən çoxillik həmşəyaşıl bitkidir. Xına boyaq, bəzək və müalicə bitkisi kimi çox qədimdən məlumdur.
Hündürlüyü 1,5-2 bəzən isə 7 metrə çatan xına bitkisi 20-30 il yaşayır. Bitkinin birinci ildə verdiyi məhsul daha keyfiyyətli olur.

İsti iqlim şəraitində xına bitkisi kol və ağac şəklində, mülayim iqlim şəraitində isə ot şəklində bitir. Çiçəklərinin rənginə görə xına ağ çiçəkli və qırmızı çicəklidir. Çiçəkləri qızılgül kimi ətirlidir, noxud boyda yumru meyvə gətirir və toxum bu meyvələrdən alınır. Ucu iti, yumurtavari yarpaqlarının uzunluğu 3-5 santimetr, eni 1,5-2 santimetrə çatır.

Təbii şəraitdə xına Şimali Afrikanın, Ərəbistanın, Livanın, Pakistanın, İranın, Yəmənin, Somalinin, Şri-Lankanın, Hindistanın, Yaponiyanın, Floridanın, Kaliforniyanın tropik və subtropik iqlimə malik olan dağ ətəklərində bitir.

Aparılan təcrübələr göstərir ki, Azərbaycanda (Abşeron, Şirvan, Naxçıvan zonalarında) və Cənub-Şərqi Türkmənistanda, həmçinin Qara dəniz sahillərində geniş becərilə bilir. Alimlərimizdən əczaçılıq elmləri doktoru R.K. Əliyev xınanın bütün hissələrini, o cümlədən rəngləyici maddələrini təmiz kristal şəklində alaraq klinik sınaqdan keçirmiş və müəyyən etmişdir ki, xınadakı rəngləyici maddələr qüvvətli antiseptik xassəyə malikdir.

Aparılan kimyəvi analizlər göstərir ki, xına tozunda müxtəlif yağlar, sellüloz, azot, kül, pantizon, kitrə, antraqlikozidlər, rəngləyici maddələr, tannin maddələri, xlorofil, S və K vitaminləri vardır.

Ekstraksiya yolu ilə xınadan alınan xlorofilli maddədən ekzemanın və irinli yaraların mualicəsində geniş istifadə olunur. Rəngləyici kristalın suda 1 % -li, spirtdə isə 5 %-li məhlulundan irinli yaraların, xüsusilə follikulit xəstəliyinin müalicəsində istifadə olunur. Yaranın ətrafına və üstünə həmin məhluldan sürtdükdə 3-4 gündən sonra yara tamamilə sağalır. Şərq təbabətində xına tozundan sulu yaraları qurutmaq üçün səpmə dərmanı şəklində, sarılıq xəstəliyinin müalicəsində, mədə pozğunluğunda, qızılçada, göz xəstəliklərində, podaqraya qarşı dərman kimi istifadə olunur.

Hindistanda isə ciyər, dalaq, revmatizm, cüzam və çətin müalicə olunan dəri xəstəliklərini xına ilə müalicə edirlər. Xına boyaq, bəzək məqsədi ilə də istifadə edilən ən qədim bitkilərdəndir. Saçın, saqqalın boyanmasında, əl-ayaq dırnaqlarının bərkiməsində xına sınanmış bitkidir. Xınanın çicəklərindən müxtəlif ətirlər alınır. Xınalı sabundan və şampundan istifadə etdikdə saç parlaq şabalıdı rəngə çalır.


Şərhlər: 8
Baxılıb: 1391
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumatdi
6 iyun 2015 13:01
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
menim cox istifade etdiyim
5 iyun 2015 23:44
# 7
EsmaNur
son vaxtlar xinadan cox istifade edirem saclarim parlaq olub xinanin sayesinde
5 iyun 2015 16:25
# 6
Miss_Oxatan
Bu xeberim dedim yeqin prasrocni oldu,hetta acib oxuyanda yariya catanda yadima duwdu ki,aha bu deyesen menim xeberimdi.neyse redakt edene tewekkur
5 iyun 2015 12:22
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
yarpaq33
Bize irandan tez tez getirirdiler xina anam hemiwe menim sacima vutardi gozel parlaq olurdu saclarim amma yumaq cox cetindi saatlarla getmir gerek daraya daraya yuyula bu da cox incidirdi
5 iyun 2015 12:20
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
menim mama gil kelbecerlidiler oralarda lap cox olur bunnan o bize hemise danisirdi bu haqda nece olmasi faydasi nece duzeldirler...dirnaqlar ucunde cox xeyirlidi tesekkurler
5 iyun 2015 10:26
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Xına haqqında məlumatım var, saytda olub bu haqda xəbər ona görə)) belə faydalı bitkidir ancaq xınayaxdıya gedən zaman əlimə çəkiblər başqa istifadə etməmişəm, təşəkkür.
5 iyun 2015 09:44
# 2
BARBI
Sac rengim aciq oldugu ucun xinadan istifade etmemisem. Umumiyetle xina ele ayaga saca cox faydalidir
5 iyun 2015 09:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz