Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Küncütün faydaları və zərərləri
Küncütün faydaları və zərərləri
Göndərən: cinqosh
Şərhlər: 11
Baxılıb: 6689
Səs ver:
Küncüt bitkisi.
Küncüt (susam) Asiya, Avropa, Anadolu və xüsusilə də Hindistanda yetişən kiçik bir bitki və bu bitkinin sarımtıl toxumlarına verilən addır.

Küncütün faydaları.
Yağ nisbəti və enerji dəyəri çox yüksək bir qida olan küncüt zülal, kalsium, maqnezium, potasyum minerallar və B vitaminləri baxımından çox zəngindir. Bol miqdarda yağ daşıyan bir bitki olub, ağız yoluyla alındığında işlətmə dərman effekti verir. Yaralar və sərtliklər üzərinə məlhəm kimi sürtüldüyü kimi dərman istehsalında qatqı maddəsi olaraq da istifadə edilmişdir.

Bədənə enerji verir. Cinsi gücü artırır. Tənəffüs yolu xəstəliklərinə qarşı faydalıdır. Sinəni yumşaldaraq nəfəs darlığı və bronxitə yaxşı gəlir. Antioksidant təsiri var. Xərçəngə qarşı qoruyucudur.

Küncüt necə istifadə edilir?
Küncüt toxumları simit və peçenyelərin üzərinə səpilir ki, bu da şirniyyatlara xüsusi ləzzət verir. Qovurğa hazırlayarkən buğda, küncüt, noxud, araxis, fındıq və s. qovrulur, duz vurulur, bir yerə qatılır və Novruz süfrələrimizi bəzəyir. Küncüt əzilərək tahin əldə edilir ki, bundan da tahin halvası bişirilir.

Küncüt yağı.
Küncüt toxumları mexaniki əzilərək küncüt yağı əldə edilir. Küncüt yağı boğaz sərtliyinə və öskürəyə qarşı çox faydalıdır. Küncüt yağı, reyhan suyu və zeytunyağı ilə qarışdırılıb qaynadıldığı zaman əldə edilən maye, saçları möhkəmlədir.

Xalis küncüt yağı aybaşı qanaxmasını çoxaldır, ana bətnindəki uşağın düşməsinə də köməkçi olur, əqrəb sancmasına qarşı da faydalıdır.

Ağız yoluyla alındığı və ya xaricdən məlhəm kimi sürtüldüyü zaman, bədəndə quruluqdan meydana gələn buruqluğa qarşı çox faydalıdır, sərt şişlikləri yumşaldır, üzdə və başda çıxan sızanaqlara da çox yaxşı xeyir verir.

Küncütün zərərləri.
Küncüt allergik qidalardan biridir. Avropa Birliyi ölkələrində və Kanadada tərkibində küncüt olan məhsulların üzərində allergiya xəbərdarlıq yazısı mütləq yazılır. Küncüt proteinlə zəngin olduğu üçün allergiyaya səbəb ola bilər.Allergiyalı və ya ailəsində allergiyaya meyllilik olan uşaqların küncütdən istifadə etməsi çox təhlükəlidir. Küncüt allergiyasının əlamətləri: qusma, qaşıntı, başgicələnmə, öskürək, tıxanıqlıq, ishal, asqıraq, burun axıntısı...Bu ilkin əlamətlər küncüt yedikdən 1 saat sonra ortaya çıxır və 24 saat davam edir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.

Dünya ölkələrində küncütün uşaqların qidasına daxil edilməsi haqqında fərqli fikirlər var. Məsələn,İngiltərədə 6 aydan sonra, ABŞ-da 8 aylığında uşağa küncüt verilir. Ümumiyyətlə, 1 yaşdan aşağı uşaqlara qətiyyən küncüt vermək olmaz.


Şərhlər: 11
Baxılıb: 6689
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
cox sevirem kuncudu ..tebiiki faydalari coxdu
13 iyul 2015 21:17
# 11
Cimbom Nilay
xəbərə görə sağ olun,.. 19
3 iyun 2015 19:15
# 10
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Luna-90
Bilmirdim
3 iyun 2015 01:25
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
kuncut adeten sirniyyatlarin ve ya hansisa qida mehsullarinin uzerine sepilir ve cox dadli olur) esasen smitin ustunden tanimaq olar
2 iyun 2015 23:53
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
lazimli melumat oldu
2 iyun 2015 22:03
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Ağ küncüdün halvasını sevirəm.Şirniyyatlar üzərində olduğu zaman yeyə bilmirəm,bir tək duzlu qoğaldan başqa.Allergiya təsirli olduğunu bilmirdim.tşk.
2 iyun 2015 16:36
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nergız33
Küncütün faydalarını azda olsa bilirdim zerelli olduğu hec ağlıma bele gelmirdi.
2 iyun 2015 11:07
# 5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
yasemin
Küncütün faydaları haqqında azda olsa melumatım vardı ama allergiya verdiyini bilmirdim. Faydalı melumatlardır tşklər
2 iyun 2015 10:27
# 4
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Fialka
Küncüt çox faydalı bir qidadı, bir sıra şirniyyatlarda istifadə edirik, yağıda kosmetik cəhətdən faydalıdır. Ancaq allergik təsiri olduğunu bilmirdim, təşəkkür.
2 iyun 2015 09:50
# 3
BARBI
Coox sevirem cox dadlidi bezi xemir terkibli sirniyatda boreke xususi dad verir
2 iyun 2015 09:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bunun fatdasi haqqinda az-cox bilgiye sahibdim yenede oxudumtesekkurler
2 iyun 2015 08:49
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz