Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağ turpun faydası
Ağ turpun faydası
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 1753
Səs ver:
Bu tərəvəz nadir xüsusiyyətlərinə malikdir. Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar düzəltmək olar.

Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri qarışdırılır. Salata duz və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər ingrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama da əlavə etmək olar.

Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.

Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi effekt verir. Axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni qəbul edin. Bu şirə çox effektli bəlğəmgətirici və iltihabəleyhinə təsir edir. Əgər sizdə bala allergiya varsa, şəkər tozundan istifadə edin.

Ağ turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə mübarizə edir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xüsusilə kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.

Turp mübadilə prosesləri yaxşılaşdırır, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.

Ağ turp həmçinin kosmetologiyada da istifadə oluna bilər. Ağ turpun əsasında olan maskalar üz dərisini ağardır, çillər və piqment ləkələri ilə mübarizə edir, dərini cavanlaşdırır, daha elastik edir. Belə maskaların bir variantı: ağ turpun bir tikəsi sürtgəcin kiçik gözündən keçirilir, üzərinə 1 xörək qaşığı xama əlavə olunur, qarışdırırlır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq lazımdır. (İstifadə etdikdən əvvəl maskanı üz dərisinin kiçik hissəsinə çəkin - qızarma, qaşınma və s. olmazsa, istifadə edə bilərsiniz.)

Saçların tökülməsi ilə mübarizədə ağ turpun şirəsindən istifadə etmək olar. Ağ turpun şirəsi saç follikullarını möhkəmləndirir, saçların uzanmasını stimullaşdırır.


Şərhlər: 12
Baxılıb: 1753
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdi

lazimli melumatdi

lazimli melumatdi
1 may 2015 23:35
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
daha cox o biri turpu sevirem. bundan lappppp az az yeyirem. eslinde o biri rengde olani da az az yeyirem)
1 may 2015 18:20
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
turp sevmirem, faydali oldugunuda bilmirem
1 may 2015 13:44
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
cinqosh
Ağ turpun həzm prosesinə kömək etdiyini bilirdim sadəcə.ama burda nələr yazılmayıb. əla.
1 may 2015 12:50
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
emis
turp umumiyyetle sevmirem ajidi deye ne qirmizisini ne de agini faydali oldugunu bilirdim,bele bilirdim ki,hami deyir ye xeyirdi ama oxumamisdim haqqinda qirmizi turp yemisem ama elece yemeknen hecne qatmamisiq tesekkurler
1 may 2015 12:42
# 8
Nezka
Çoox sevirəm çoox da yeyirəm
1 may 2015 12:38
# 7
İçimi görsən mənə aptek alarsan.
talis balasi
Onu ele yemek olmur menim nenem bicur sey edir onnan men bilmirem onu nece edir balona yiqir uzerine su zad tokur diyesen ele dadli olurki dehsedd
1 may 2015 10:22
# 6
Meleknur
Tekrar xeber deyil ki? turp yemirem yesemde nadiren olar
1 may 2015 09:44
# 5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Men ag turpu cox sevirem bezi salatlarda istifade edirem
1 may 2015 09:10
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lelos
Turpun faydali olduqunu bilirdim
1 may 2015 09:01
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
aziz a
Turp olasan bu qeder faydali olasan, aferin sene turp..
1 may 2015 08:37
# 2
Qelbim doludu !!!!
Fialka
Ağ turpun bu qədər faydalı olduğun bilmirdim, bu turpdan və digər növlərindən istifadə edirik ancaq heçnə əlavə etmədən))
1 may 2015 08:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz