Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərxun təbii dərman
Tərxun təbii dərman
Göndərən: Wiyinka
Şərhlər: 20
Baxılıb: 2283
Səs ver:
Tərxun (avropalılar bu bitkini "estraqon" adlandırırlar) qədim vaxtlardan müalicəvi bitki kimi çox geniş istifadə olunurdu.

Qədim vaxtlarda tərxunun köməyi ilə sinqa (vitaminsizlik nəticəsində dişlərin laxlanması və tökülməsi), baş ağrıları, cinsi zəiflik və bir çox digər xəstəlikləri müalicə edirdilər.

Müasir tibbdə də tərxun istifadə olunur, onu dərman preparatların tərkibinə daxil edirlər.

Tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini möhkəmləndirir. Ev şəraitində tərxundan çox yaxşı təbii immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla birlikdə (limonlar qabıqlı olmalıdır) blenderdə xırdalanır, ora 3 xörək qaşığı təbii bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün səhər tezdən acqarına bu vasitədən 1 çay qaşığı yeyin. Müalicə kursu - 2 həftə.

Tərxun insanın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, depressiyalar, streslərlə mübarizə etməyə kömək edir. Tərxundan çox yaxşı enerji içki hazırlamaq olar. Lakin dükanlarda satılan enerji içkilərdən fərqli olaraq bu təbii vasitə sizə yalnız xeyir gətirəcək. Bunun üçün 100 qr tərxun, 2 orta ölçüdə limon, şəkər tozu (zövgünüzə görə) istifadə olunur. Tərxunu xırda doğrayın, limonu 2-3 sm ölçüdə doqrayın (qabıqlı), üzərinə 2 l su əlavə edin. Vam odda qaynayana kimi qızdırın, 1-2 dəqiqə ərzində qaynadın və sonra oddan götürüb termosa tökün də 1-2 saat ərzində dəmləyin. Daha sonra şüşə qabına tökün, soyudun və gün ərzində 1-2 stəkan olmaqla için.

Tərxun həmçinin orqanizmə qurdəleyhinə təsir edir. Bu xüsusilə uşaqlara üçün vacibdir. Tərxunu salatlara, qidalara əlavə edin.

Tərxun mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir. Tərxun dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır, meteorizmlə (köp) mübarizə aparır. Tərxun dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul olunur.

Tərxun orqanizmə yüngül sidikqovucu təsir edir və həmçinin iltihabəleyhinə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətlər tərxunu sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə edir.

Ağız boşluğu iltihabları zamanı tərxunun dəmləməsi çox yaxşı müalicəvi təsir edir. Tərxun dəmləməsi həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını və diş ağrılarını azaldır.

Müxtəlif dermatitlər, ekzema və s. dəri xəstəlikləri zamanı tərxun dəmləməsi ilə islatmalar çox yaxşı kömək edir. Dəmləmədə steril tənzif isladın və dəriyə qoyub 20-30 dəqiqə ərzində saxlayın.

Tərxun damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.

Tərxun antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi cavanlaşdırır və ziyanlı maddələrin orqanizmdən xaric olunmasını sürətləndirir.


Şərhlər: 20
Baxılıb: 2283
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
krisa
cox xoslayiram terxunu.amma bu qeder faydasi oldugunu bilmirdim.
11 aprel 2015 00:43
# 20
birdane
ozunu yememisem amma siresinden coooox xosum gelir
10 aprel 2015 19:00
# 19
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Dosta_inam
özünü yemirem siresini içirem oda madir halda.
10 aprel 2015 16:15
# 18
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergizz
yaradan her bir bitkini xeyri ucun yaradib,Allaha qurban olum
10 aprel 2015 15:58
# 17
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
vipbetul
faydali bitgidir
10 aprel 2015 15:38
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Terxunu hec sevmirem
10 aprel 2015 12:35
# 15
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
lili)
terxunu menden coox yeyen yoxdu cox sevirem bu qeder faydali olduqunu bilmirdim
10 aprel 2015 12:29
# 14
ulduz
ozunu yeyebilmirem pis dadi var..ama sirelerini icirem. 19 xeyirli olduguda cox yaxsidi
10 aprel 2015 12:26
# 13
emis
terxun sevirem faydali oldugunu bilirdim ama bu qeder melumatim yoxuydu. men en cox yayda limanatini icirem o da yaman dadli olurnyam
10 aprel 2015 12:24
# 12
ayan97
bele terxum yemirem amma siresinu icmisem. faydali olduhgunu bilmirdim..
10 aprel 2015 12:21
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Catwoman666
Terxun faydali qidadir, terevezdir
10 aprel 2015 12:09
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Qlamurr
Faydalı olduğunu bilirəm,ancaq nə dadını,nə də şirəsini qətiyyən sevmirəm.
10 aprel 2015 11:43
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Tərpətoyunu hec sevmirəm bu haqdada bilgim yoxdu

Tərxum eee tərpətoyun hardan cıxdı ?122
10 aprel 2015 11:19
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Tərxunun bu qədər faydalı olduğunu bilmirdim , ama heç istifadə etmirəm sevmədiyimə görə sadəcə bir dəfə tərxun limonadı hazırlamışdım nümunə üçün ..
10 aprel 2015 10:45
# 7
Nur k-off
Terxum dadi agiz tamima uygundur bu qeder faydli olmasini bilmirdim
10 aprel 2015 10:44
# 6
SVETA
BARBI
Terxunu hec vaxt yemirem ne siresini ne ozunu
10 aprel 2015 09:31
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Lucia
Evdə çox işlədirəm tərxunu,ailədə hamı xoşlayır.
10 aprel 2015 09:27
# 4
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
xeyalperest
Sevirem faydali oldugnj bilmirdim tewekkur
10 aprel 2015 08:56
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Luna-90
Terxunu cox sevirem.
10 aprel 2015 08:30
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nezka
Tərxunu çox sevirəm
10 aprel 2015 08:08
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz