Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kəklikotunun çoxsaylı faydaları
Kəklikotunun çoxsaylı faydaları
Göndərən: Qlamurr
Şərhlər: 15
Baxılıb: 4434
Səs ver:
Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara güvvələr", cinlərlə mübarizə aparır. Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, ruhi xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir: - beyində qan dövranını və mübadilə prosesləri yaxşılaşdırır; - sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır; - baş ağrıları zamanı yaxşı kömək edir; - xroniki yorğunluqla mübarizə aparır; - yuxunu bərpa edir; - yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər. Kəklikotu çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında belə çay çox yaxşı təsir edir, xəstəliyin inkişafını dayandırır.
 
Kəklikotu çox təsirli spazmolitik vasitədir. Kəklikotunun köməyi ilə spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür. Kəklikotu çay kimi dəmlənilir (yuxarıda göstərilir) və içilir. Kəklikotu güclü antiseptik və antibakterial təsirinə malikdir. Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.
 
Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır. Antiseptik xüsusiyyətlərinə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir.
 
Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihabəleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə olunur.
Kəklikotu həm də "kişi otu" adlandırılır. Sübut olunub ki, bu ot kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.
 Kəklikotu və xüsusilə kəklikotu yağı güclü yara sağaldan xüsusiyyətlərinə malikdir. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi ifadə olunmuş müalicəvi təsir edir.
 
Ekzema, psoriaz kimi dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir. Bunun üçün 100 qr ot 1 l qaynar suda dəmlənilir, 30 dəqiqədən sonra süzülür və ilıq vannaya əlavə olunur.
 Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin əmizdirmə zamanı bu otun istifadəsi laktasiyanı gücləndirir.
 
Nəzərinizə çatdıraq ki, kəklikotunun qəbulu bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən bu otu istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.


Şərhlər: 15
Baxılıb: 4434
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
xeyirli olduqunu bilirdim bu qeder derinden melumatli deyildim
18 mart 2015 00:17
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Turkan Abbasova
Mende cox istifade edirem. Twj

Mende cox istifade edirem. Twj
17 mart 2015 22:59
# 14
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Qlamurr
Xəbəri redaktə edənə təşəkkür...Ədvasız çay içmədiyim üçün hər zaman istifadə edirəm,həmçinin də yeməklərə də xüsusi dad verir....
17 mart 2015 18:37
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nazan
sevirem yaxsi dadi var
17 mart 2015 17:42
# 12
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
cox faydalidir.
17 mart 2015 15:47
# 11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
cinqosh
Hər cay dəmliyəndə 1 2 budaq atıram. dadı bir yana, ətri mənə rahatlıq gətirir. faydaların da bildim.tşk
17 mart 2015 12:22
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
xeyalperest
keklik otu cayni cox xasdiram dadi dadli olur twk
17 mart 2015 11:24
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Menim balam
Keklikotu çayı her içirem. Ama bu qeder faydalı olduğunu bilmirdim
17 mart 2015 11:23
# 8
rəmsə
Kəklikotulu çayı çox sevirəm,tez-tez də dəmləyirəm,ama düzü bu qədər faydalarını bilmirdim...
"Kəklikotu həm də kişi otu adlandırılır".122Bu cümləyə isə xeyli güldüm.
17 mart 2015 10:18
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
emis
keklikotunun faydasini bilirdim mualicevi xususiyyeti var istifade edirik cox tesekkur
17 mart 2015 10:05
# 6
guler19
kəklik otundan istifade edirəm. Kəklik otundan soyuq deymeye de xeyri çoxdur Yeməklerede lezzet verir
17 mart 2015 09:41
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Evdə mama hərdən çayını dəmləyir, ancaq yeməklərdə daha çox xoşuma gəlir , kəklikotunun da faydaları haqqında bu qədər ətraflı bilmirdim , təşəkkürlər.
17 mart 2015 09:26
# 4
BARBI
Men hec sevmirem bu otu qoxusu qeribedir xos tesir bagislamir
17 mart 2015 09:11
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tatyana
men cox istifade edirem bu otdan,caydada xoreklerdede,faydali oldugucun hemde lezzetli etir verir xorekde
17 mart 2015 08:48
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
neri
men cox vaxt caya atram kekiotunu ve cox faydasin gormusem iki qisdi istfade edrem ne men ne usaglari xestelenmirik sukur
17 mart 2015 08:25
# 1
Sert
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz