Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yemişan - təbii ürək dərmanı
Yemişan - təbii ürək dərmanı
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 14
Baxılıb: 2527
Səs ver:
Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.

Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.

Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.

Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.

Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.

Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.

Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur.

Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.

Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şişəleyhinə təsirinə malikdir.

Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki  maddələrdən təmizləyir.

Yemişanı kompot, dəmləmə şəklində qəbul etmək olar, çay kimi dəmləmək olar.

Nəzərinizə çatdıraq ki, yemişanı normadan artıq qəbul etmək olmaz. Bu arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər. Günlük norma - 100-150 qr təzə meyvə (quru meyvəni daha az miqdarda qəbul etmək olar).

Yemişan çayı
1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə içmək olar.

Yemişan dəmləməsi
7 xörək qaşığı quru giləmeyvəni 2 l-lik termosda dəmləyin və səhərə saxlayın. Səhər dəmləməni süzün, meyvələri sıxın və gündə 1 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmək olar.


Şərhlər: 14
Baxılıb: 2527
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli faydali melumatdi
9 mart 2015 01:43
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
hec yemirem
15 yanvar 2015 01:04
# 13
Gulu-Qezi
YEMEMIWEM)))
13 yanvar 2015 21:03
# 12
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Сладкий Ангел
sevmesekde fayladidir
13 yanvar 2015 19:30
# 11
.Bir gülüşüm var Sizlərə ömür...
emis
yemisanin faydali oldugunu esitmisdim ama hec istifade etmemisem tesekkurler
13 yanvar 2015 17:13
# 10
Aysel Tatli
beyenmirem bu gilemeyveni
13 yanvar 2015 16:46
# 9
Menim balam
Qara yemişanı beyenirem . Qırmızı turş olur
13 yanvar 2015 16:21
# 8
arzum-aysum
Yemisan kompotu ucun oluremmmmmmm
13 yanvar 2015 15:02
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Tomris Müslümova
usaq vaxti yemisem tami elede qesey deyil menim ucun
13 yanvar 2015 13:33
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
FISTIK
Yemisam nedi anlamadim bu cernikadi?
13 yanvar 2015 13:18
# 5
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
xeyalperest
Bunu bilirem biz qizdirmali olanda ana icizdirir hemşe ama bunu adi qaragat deyilki?
13 yanvar 2015 11:01
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Bu qədər faydalı oldugunu bilmirdim təşəkkürlər.
13 yanvar 2015 10:03
# 3
Rusi
Sitat: BARBI
Yemisani cox sevirem

mende heart
13 yanvar 2015 08:41
# 2
BARBI
Yemisani cox sevirem
13 yanvar 2015 08:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz