Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi
Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1861
Səs ver:
Ətirşah çiçəyinin yağı cavanlaşdırıcı, ağardıcı və tonuslaşdırıcı təsirə malikdir. Ətirşah yağı hər bir dəri növünə çox gözəl təsir göstərir,üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Dərinin hamar, elastik və cavan edir.


Ətirşah çiçəyinin qadınsayağı, yumşaq ətri sinir sistemi hüceyrələrini möhkəmləndirir. Orqanizmə tonuslaşdırıcı təsir göstərir, bədəndən şlakları təmizləyir, limfa sistemini stimullaşdırır və antisellülit təsirə malikdir. Latın dilində adı: Pelargonium Graveolens-dir.

Ətri: İsti, yağlı, acı-çiçəkli, qalıcı qətran tonlu, limon, nanə və qızılgül qoxularının qarışığını xatırladan təzə ətir.

Təbii yayılma əraziləri: İsti subtropik və tropik,  mülayim iqlimdən soyuq - kontinental iqlimə kimi hər cür hava şəraitində becərilə bilən bir bitkidir. İtaliya, Mərakeş, Fransa, İspaniya, Yunanıstan, Şərqi və Cənubi Afrika, Rusiya.

Efir yağı bitkinin çiçək və yaşıl hissələrinin buxarla distilləsi yolu ilə əldə olunur.

Müalicəvi xüsusiyyətləri: Ətirşah yağı iltihab əleyhinə, antiseptik, virus əleyhinə, ağrıkəsici, sidikqovucu, büzücü, təmizləyici, şəfa verici xüsusiyyətlərə malikdir.

Bədənə təsiri: Təbiət sanki ətirşah bitkisini qadınlara hədiyyə kimi bəxş edib. Onun orqanizmə olduqca geniş təsiri mövcuddur. Hormanların ifrazatına birbaşa təsir etdiyindən premenstural sindrom, menstrual tsiklin pozulması, menopoz zamanı şəfaverici təsir göstərir, orqanizmin fəaliyyətini normallaşdırır. Süd vəzilərinin iltihabı zamanı kömək edir.

Premenstrual sindirom yaşayan qadınlara aşağıdakı tərkib tövsiyyə olunur. Bu, ağrıları götürür və özünüzü yaxşı hiss etməyinizi təmin edir:

Ətirşah yağı - 6 damcı

Adaçayı yağı - 4 damcı

Lavanda yağı - 4 damcı

Aromaterapiya zamanı da istifadə oluna bilər. Bütün yağlar bir şüşə qaba tökülüb qarışdırılır, sonra qarışıqdan 1ç/q götürüb boyun, sinə və çiyinlər masaj edilir. Ağrıkəsici effektinə görə spazmalar və baş ağrılarında, miqrendə isifadə olunur. Belə ki, tonusu qaldırdığı üçün əzələləri yüngülləşdirir. Ürək əzələlərinin mikrosirkulyasiyasını yaxşılaşdırır, ürək ritmini normallaşdırır. Sinsual aritmiya vəziyyətini, taxikardiya, işemiyanı yaxşılaşdırmağa kömək edir, arterial təzyiqi aşağı salır.


Qədim zamanlardan ətirşah "Burun-qulaq-boğaz həkimi" adlandırılır. O, orta qulaq iltihabı zamanı ağrını götürür, burun tutulmasında və badamcıqların şişməsi zamanı iltihabı aradan qadırır. Səs tellərinin soyuqdəyməsi tonzilla, laringit və səsin batması halları zamanı kömək edir, həmçinin yağdan soyuqdəymə və angina zamanı da isifadə olunur.

Ağrıkəsici və sakitləşdirici xüsusiyyətlərə malik olduğundan ətirşah yağı nevrologiyada radikulyar sindrom, revmatizm, artrit zamanı da isifadə olunur.

Ətirşah yağının sidikqovucu xüsusiyyəti böyrəkləri, böyrəküstü qabığı, qaraciyəri tonuslaşdırır, orqanizmi toksin və şlaklardan təmizləyir, sellülit zamanı istifadə olunur.


Yaddaşa təsiri: Ətirşah yağı emosional vəziyyətə yumşaq təsir göstərmə, sakitləşdirmə, ağlayan zaman rahatlandırıcı, romantik əhval-ruhiyyə yaratmaq xüsusiyyətinə qadirdir. Yorğunluğu və əsəb gərginliyini götürür, depressiyadan çıxmağa yardımçı olur, əqli və fiziki aktivliyi yüksəldir, qorxu hissini azaldır. Bundan əlavə, ətirşah yağı uşaqlara da yaxşı sakitləşdirici təsir göstərir, əsəbi və kaprizi azaldır. Bu yağdan isifadədən sonra özünüzü rahat, sakit və gələcəyə inamlı arzular quran biri kimi hiss edəcəksiniz!


Şərhlər:
Baxılıb: 1861
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz