Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həm şəfa olur, həm də arıqladır...
Həm şəfa olur, həm də arıqladır...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2718
Səs ver:
Bir çox xəstəliyə qarşı müqavimət təmin edən və bədən müqavimətini artıran zəncəfili çay olaraq istifadə etməniz, arıqlamağa da kömək edər.

Havaların gah isti, gah soyuq keçməsi bədən tarazlığını pozur. İmmunitet sisteminin zəifləməsi xəstəliklərə da dəvətnamə çıxardır. Xəstəliklərlə baş etmənin yolu isə immunitet sisteminin gücləndirilməsindən keçir. Bədən müqavimətini artıran qidaların başında isə zəncəfil gəlir. Hər dərdə dərman olan zəncəfil, xüsusilə zərərli bakteriyalara qarşı tam mənasıyla "qalxan" vəzifəsini yerinə yetirir.

Hər dərdə dərman...
Prof. Dr. İbrahim Saraçoğlunun araşdırmalarına görə də, zəncəfil mədə bulanması, köp, həzm problemləri, mədə-bağırsaq infeksiyalarında təsirli olur. Ayrıca, ağciyəri təmizləyən zəncəfil, tərləməyi artıraraq dərini də gözəlləşdirir. Qan dövranını artırıb xolesterolu salır. Tənəffüs yolu ilə keçən mikroblara qarşı mübarizə aparır.

Təbii aspirin
Xüsusilə, soyuqdəymə və buna bağlı olan öskürək üçün sakitləşdirici təsiri olur. Ayrıca, zəncəfil təbii aspirin olaraq qanı durulaşdırır, beləcə qanın laxtalanmasına maneə olur. Qan laxtalanması nəticəsində yaranan istənməyən narahatlıqlara maneə törətməyə köməkçi olar. Beynə də faydası olan zəncəfil hüceyrələrin funksiyasını artırır.

Arıqladır...
Zəncəfili isti havalarda soyuq içkilərə əlavə edə, qışda da dəmləyib çay olaraq içə bilərsiniz. Beləcə, həm immunitet sistemi güclənmiş olar, həm də zəifləməyə köməkçi olar. Bal ilə dadlandırılan zəncəfil çayı arıqlatmaqla yanaşı, bir çox xəstəliyə də çarə ola bilir. Zəncəfil, kök və almanı blenderda qarışdırın. Bədəninizə güc verəcək bu qarışığı xüsusilə, səhərlər için.

Zəncəfil, bədəndəki iltihabın atılmasında da təsirlidir. Xərçəngdən qoruyur. Zəncəfilin bir başqa xüsusiyyəti də maddələr mübadiləsini sürətləndirməsidir. Bu da arıqlamaq istəyənlər üçün zəncəfili əhəmiyyətli hala gətirir. Zəifləmə müalicəsində qan şəkərini tarazlıqda tutduğu üçün tox tutar. Maddələr mübadiləsinin yavaşlamasına maneə olar, kilo verilməsini təmin edər.


Şərhlər:
Baxılıb: 2718
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz