Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hepatit B xəstələri üçün möcüzəvi bitki
Hepatit B xəstələri üçün möcüzəvi bitki
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4531
Səs ver:
Salatlarımıza ləzzət qatmaq, yeməklərimizi rəngləndirmək üçün istifadə etdiyimiz cəfərinin orqanizm üçün nə qədər faydalı olduğunu öyrənəndə çox təəccüblənəcəksiniz.
Davamlı olaraq cəfəri yemək insanı bir çox xəstəliklərdən qoruyur. Cəfəri toksinlərin bədəndən atılmasına kömək edir, qanı təmizləyir, qan azlığına kömək edir, böyrək və qaraciyər narahatlıqlarını aradan qaldırır.
Bu bitki qrip və soyuqdəyməyə qarşı orqanizmanı qoruyur. Hər gün cəfəri yeyən insanın xərçəngə yaxalanma riski azalır.

Gözləri qüvvətləndirir, diş əti xəstəliklərindən xilas edir.
Cəfəri təsirli bir sidikqovucudur. Buna görə də böyrəklərin işini sürətləndirərək bədəndən toksin atılmasına kömək edir. Ödəmin azalmasına səbəb olur. Bədəninizdə ödəmdən qaynaqlanan şiş olduğunu hiss edirsinizsə, cəfərini limonla qaynadıb suyunu için. Bunu bir həftə ərzində hər səhər içmək lazımdır.
Bu üsulu aybaşı zamanı şişkinlikləri azaltmaqla yanaşı, həm də sidik yolları infeksiyalarında istifadə edə bilərsiniz.
Vitamin anbarı olan cəfəri xüsusilə C və K vitamini ilə zəngindir. Tərkibində xüsusilə hamilələr üçün gərəkli olan fol turşusu var.
Fol turşusunun əskikliyi körpədə müxtəlif doğum qüsurlarının meydana gəlməsinə səbəb ola bilər. Ona görə də hamilələrin bol-bol cəfəri yemələri vacibdir.
Ürəyi qoruyan cəfəri təzyiqin tənzimləməsinə kömək edir. Sümükləri gücləndirmək üçün xüsusilə uşaqların və qocaların menyusunda cəfəriyə yer verilməlidir.
 
Hepatit B xəstələri üçün şəfa mənbəyi
Faydaları saymaqla bitməyən cəfərinin ən möcüzəli təsiri hepatit B xəstələri üçün şəfa  mənbəyi olmasıdır.

Türkiyənin ən məşhur həkimlərindən Professor İbrahim Adnan Saracoğlunun qaraciyər xəstəliklərindən əziyyət çəkənlər üçün məsləhət bildiyi iki möhtəşəm resepti təqdim edirik:
15-16 ədəd cəfərini saplağını həvəngdəstədə əzin və ya blenderdən keçirin. Daha sonra üzərinə yarım limon sıxıb yaxşıca qarışdırın. Bu qarışımı səhər yeməyindən yarım saat əvvəl içmək lazımdır. İçdikdən dərhal sonra üstündən bir stəkan ilıq su içmək vacibdir. 15 dəqiqə keçdikdən sonra səhər yeməyi yeyə bilərsiniz. 15 gün bunu etmək lazımdır, daha sonra bir həftə ara verib yenidən təkrar edə bilərsiniz. Bu reseptə əməl etsəniz, bədəninizdə olan toksinlərin hamısını təmizləyəcəksiniz.

Bu prosesi qaraciyərin piylənməsi zamanı da etmək olar.
Hepatit-B xəstələri üçün bir digər faydalı qarışımın resepti belədir:
Yarım litr qaynayan suya 10-12 ədəd təzə cəfərini əlavə edib 3 dəqiqə ağzı qapalı halda, zəif odda dəmləmək lazımdır. Soyuduqdan sonra yarısını səhər yeməyindən yarım saat əvvəl, yarısını da yeməkdən bir saat sonra içmək lazımdır. Axşam yeməyindən yarım saat əvvəl də bu sudan içmək olar. Bu hər gün hazırlanmalıdır, dünəndən qalanı içmək olmaz. Cəfəri suyunu 15 gün ara vermədən içmək lazımdır.


Şərhlər:
Baxılıb: 4531
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz