Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zoğal haqqında bilmədiklərimiz
Zoğal haqqında bilmədiklərimiz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2253
Səs ver:
Bu gün də sizə Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən Zoğal bitkisinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.

Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır. Lakin yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olunmasının 5 min illik tarixi olduğu göstərilir. Ona Avropada (Fransa, İtaliya, Şərqi Avropa, Ukrayna, Moldova, Rusiya), Qafqaz, Mərkəzi Asiya, Çin, Yaponiya və Şimali Amerikada rast gəlmək mümkündür. Çox qəribədir ki, zoğal bitkisi mart ayının ortasında çiçək açmağa başlayır və tam meyvənin yetişməsinə kimi azı 5-6 ay keçir. Hələ bu qədər uzun müddətə yetişən və formalaşan ikinci meyvə ağacı tanımadığımı da qeyd etməliyəm. Bir çox hallarda kol, təsadüfü hallarda isə 5-7 metr hündürlüyündə olan  ağacda yetişir. Tarixçilərin bildirdiyinə görə İsveçrədəki arxeoloji qazıntılar zamanı ilk zoğal sümüklərinə rast gəlinib. Lakin mən sizə bu xəbərimdə zoğalın tarix boyu hansı mərhələləri keçdiyindən bəhs etməyəcəm. Bu xəbərimdə sizə zoğalın kimyəvi və müalicəvi əhəmiyyətindən bəhs edəcəyəm.

Zoğalın kimyəvi tərkibi
Zoğalın qabıq hissəsindən 6,25-8,1% aşı maddəsi, üzvi turşular, budaqlarından 5,84% aşı triterpenoidlərdən ursol turşusu, yarpaqlarından sulu karbohidratlar, C vitamini, fenolkarbon turşularından qal, ellaq turşuları, 7-17,6% aşı maddəsi, kversetin, kempferol flavonoidləri, çiçəyinin tərkibindən fenolkar-bon turşuları və onların törəmələrindən qall və ellaq turşuları, rutin, izokversetin, kversitin (3- β karotin, α -karotin), kversetin, meyvəsindən sulu karbohidratlar, saxaroza, 0,63-1,44 pektin, alma, çaxır, qlioksal üzvü turşuları, karotinoid maddələri, C vitamini, 0,13-0,89% aşı maddələri, leykoanosianlar, delfinidin, sianidin, peonidin, malvidin, 3-ramunorilqallaktozid, 3-qalaktozid sianidin, 3-qalaktozid delfi-nidin, 3-qalaktozid və 3-robinobiozid pelazqonidin (3-raninorilqalak-tozid pelazqonidin), şirəsindən alma turşusu, C vitamini, aşı maddələrindən – katexin, epiqallokatexin, epikatexin, sianidin, plazqonidin, toxumlarından 8,9% aşı maddəsi, 5,6% piyli yağ və s. maddələr aşkar edilmişdir.

Tibbi əhəmiyyəti

Qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat  çayı hazırlanır. Meyvəsindən sinka, qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşanasından hazırlanan spirtsiz içkilərdən malyariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi istifadə edilir. Meyvəsinin ət hissəsindən hazırlanan preparatlarından zülalın asan həzm olunmasında, ishalın qarşısının alınmasında və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Bundan başqa zoğaldan hazırlanan şirə mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur. Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Zoğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur. Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər - ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun cəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra yaranın üstünə səpdikdə yara tezliklə sağalır. Zoğalın meyvəsinin çəyirdəyindən qəhvə hazırlamaq da mümkündür.


Şərhlər:
Baxılıb: 2253
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz