loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirşah: ev həkiminin xeyirli xüsusiyyətləri
Ətirşah: ev həkiminin xeyirli xüsusiyyətləri
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 11353
Səs ver:
Ev bitkiləri içərisində bir neçə bitkilər vardır ki onların adları, xeyirli xüsusiyyətlərinə görə xüsusən vurğulanır.

Bunlardan biri də ətirşahdır. Botanik adı - pelarqoniya olan bu bitki, adi soyuqdəymə və ciddi xəstəliklərlə mübarizə apara bilir.
Bitkinin tarixinə nəzər saldıqda onun vətəninin cənubi Afrika olduğu bildirilir. Avropa kontinentinə isə XVII-ci əsrin sonlarında dekorativ bitki kimi gətirildiyi deyilir.
Müasir dövrdə aparılan sınaqlar hətta mütəxəssisləri təəəccübləndirmişdir, belə ki, tərkibindən ifraz olunan bakteresid maddələr, yaxınlıqda olan mikrobların hamısını  məhv edə bilir. Havanı mikroblardan təmizlənməsindən əlavə, ətirşah, isti aylarda aktual olan həşəratları da qaçırdır.

Kimyəvi tərkibi...

Bitkinin xeyirli xüsusiyyətləri əsasən onun yarpaqlarının tərkibində çoxlu miqdarda efir yağlarının olmasıdır ki, onlar müalicəvi təsir göstərirlər. Bu tək yarpaqlara aid deyil, bu bitkinin həm kökü, həm gülü, həm də  yarpaqları çox xeyirli sayılır.
Bitkinin kökünün tərkibində fenollar, yuxarı yaşıl hissəsində müxtəli fenol birləşmələri, saxaroza, kraxmal və hemisellüloza vardır.Yarpaq və güllərin tərkibi fenolkarbon turşuları, vitaminlər, ellaqotaninlər, flavonoidlər, piqment, efir yağları və karbohidratlarla zəngindir.

Xeyirli xüsusiyyətlər...

Bu bitkinin bütün xeyirli xüsusiyyətlərini sadalamaq mümkün deyil. O, antiseptik, ağrıkəsici, sidik qovucu, bakteresid, antivirus, qankəsici və şəkər əleyhii təsirlərə malikdir.

Ətirşah - qan axınını stimullaşdırır, ürək ritmi və ürək əzələsinin işini normallaşdırır, baş ağrısında kömək edir. Biləyin üzərinə yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümükündür.

Bitki -  qaraciyər, məsə-bağırsaq traktı və böyrəyin işini nizama salır. Ümumiyyətlə isə böyrək və öd kisəsində problemi olan insanların evində bu bitkinin olması, elementar olaraq fiziki vəziyyəti yaxşılaşdırır.

Ətirşah - həmçinin zökəm, öskürək, anqina və soyuqdəymə üçün əla vasitə sayılır. Bu hallarda yarpaqlar qaynadılaraq onlardan  məhlul düzəldilir və boğaz o məhlulla yaxalanır.

Otit zamanı da geniş istfadə olunan ətirşah, bükülərək qulağa yerləşdirilir ki, müalicəvi təsir etsin.

Dişiniz ağrıdığı zaman da,dişin üzərinə qoyula bilər, belə ki, ətirşahın ifraz etdiyi aktiv maddələr ağrı hissinin götürülməsini təmin edir. Bundan əlavə doğranmış yarpaqlardan edilən kompreslər osteoxondroz və radikulitdə kömək edir.

Şərhlər:
Baxılıb: 11353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz