Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ürək və damarlar üçün çox xeyirli 9 yay məhsul
Ürək və damarlar üçün çox xeyirli 9 yay məhsul
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 9512
Səs ver:
Həkimlərin fikrinə görə, iyul-avqust ayları ürək-damar sisteminə  illik tonus vermək üçün ən münasib  vaxtdır.
Bu gün sizə yay aylarının məhsulları arasında ürək-damar sistemi üçün ən xeyirli olanları haqda danışacayıq:

Cəfəri
Bu göyərti çox xeyirlidir. Cəfərinin gündə 1 dəfə içilən 1 x/q məhlulu hipertoniya üçün effektiv vasitə sayılır. Həmçinin onun bioaktiv maddələri - xırda qan damarlarını(kapilyarları) möhkəmləndirərək, təngnəfəslikdən kömək edir və ümumiyyətlə ürəyin tonusunu yaxşılaşdırır.


Təzə kartof
Kartof nə qədər şirin olsa, demək onun tərkibində karotinoidləro qədər çoxdur. Karotinoidlər isə ürəyi sərbəst radikalların aqressiv hüceyrələrindən qoruyan təbii antioksidantlardır. Həmçinin təzə kartofda çoxlu miqdarda kaliy vardır ki, o, ürəyə çox xeyirlidir. Kaliy əsasən şişləri olan və sidikqovucu dərmanlar qəbul edənlər üçün çox lazımlıdır.


Pomidor

Bu məhsulun da tərkibində kaliy və maqniy çoxdur, lakin, əsas olan odur ki, təbii və natural pomidorun tərkibində ürək üçün çox xeyirli olan likopin antioksidantı var. Tomat şirəsi rahatlıqla arteriyal və kəllədaxili təzyiqi aşağı salır. Onu  həm hipertoniya,  həm də qlaukoma hallarında içmək məsləhət görülür. Həmçinin pomidorda insan orqanizmini günəş şülarının ziyanlı təsirindən qoruyan maddələr vardır.


Qaysı
Bu sehirli meyvə ürəyi sinir gərginliyi və aritmiya zamanı sakitləşdiri. Tərkibində oaln meyvə şəkərərinin böyük miqdarına görə, o, beyinin qidalanmasını yaxşılaşdırır və hipoksiya(insan hüceyrələrinin oksigen çatışmazlığı) ilə mübarizə aparırı.Həmçinn qaysı yüngül sidikqovucu təsirə malikdir ki, o da yay ayları üçün çox xeyirlidir, belə ki, bir çoxları  yaty aylarında limfatik şişlərdən əziyyət çəkir.

 

Moruq
Bu giləmeyvə, damarların aterosklerozu üçün əla profilaktikadır. Belə ki bu giləmeyvənin tərkibində salisil turşusuvardır, o isə, qanı durulaşdıraraq( istidə qan qatılaşır), tromb və spazmalarla  mübarizə aparırı.


Qaragilə
Uşaqlıqdan hamımız bilirik ki, bu giləmeyvə gözlər üçün çox xeyirlidir. Belə ki,görmə qabiliyyətini normada saxlayan,  antosian adlı aktiv maddələr, ürək-damar sistemi üçün ondan  heç də az xeyirli sayılmır. Bu maddələr yeni kapilyarların əmələ gəlməsini  və qanın oksigenlə doymasını stimullaşdırır.



Qara üzüm
Bu sort üzümün tərkibində çoxlu miqdarda bioflavonoidlər vardır. Bu o maddələrdir ki, orqanizmdə gedən turşuluq prosesinii zəiflədir, damarları tonusda saxlayır və trombların əmələ gəlməsinə imkan vermir.


Sarımsaq
Bostandan yığılan təbii sarımsaq yalnız bir halda xeyirli sayılır - onu əzdikdə. Bioloqların dediyinə görə, qoxulu dişə göstərilən məhz travmatik təsir, onda alisin maddəsinin yaranmasını təmin edir.Bu maddə qan damarlarına güclü stumillaşdırıcı təsir göstəriri. Belə ki, iti bıçaqla sarımsağı səliqəli doğramağına dəyməz, onu yalnız əzmək və ya sadəcə ovucun qırağ ilə əzmək daha məsləhətlidir.


Zəncəfil
Tərkibində olan kəskin kapsaisin fermenti, ən xırda damarlarda belə qan dövranın stimullaşdırır və hipertoniya və baş ağrıları zamanı spazmı aradan qaldırır.



Şərhlər:
Baxılıb: 9512
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz