Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hil - təbii antiseptik
Hil - təbii antiseptik
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 3416
Səs ver:
Hil "kralların ədviyyatı" adlandırılır. Bütün dünyada bu ədviyyat çox populyardır.
Orta əsrlərdə Avropada hil... dərman hesab olunurdu və apteklərdə satılırdı.
Hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindir.

Belə zəngin tərkib hili bütün insanın orqanizmi üçün çox faydalı edir.
Beləliklə, hil həzm sistemi üçün çox xeyirlidir. Bu ədviyyat həzm prosesləri yaxşılaşdırır. Məhz bu səbəbdən bəzi şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər. Bundan əlavə hil ağızdan gələn pis qoxunu yox edir. Hil ürəkbulanmasını aradan götürür. Ürəkbulanmasından əziyyət çəkən hamilə qadınlar hildən istifadə edə bilərlər (1 ədəd hil toxumu  çeynəmək lazımdır). Hil iştahanı artırır, mübadilə prosesləri yaxşılaşdırır, köplə mübarizə aparır, artıq çəkidən azad olmağa kömək edir.

Hil təbii antiseptikdir - orqanizmdə olan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Soyuqdəymə xəstəlikləri zamanı onu mayelərə (çay, su) əlavə edib xəstəyə vermək olar. Hil ağız boşluğunda olan mikroblarla mübarizə aparır, diş ağrısını azaldır.
Angina, faringit zamanı hil dəmləmələri ilə qarqaralar çox yaxşı təsir edir (1 stəkan qaynar suda 1/2 çay qaşığı hil tixumlarını dəmləyin).

Hil ürəyin fəaliyyətini yaxşılaşdırır.
Hil sinir sistemini möhkəmləndirir, insana depressiyalar, stress və nevrozlarla mübarizə  aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.

Hilin aromatik yağları suya əlavə edib vannalar qəbul etmək olar. Bu sadə vasitə stres və gərginliklə mübarizədə çox yaxşı kömək edir.

Hindistanda və Çində hil çaya əlavə olunur. Hil kofeinin orqanizmə olan mənfi təsirini azaldır və çaya əla dad verir.


Şərhlər:
Baxılıb: 3416
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz