Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ömrü uzadan meyvələr
Ömrü uzadan meyvələr
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 2461
Səs ver:
Meyvələr bədən sağlamlığı üçün çox əhəmiyyətli olan vitamin, mineral və liflərlə zəngindir.
Onların mümkün olduğu qədər qabıqlı yeyilməsi orqanizmə daha da xeyirlidir. Yaponiyanın Okinava adasında yaşayan insanlar bol-bol meyvə yeyir. Fransız jurnalistlər Ana Dufour və Laurence Vittner, "Okinava rejimi” adlı kitabda onların hər gün 2-4 boşqab meyvə yediyini söyləyir: "Bir boşqab meyvə dedikdə bir alma, ya da iki albalı nəzərdə tutulur, hərəsindən bir kilo deyil. Bir porsiyaya hansısa bir meyvə (alma, armud, portağal), iki kiçik meyvə (çiyələk, ərik) ya da 100 qram üzüm, bir dilim ananas, qarpız da daxil ola bilər”.

Portağal - Okinavada ən çox yeyilən meyvələr arasındadır. Portağalın C vitamini ilə zəngin olduğunu bilirik, lakin bu hələ hamısı deyil. Bütün sitrus bitkiləri kimi tərkibində yetərli nisbətdə kalsium, antixolesterol liflər var.

Ananas - ekzotik meyvələrin önündə gəlir. Aşağı kalorili olması ilə diqqəti cəlb edər. Xüsusilə balıq və ətdə olan "bromelain” adında ferment ehtiva edir. Bu ferment qan laxtalanmasının qarşısını alır və ürəyi qoruyur. Bundan başqa mədədə kanserojen maddələrin birləşməsinə mane olaraq mədəni qoruyur.

Avokadoda- kalori sıxlığı çox yüksək olsa da, gündəlik menyuda yer ala bilər. Çünki tərkibindəki yağlar zeytun yağı qədər çox faydalıdır. Digər tərəfdən ürək üçün də xeyirlidir.

Alma- xolesterolu və təzyiqi salır. Nizamlı olaraq yeyildikdə qandakı şəkər nisbətini nizamlayır və diabetin sürətləndirdiyi erkən yaşlanmaya mane olur. İmmunitet sistemini gücləndirir, oynaq və revmatizm ağrılarını kəsir. Qəbizliyə mane olur. Hər gün yemək çox faydalıdır.

Ərikdən- Okinavada şoraba da hazırlanır. C vitamini ilə çox da zəngin olmasa da, qan damarlarını gücləndirir. Sidik qovucudur, bağırsaqlara yumşaldıcı təsir göstərir. Minerallarla zəngindir.

Qarpız- sərinləşdirici təsirə malikdir. Tərkibində su zəngindir. Digər meyvə və tərəvəzlər kimi, xərçəng və kardioloji xəstəliklərdən qorunmaqda effektlidir.
 
Yapon armudu- bir növü almadır, amma yeyildikdə ağızda armud təsiri bağışlayır. Yapon armudu, adi armuda çox yaxındır, faydaları və daşıdığı qida dəyərləri baxımından da.

Gilas- mövsümü Okinavada ən gözəl mövsümdür. Albalı piqment olaraq güclü qoruyucuları sayəsində qan damarlarını qoruyur. Bədənin digər hissələrinə dağılan (ayaqlar, əllər, gözlər) flavonoidlər olaraq adlandırılan bu piqmentlər qan dövranını yaxşılaşdırır. Bu, yaşlılıqla mübarizədə əhəmiyyətlidir.
 
Limon- bütün sitrus bitkiləri kimi limon da sağlamlığa olan çox böyük faydaları ilə tanınır. Vitaminlər və flavonoidlərlə qan damarlarını gücləndirir. Qan dövranı yolu ilə orqanlarımıza, hüceyrələrimizə güc verir və bədənin həyati vitamin materiallarını təmin edir. Üstəlik xərçəngdən qorunmada da xüsusi bir yeri var. Bütün yeməklərimizə bir az limon suyu qataraq onun xeyrindən faydalana bilərik, çünki limon qandakı şəkər nisbətini və eyni zamanda qan təzyiqini salır.


Şərhlər:
Baxılıb: 2461
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz