Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər bitkidə bir əlac var (2)
Hər bitkidə bir əlac var (2)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2591
Səs ver:
Çiyələk: Dəri problemləri olanlar üçün yaxşı bir meyvədir. Böyrək, sidik yolları və bağırsaq problemləri üçün də əvəzedilməzdir.Diş ətlərini gücləndirir, ağız qoxularını və boğaz ağrılarını aradan qaldırır. Çiyələkdə yüksək nisbətdə C vitamini olduğu kimi, yüksək təzyiq və xolesterolu salan maddələr istehsal edir.Bol miqdarda kalium ehtiyatı vardır və lifli qidalar arasında əhəmiyyətli bir yer tutur. Diabetli xəstələr, çiyələyə şəkər əlavə etməmək şərtiylə bu meyvəni bol-bol yeyə bilərlər.

 

Çörəkotu: İştah açar. Bədənə qüvvət və dinclik verər. Həzmi asanlaşdırar. Mədə və bağırsaq qazlarını təmizlər.

 

Alma: Gündə bir alma yemək həkimi evinizdən uzaq tutar. İki alma yesəniz, ürək və qan dövranı problemlərinə qarşı mühafizə olunarsınız. Xolesterolu yox edər və qəbizliyin qarşısını alar. Həzmi asanlaşdırır.Qan təzyiqini aşağı salır.Revmatizm və bağırsaq xəstəliklərinə qarşı da faydalıdır.

 

Reyhan: Sakitləşdirici xüsusiyyəti vardır. Enerji verir və dərini rahatlandırır. Reyhanlı saç losyonlarıyla,baş dərisinə masaj edərək, onların kökünü gücləndirə bilərsiniz. Reyhan yağıyla sellülitlərinizdən də xilas olmanız mümkündür.

 

Fındıq: Bədəni və zehini yorğunluğu aradan qaldırar. Bədənə qüvvət verər.

 

Gül: Dəriyə verdiyi faydalar üzündən kosmetik məhsullarının imtina edilməz bir parçasıdır. Ətir istehsalında öndə dayanar. Məsammələri daraldır.

 

Qreyfurt: C vitamini baxımından çox zəngindir. Yarım qreyfurt gündəlik C vitamini ehtiyacının yüzdə altmışını təmin edər. Xolesterol nisbətini salan maddəsi olur. Xərçəngə qarşı qoruyucu xüsusiyyət daşıyar. İştah açardir.

 

Cökə (ıhlamur): Cökə, 18-ci əsrdən bəri, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Sakitləşdirici və yumşaldıcı xüsusiyyətiylə qış aylarının imtina edilməz içkisidir. Cökənin bu xüsusiyyətləri yağlı ya da quru hər cür dəri üçün də etibarlıdır. Cökə, dərini sakitləşdirir.

 

Kartof: Həzmi asanlaşdırır, qəbizliyin qarşısını alar.Yorğunluğa qarşı əvəzedilməzdir.Bol miqdarda C vitamini və zülal tərkiblidir.Halsızlığa qarşı təsirlidir. Bədənə enerji verən maddə olan karbonhidrat la, C və E vitaminləri və beta karotin baxımından ən zənginidir.


Çobanyastığı (romaşka): Hər dərdə dərman bir bitkidir. Zədələnmiş, təmizliyə və sakitləşməyə ehtiyacı olan dərilər üçün idealdır. Qurudulmuş çobanyastığından hazırlanmış  losyonla gözlərinizə edəcəyiniz kompres, gözlərdəki şişliyi aradan götürür.



Şərhlər:
Baxılıb: 2591
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz