Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarpızın bilinməyən faydası
Qarpızın bilinməyən faydası
Göndərən: sima
Şərhlər:
Baxılıb: 3137
Səs ver:
Qarpızın vətəni Afrika olsa da, hazırda bir sıra dünya ölkələrində becərilir. Hətta bu meyvəyə olan maraq nəticəsində bir sıra ölkələrdə qarpız festivalı keçirilir. 2007-ci ildə təsdiqlənən bir qərarla iyul ayını amerikalılar "qarpız ayı" elan ediblər. Bu ay ərzində 60-dan çox festival keçirməklə onlar qarpızın satış miqdarını artırmağı hədəf seçirlər. Florida, Texas, Kaliforniya əyalətləri başda olmaqla 30 əyalətdə qarpız yetişdirən ABŞ təqdimat, marketinq fəaliyyətləri üçün Beynəlxalq Qarpızçılar Birliyi ilə qarpız marketinqi üzrə iş qurub.
Meksika və Kanadadakı istehsalçıları da fəaliyyətlərinə daxil edən ABŞ dərnəkləri qarpızın pizzadan kababa qədər bir çox yerdə istifadə edildiyini iddia edirlər. Hətta Qarpız Təqdimat Qrupunun veb-saytında qarpız kababı, qarpız şorbası, qarpızlı pizza və s. təqdim edilir. Beləliklə, bu ölkədə may ayında başlayan qarpız festivalı sentyabr ayının sonuna qədər davam edir.
Hazırda 1200 növü olan qarpızın 300 növü məhz ABŞ-da yetişir. Hətta 1998-ci ildə Ginnesin Rekordlar Kitabına düşən 119 kiloluq dünyanın ən böyük qarpızı da ABŞ-da yetişdirilib. Dünya qarpız istehsalında Çindən sonra ikinci yerdə olan Türkiyə qarpız satışında ABŞ-dan geri qalır. Bununla yanaşı, ABŞ qarpız yetişdirmədə Çin, Türkiyə, İrandan sonra 4-cü yerdədir
Tərkibindəki laykopen maddəsinin köməyi ilə xərçəng xəstəliyinin qarşısını alan qarpız ürək və böyrəklər üçün də olduqca faydalıdır.Qarpızın tərkibində olan laykopen maddəsi ürəyin funksiyasının yaxşılaşdırır, qan dövranını tənzimləyir.Qarpızın 95%-nin sudan ibarət olduğunu deyən mütəxəssislər təmizləyici xüsusiyyətə malik olan qarpızın böyrəklərin daha yaxşı işləməsinə də kömək etdiyini bildirirlər.
 
Bədən orqanlarının zərərli maddələr nəticəsində sıradan çıxmasının xərçəng xətəliyini yaradan ən mühüm amillərdən olduğunu deyən həkimlər məhz qarpızın zərərli toksinlərin orqanlara yapışmasının qarşısını aldığını bildirirlər. Qida üzrə mütəxəssislərin bildirdiyinə görə, qarpız artıq çəkidən xilas olmaq üçün də əvəzsiz meyvədir. Mütəxəssislər artıq çəkidən əziyyət çəkən insanlara qarpızın xüsusilə qabığa bitişik ağımtıl hissəsini yeməyi məsləhət görürlər. Qarpızın bu "imkanlarından” faydalanmaq üçün onun yeməkdən əvvəl yeyilməsi məsləhət görülür.


Şərhlər:
Baxılıb: 3137
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz