Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağaldır, qoruyur və ehtiraslandırır
Sağaldır, qoruyur və ehtiraslandırır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2080
Səs ver:

4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum olan qulançar (lat. Asparagus) Azərbaycanın bəzi bölgələrində quşqonmaz və mərəcüyüd kimi də tanınır.

 

Qadınlar.Biz-in məlumatına görə, bu bitkinin Azərbaycanda 9 növü bitir. Kür və Araz çaylarının ətrafında, boş və nəmli torpaqlarda geniş yayılıb.

Avropa ölkələrində, Çin və Amerikada geniş surətdə yetişdirilir, qida və dərman bitkisi kimi istifadə edilir.

A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.

 

Qulançarın kalorisi az da olsa insan orqanizmi üçün ağlagəlməz dərəcədə xeyirlidir. Antioksidant kimi təsir edir, cinsi istəyi artırır. Qan damarlarını gücləndirir. Qanı təmizləyir.

 

Ürək xəstəliklərində risk faktoru olan homosisteinin nəzarətinə kömək edir, ürəyi gücləndirir.

 

Hüceyrələri zədələnməkdən qoruyan güclü antioksidantdır. (Antioksidant — orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir)

 

Sümük əriməsini azaldır. Daha çox yaşlı insanlarda olan bu xəstəlik zamanı insanların sümüyü zəifləyir, sərtliyini itirir, yeyilir.

 

Güclü sidik qovucudur. Bədəndə olan şişlərin çəkilməsində təsirlidir. Orqanizmdə yığılan artıq suların xaric edilməsinə kömək edir. Bu yolla qanı təmizləyir.

 

Böyrəklərin fəaliyyətini yaxşılaşdırır və böyrək daşlarının təmizlənməsinə kömək edir.

Həzmi asanlaşdırır. Qaraciyərə yaxşı təsir edir.

 

Dərini təravətləndirir, sızanaqları azaldır.

 

Zehni yorğunluğu aradan qaldırır. Sinirləri sakitləşdirir. İştah açır.

 

Yağ hüceyrələrindəki qlükozanın istehsalını artıraraq insulinin təsirini yaxşılaşdırır.

Qulançarı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər. Daha çox yaz aylarında yeyilir.

 

Günel Muxtarlı



Şərhlər:
Baxılıb: 2080
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz