Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qışda necə pəhriz saxlamalıyıq?
Qışda necə pəhriz saxlamalıyıq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6892
Səs ver:

Qışda necə pəhriz saxlamalıyıq?

Payız aylarından orqanizm yavaş-yavaş soyuqlara hazırlaşmağa başlayır: çəki artır, passivlik çoxalır. Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir. Məsələ burasındadır ki, soyuq vaxtlarda vitamin və qidalı  maddələrin çatışmazlığı olur.

Ona görə də gündəlik rasionunun cüzi azalması fiziki və psixi cəhətdən neqativ təsir göstərə bilir. Piy toxuması iştahanın, bədən çəkisinin, reproduktiv funksiyaların və hətta psixi sağlamlığın requlyasiyasında iştirak edən leptin hormonu hazırlayır. Çəkinin kəskin azalması isə hormonal disbalansa gətirib çıxarır. Artıq çəki isə məyusluq gətirir və pəhrizlərə meyli artırır. Qış mövsümündə pəhrizlərlə daha ehtiyatlı olmaq lazımdır. O pəhriz faydalıdır ki, orqanizmin işini pozmur və uğurlu nəticələr verir.

Artıq çəkidən azad olmaq üçün gündəlik rasiondan başlamaq lazımdır. Təklif olunan ilk xörək – şorbadır. O, mədəyə doluluq hissi verərək divarındakı xüsusi reseptorları aktivləşdirir və onun dolması haqda siqnal verir. Nəticədə iştaha azalır və ikinci yemək həmişəkindən 20-40 faiz az yeyilir. Yağsız ət şorbalarına, tərəvəz bulyonlarına üstünlük vermək məsləhətdir. Məsələn, belə bir şorba resepti: 1,5 l su, 2-3 ədəd kök, 2 pomidor, bir neçə qanad kərəviz, kəvər. Həmin inqredientlərdən bulyon hazırlayıb içinə bir azca kəklikotu, zirə və ya keçniş qatmaq olar.

İkinci yemək adətən daha kalorili olur. Onu hazırlayarkən yüngül mayonezdən, yağsızlaşdırılmış süd, smetan və kəsmikdən istifadə etmək olar. Kartof qızardarkən kərə yağı bitki yağı ilə əvəz edilməlidir. O, zərər vermir və soyuq qış aylarında dərinin su-lipid balansını qoruyur. Yeməyə qatılan müxtəlif ədviyyatlar isə həzm şirəsinin hazırlanmasını sürətləndirir, maddələr mübadiləsini aktivləşdirir. Nəticədə qida tam həzm olunur və yağ toplanmır.

Qreypfrut pəhrizi ən yüngül və xoşagələn pəhrizlərdən sayılır. Arıqlamaq üçün hər qida qəbulundan əvvəl bir qreypfrutun yarısını yemək kifayətdir. Məsələ burasındadır ki, bu sitrus meyvəsinin tərkibində piyin tez parçalanmasını təmin edən fermentlər var. Ona görə də həmişəki kimi qidalanmağa baxmayaraq arıqlamaq mümkündür. Tez nəticələr üçün gündəlik qəbul olunan kilokalorinin miqdarı 800-900-a qədər məhdudlaşdırıla bilər. Qreyfrut C vitamini ilə zəngin olduğundan həm arıqlamağa, həm də immunitetə müsbət təsir göstərir.

Sitrus pəhrizinə bir həftədən çox və ayda 1 dəfədən artıq əməl etmək olmaz. Həmin pəhrizə riayət edərək 1 həftə ərzində 10-15 kq çəki itirmək mümkündür.

Səhər yeməyi – 1 stəkan (250 ml) sitrus şirəsi (limon şirəsindən başqa istənilən sitrus meyvəsi ola bilər)

Nahar – bir böyük qreyfrut və iki kivi

Şam yeməyi – qara çörək dilimi (150 qr), iki yumurta ağından buğun içində bişirilmiş omlet, 1 stəkan su

Yatmazdan yarım saat əvvəl –şəkərsiz, limonlu 1 stəkan isti çay

Mümkün qədər tez-tez və çox su içmək lazımdır. Qida idmanla məşğul olmazdan ən azı yarım saat əvvəl qəbul edilməlidir. Şam yeməyi ilə yuxu arasında ən azı 6 saat zaman məsafəsi olmalıdır.

Mədə-bağırsaq traktı xəstəliklərində pəhriz əks göstərişdir, xroniki xəstəlikləri olanların isə pəhrizdən əvvəl həkimlə məsləhət etmələri yaxşıdır.

Naringi pəhriz ekspress-pəhrizlərdəndir və bayram günlərində yığılan artıq kilolardan tez xilas olmağa kömək edir. Həmin pəhrizə 2-3 gündən artıq əməl etmək məsləhət görülmür.

Səhər yeməyi – 1 çay qaşığı şəkərli 1 fincan kofe

İkinci səhər yeməyi – qaynadılmış bir yumurta, 4 mandarin (1 apelsinlə də əvəz etmək olar)

Nahar – 120 qr duzsuz, yağsız qaynadılmış ət, bir nimçə turşuya qoyulmuş kələm

Günorta – qaynadılmış bir yumurta, 4 naringi (1 apelsinlə də əvəz etmək olar)

Şam yeməyi – 120 qr duzsuz, yağsız qaynadılmış ət, bir nimçə turşuya qoyulmuş kələm

Tərəvəz pəhrizinin əsasını tərəvəzlər təşkil edir: kələm, kök, boranı, yaşıl kahı, xiyar, yaşıl lobya, bolqar bibəri, ağ turp, soğan, göyərti və kartof (məhdud miqdarda). Tərəvəzlərdən başqa gün ərzində meyvə (məsələn, yaşıl alma və ya sitrus meyvəsi, banandan başqa), 1-2 dilim taxıl və ya qara (çovdar) çörəyi, 150-200 qr yağsızlaşdırılmış şəkərsiz süd məhsulları – kefir, smetan, yoqurt və ya kəsmik yemək olar. Bir-iki gündən sonra menyuya qarğıdalı və yulaf yumaqcığı da daxil etmək olar.

İçkilər: su, qazsız mineral sular, yaşıl çay, tərəvəz şirələri.

Tərəvəz pəhrizi sayəsində 1 ay ərzində 5-10 kq arıqlamaq mümkündür, lakin ona uzun müddət əməl etmək məsləhət deyil. Meyvə və tərəvəzlərdə çoxlu miqdarda vitaminlər və mikroelementlər, həmçinin mədə-bağırsaq traktına faydalı sellüloz var.Tərəvəz pəhrizi nəinki artıq çəkidən azad olmağa kömək edir, həm də həzm sistemi orqanlarının fəaliyyətini və dərinin vəziyyətini yaxşılaşdırır.

Kök pəhrizi 3-4 gün üçün nəzərdə tutuluan faydalı pəhrizlərdəndir. Həmin günlər ancaq kök salatı ilə qidalanmaq lazımdır – bir böyük kökü və 1 meyvəni (yaxşı olar ki, yaşıl alma) sürtkəcdən keçirib (və ya blenderdə xırdalayıb) üzərinə 1 xörək qaşığı bal və bir az limon suyu əlavə edilir. Pəhrizin sonuncu günü rasiona 100 qr kartof, 120 qr yağsız suda bişmiş ət və bir dilim çovdar və ya taxıl çörəyi əlavə etmək olar.

İçkilər: su, yaşıl çay, qazsız mineral su, tərəvəz şirəsi.

Kökün sellülozu çox sərt olduğundan həzmlə bağlı problemi olanların onu tətbiq etməyi məsləhət deyil.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 6892
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz