Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kofein sağlamlığımıza zərərlidir? yoxsa xeyirlidir?
Kofein sağlamlığımıza zərərlidir? yoxsa xeyirlidir?
Göndərən: Barbaris
Şərhlər: 6
Baxılıb: 108
Səs ver:
Qəhvə ilə yanaşı kofein çayın, enerjiverici sərinləşdiricilərin və şokoladın tərkibində var.

Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər.

Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.

Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.

Psixologiya üzrə elmi əsər üzərində işləyən Simon Jones deyir ki, bu, hallyusinasiya ilə bağlı faktorların araşdırılması istiqamətində ilk işdir.

Stresslə üz-üzə
O bildirir ki, əvvəl önə sürülən uşaqlıq travması kimi faktorlar da hallyusinasiya ilə bağlı ola bilər. Stresli olanda orqanizm bədənə kortisol adlanan hormon buraxır. Bir neçə fincan qəhvə içəndən sonra isə bu proses sürətlənir. Onun fikrincə, məhz buna görə də, kofein ilə əhval-ruhiyyə arasındakı bağlılıq öyrənilməlidir.
Qəhvədən başqa çay, şokolad və enerjiverici sərinləşdiricilərin də tərkibində kofein var.

Hamiləliklə bağlı problemlər
Bəlli olan hallar arasında qarabasma, səslərin eşidilməsi və ölülərin otaqdakı mövcudiyyətini hiss etmək də var. Buna baxmayaraq, cənab James əlavə edib ki, bu bağlılığı dəqiqləşdirmək üçün əlavə araşdırma işinə ehtiyac var. O bunu bildirib: " Stresli adamlar daha çox kofein qəbul edirlər."

İndi tədqiqatçılar hallyusinasiya ilə bağlı ola biləcək pəhrizin şəkər kimi aspektlərini öyrənməkdədirlər. Britaniya Qəhvə Assosiasiyasından Dr Euan Paul vurğulayıb ki, araşdırma işinə yalnız yüksək həcmdə kofein qəbul edənlər cəlb ediliblər. O deyib ki, hallyusinasiyaya gətirə biləcək başqa qida məhsulları öyrənilməyib.

"Qəhvə, kofein və səhhət məsələlərini öyrənən minlərlə araşdırma işi göstərir ki, gün ərzində 400-500mg kofein qəbul etmək təhlükəsizdir və bunun müəyyən xeyri də ola bilər."

Son vaxtlar aparılan araşdırma işləri böyük həcmdə kofein qəbulunun aborta gətirən bağlılığın olduğunu göstərib. Digər araşdırma işləri isə kofeinin dəri xərçəngi ilə mübarizədə kömək edə biləcəyini, ya da ki, şəkər xəstələri üçün problemlərin yarana biləcəyini göstərib.


Şərhlər: 6
Baxılıb: 108
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Həftədə 2-3dəfə icirəm.yadima duşəndə
30 noyabr 2016 17:00
# 6
Her şeye gore şukur
leyli
Coxda icmirem gunde 1 2 fincan yurgunlugumu cixarmarmasi ucun. Su ile hazirlayanlarda var amma men su ile ice bilmirem hemise sud ile hazirlayiram

1-2 fincan ortaya tire qoymamisdim 12 oxunurdu
29 noyabr 2016 18:32
# 5
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
son bahar
Son iki aydi atmisam kofdni icmirem daha
29 noyabr 2016 18:25
# 4
...
sevgi qatarı
Hec baxmiram zererlidi xeyirlidi baxmiram icirem
29 noyabr 2016 18:21
# 3
...
BARBI
Kofeinin zereri daha coxdur.Mumkun qeder az istifadde edilmelidir
29 noyabr 2016 15:51
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
xeyirde var ziyanida coxdur
29 noyabr 2016 15:28
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz