Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün qidalanmağı bacarırıq?
Düzgün qidalanmağı bacarırıq?
Göndərən: Pure Love
Şərhlər: 2
Baxılıb: 146
Səs ver:
Qidalanma mütəmadi olmalıdır. Yaxşı olar ki, gün ərzində 3 dəfədən az olmasın. Yemək vaxtı belə bölünür: səhər yeməyi - gündəlik normanın 30%-ni, nahar - 50%-ni, şam yeməyi - 20%-ni (xalq arasında deyilir: səhər yəməyini özün ye, naharı dostunla bölüşdür, şamı düşmənə ver). İkinci səhər yeməyi də xeyirlidir. Сох yemək piyləndirir. Bir çox qızlar davranış stereotipi və gözəllik etalonu artdıqca "90-60-90" göstəricisindən kənara çıxmamaq üçün pəhriz saxlayır və aclıq edirlər (oğlanlar əzələlərin inkişafı üçün çoxlu yumurta - zülal yeyirlər). Orqanizmə ən çox ziyan verən, xüsusən təşəkkül dövründə, tərkibində çoxlu kimyəvi
maddələr olan süni gübrələrlə yetişdirilən məhsullardır (yaxud təsərrüfat məhsulları). Təbii qida qaydasına riayət etməli, məhsulu seçmək lazımdır. Dünyada elə preparat yoxdur ki, orqanizmi yaşatmaq üçün lazım olan qanı təmin etsin. Tam və mükəmməl qidanı heç bir vitaminlər və "həyat həbləri" əvəz edə bilmez. Gündə 4-5 defə yemək olar, amma qidada lazımi elementlər yoxsa və ferment balansı pozulubsa, hüceyrə və toxumalar aclıq hiss edecək. Yalnız tərəvəz və şirələrdən ibarət olan qidalanma rasionunda lazım olan vitamin və maddələr tam miqdarda olur. "Yeməsən - balaca qalacaqsan!" Yəqin ki, bu sözləri valideynlərdən dəfələrlə eşitmisən! Əslində, necə lazımdı qidalanmalısan, çünki inkişaf edən orqanizm böyük həcmdə həm fiziki, həm də psixi enerji işlədir. Lakin indi biz nə ilə, nə vaxt və necə qidalanmalı haqda danışayayıq.

Qidalanmanın düzgün rasionu hər bir yaşda vacibdir, xüsusilə də cinsi inkişaf mərhələsində. Qəbul etdiyin qida böyüməyinə kömək edir və enerji mənbəyi kimi xidmət edir. Onun komponentlər (tərkib hissələr) orqanizmində müxtəlif işi görürlər, buna görə də onların hamısı balanslaşdırılmalıdırlar.
Balanslaşdırılmış qidalanma - kəmiyyət göstəricisidir: yəni, nə qədər tələb olunur, o qədər də yeməlisən. Məsələn, fiziki işlə məşğul olan insanların; yarış zamanı idmançıların; imtahanlar vaxtı şagirdlərin də xüsusi qidalanmaya ehtiyacları vardır. Bu qida asan həzm olunmalı, vitaminlərlə zəngin olmalıdır; yağlı, istiotlu yeməklər məsləhət görülmür, çoxlu çiy meyvə və tərəvəzdən istifadə etmək tövsiyə olunur. Qidamız müxtəlif komponentlərdən ibarətdir. Bunlar aşağıdakılardır:
Zülallar
Zülalları sən heç görmüsənmi? Əlbətdə. Məsələn, saçların 78%-i keratin adlı zülaldan ibarətdir. Insan bədəninin 10% -dən çox hissəsi zülallardan ibarətdir. Onlar orqanizmin inkişafı və bərpası üçün lazımdırlar, xüsusilə cinsi inkişaf mərhələsində. Bu mərhələ pubertat mərhələsi adlanır. Zülalları insan lazımi qədər heyvani və bitki qidadan alır. Kəsmik, süd, yumurta, pendir və yağsız ət heyvan mənşəli zülalların mənbəyidir. Bitki mənşəli zülalları biz çörək, makaron və müxtəlif sıyıqlar vasitəsilə alırıq. Qoz və paxlalılar fəsiləsində də zülallar çoxdur.

Karbohidratlar
Karbohidratlar enerjinin əsas mənbəyidir. Onlar nişasta və qənd, şəkər tozunda var. Ən xeyirli nişasta tərkibli ərzaqlar bunlardır: ağ və qara çörək, un məmulatları, meyvə, giləmeyvə, düyü, kartof. Lakin tortlar, pirojnalar, şokolad, dondurma və şirin içkilər az xeyirlidirlər, çünki şəkər enerji mənbəyi olsa da, məsələn, dişlər üçün ziyandır.

Yağlar
Yağlardan orqanizm bir qədər enerji alır. Yağlar doymuş və doymamış olurlar. Doymuş yağlar heyvan mənşəli ərzaqlarda var: kərə yağı, qaymaq və marqarinin əksər növlərində. Doymamış yağlar əsasən bitki yağlarda, qozda və marqarinin bəzi növlərində var. Rasionda doymuş yağların çox miqdarda olması ürək damar xəstəliklərin yaranmasına gətirir.

Sellüloz
Sellüloz həzm edilməyən, lakin rasionun vacib hissəsi olan karbohidratların növüdür. Onlar fırça kimi həzm borudan keçir, bağırsaq əzələlərini hərəkət etməyə vadar edir, onların təmizlənməsinə kömək edirlər. Sellüloz bəzi ciddi xəstəliklərinin (məsələn, onkoloji) profilaktikasına kömək edir. Tərəvəz, meyvə, makaron, çörək, sıyıqlar, mərci, lobya və qoz sellülozla zəngindirlər.

Vitamin və minerallar
Necə zülallar, yağlar və karbohidratlar, eləcə də vitamin və mineralların çatışmazlığı nəticəsində insan özünü sağlam hiss edə bilmir. Inkişaf edən gənc üçün və onun orqanizmində vacib kimyəvi proseslərin düzgün gedişatı üçün 40-a yaxın vitamin və minaral lazımdır. Təbiətdə müxtəlif minerallar mövcuddur: dəmir, manqan, yod, mis, kükürd və s. Insan da təbiətin bir hissəsidir, və onun orqanizmində bütün bu elementlər az miqdarda var, lakin həyat fəaliyyəti prosesində onlar orqanizmdən çıxarılır, buna görə də orqanizmi onlarla daimi qidanandırmaq lazımdır. Bu mümkündürmü? Əlbəttə ki, sadəcə qidalanarkan lazımi ərzaqlardan istifadə etməlisən. Mikroelementlərin orqanizmə kifayət qədər daxil olması üçün, insanın qidası cürbəcür olmalıdır. Kalsium mineraldır. O, süd, kəsmik və pendir kimi ərzaqlarda var. Pubertat mərhələsində kalsium çox vacibdir, çünki diş və sümükləri bərkidir. Qlobal miqyasda ən böyük əhəmiyyətli üç çatişmazlıq dəmir, yod və А vitamini çatışmazlıqlarıdır.

Dəmir qanın sağlamlığının qorunması, anemiyanın profilaktikası üçün tələb olunur. Qadınlara kişilərlə müqaisədə daha çox dəmir lazımdır, çünki qadınlar dəmiri menstruasiya zamanı itirirlər. Dəmirin ən yaxşı mənbəyi ət, balıq, yumurta, nar, qara ciyər və çörək sayılır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünya miqyasında 4-5 milyarda yaxın adamda (dünya əhalisinin 66-80%-də) dəmir çatışmazlığı ola bilər, bunlardan da 2 milyardı anemik səciyyəlidir. Anemiyadan əziyyət çəkənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır

Natrium duzun tərkibində olan vacib bir mineraldır. Lakin bəzi insanlar duzdan həddindən artıq çox istifadə edirlər, bu da ürək xəstəliklərin yaranmasına gətirir. Yod çatışmazlığı depressiya, uşaqların əqli inkişafdan geri qalması, hamilə qadınlarda uşaqsalma, lal, kar, kor uşaqların doğulmasına səbəb ola bilər. Yod zobun profilaktikası üçün lazımdır, o, dəniz kələmi, qoz və dəniz məhsullarda çoxdur. Yer kürəsində yaşayan insanların ⅓ hissəsi yod çatışmayan ərazilərdə yaşayır.

Qidalanmada mütlək meyvə və tərəvəzlərin olması zəruridir. Qış və yaz fəsillərdə təzə meyvə və tərəvəz bizim rasionda o qədər də çox deyil. Vitamin və mineral maddələrin çatışmazlığı avitaminozun yaranmasına səbəb ola bilər. Məsələn, C vitaminin çatışmazlığı sinqa, A - gecə korluğu, D - raxit kimi xəstəliklərin yaranmasına gətirir. Qışda, xüsusilə də yazda hər gün draje şəklində vitaminlərdən istifadə etmək məsləhət görünür. Onlar apteklərdə satılır. Polivitaminləri müəyyən olunmuş qayda əsasında qəbul etmək lazımdır (gündə 1-2 dənə, yeməkdən sonra). Əks halda orqanizmə ziyan yetirə bilərsən.

Vitamin A ilə zəngin olan ərzaqlar bunlardır: balıq yağı, kərə yağı, ət, yumurta, kök, qırmızı istiot, quzuqulağı, soğan, ərik və alma.
В vitamini (maddələr mübadiləsi vitaminləri) ət, yumurta, noxut, lobya, kələm, kartof, qarabaşaq yarması və pendirdə var.
С vitamini (askorbin turşusu) - təzə giləmeyvə, xiyar, kartof, portağal, limon, turp, qara qarağat və kələmin tərkibində mövcuddur.
D vitamini balıq yağı, balıq kürüsü, yumurtanın sarısı, kərə yağı, ət, süd məhsulları, qırmızı istiot, quzuqulağı, kələm, pomidor, ərik, alma və mandarində var.


Şərhlər: 2
Baxılıb: 146
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
her zaman duzgun nizamli qidalaniram
23 oktyabr 2016 21:03
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ʚɞღ..Sultanım..ღʚɞ
Lazimli melumatdir,tesekkur.
23 oktyabr 2016 15:45
# 1
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz