Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə yeyək ki, kökəlməyək, sağlam olaq və çox yaşayaq?
Nə yeyək ki, kökəlməyək, sağlam olaq və çox yaşayaq?
Göndərən: Lola_Maya_
Şərhlər: 4
Baxılıb: 257
Səs ver:
Alimlər bu suallara daim cavablar axtarır. Son araşdırmalar göstərib ki, sağlam və uzun həyat bir neçə amildən asılıdır: irsiyyət, ekologiya və ən əsası qidalanma.

Müşahidələr göstərib ki, dünyada ən çox yaşayan İtaliyanın Kalabriya vilayətinin, Yaponiyanın Okinava adasının sakinlərinin, Qafqaz uzunömürlülərinin qidalanma prinsipləri təxminən eynidir.

Bu prinsiplər hansılardır?
Daha az ət

Uzunömürlülərin qidalanmasında bu məhsul olduqca azdır.
Son elmi araşdırmalar göstərib ki, ətin və xüsusilə də kolbasa-sosis məmulatlarının çoxlu miqdarda qəbulu ürək-damar və xərçəng xəstəliklərinin riskini artırır. Bu xəstəliklər isə bütün dünyada əsas ölüm səbəblərindən biridir.

Daha az kalori
Müşahidələr göstərib ki, uzunömürlülər çoxluq təşkil edən regionlarda insanlar daha az qida qəbul edir.
Sübut olunub ki, qəbul etdiyimiz kalorilərin 20-30% azalması şəkərli diabet və xərçəng xəstəliklərinin riski 50%-ə qədər azaldır.
Alimlərin fikrinə görə, müasir insan ona lazım olandan daha çox yeyir. Biz daha az hərəkət edirik, isti evlərdə yaşayırıq, isti paltarlar geyinirik. Bu isə bizə daha az kalori sərf etməyə imkan verir.
Alimlərin fikrinə görə, qadın gün ərzində ən çox 2200 kkal, kişi 2500 kkal qəbul etməlidir. Bundan çox qəbul etdiyimiz kalorilər artıq piyə çevrilərək orqanizmdə yığılır və müxtəlif xəstəliklərin inkişafına təkan verir.

Daha az duz və şəkər
Duzun və şəkərin artıqlığı qaraciyərə, ürəyə, damarlara, immun sisteminə çox mənfi təsir edir.
Gün ərzində böyüklər 5 qr (1 ç.q.) duz və 25 qr şəkərdən artıq qəbul etməməlidir.

Daha çox meyvə və tərəvəzlər
Çoxsaylı elmi araşdırmalar sübut edib ki, qidalanmada meyvə və tərəvəzlərin çox olması bir çox xroniki xəstəliklərin riskini azaldır. Bunun səbəbi bu məhsullarda vitamin, mineral, antioksidant, flavonoidlər və s. kimi qocalmanı ləngidən maddələrin çox olmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatı hər gün 400 qr meyvə və tərəvəz qəbul etməyi tövsiyə edirlər (məsələn, gün ərzində 1 orta boşqab tərəvəz salatı + 1 alma + 1 kasa giləmeyvə).

Daha çeşidli qidalanma
Alimlər qidalanmanı daha çeşidli etməyi tövsiyə edir. Qidalanmada müxtəlif məhsullar olmalıdır ki, insan orqanizmi hər məhsuldan ona lazım olan faydalı maddələri ala bilsin.


Şərhlər: 4
Baxılıb: 257
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
esas saqlam olmaqdirki indiki zamanda yemeklerini hamisi dermanli olduquna gore buda mumkun deyil

esas saqlam olmaqdirki indiki zamanda yemeklerini hamisi dermanli olduquna gore buda mumkun deyil
10 sentyabr 2016 15:32
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Insan gerek yeqıyı qıdalara fıkır vermelıdı esas dakok ınsanlar yenı pıylenmeye ıcaze vermemelıdrler cox yawmaq dedıkde ıs mence yalnıw sozdu Allah veren omurdu ne qeder saglam yesekde)
9 sentyabr 2016 20:57
# 3
Heyata daim gulmek lazimdii
Cindrella
Qida rasionunda etden daha az istifade olunmalidir,meyve terevez ustunluk teskil etmelidir.Men ozum de bunlara diqqet edirem.
9 sentyabr 2016 18:48
# 2
BARBI
Saglam olmaq ucun az yagli qidalar ustunluk verilmelidir. Bol meyve terevez yeyilmelidir. Bunlar insani saglam saxlayir
9 sentyabr 2016 18:26
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz