Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Canını seven bunları yesin – Qidaların sirri
Canını seven bunları yesin – Qidaların sirri
Göndərən: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 396
Səs ver:
Həddindən artıq isti günlər bir çox sağlamlıq problemini də özü ilə gətirir. Buna görə də yayın isti günlərində yaşanan problemlərə qarşı qidaların gücündən faydalanmaq lazımdır. Aile.lent.az üz dərinizə uyğun olaraq yayda yeməyiniz məsləhət görülən qidalarla sizi tanış edir.

Quru dərilər - Zülal və A vitamini
Dərisi quru olanlar zülal və A vitamini ehtiva edən qidalara üstün versinlər. Günəş şüaları, duzlu dəniz suyu, xlorlu hovuz suyu dərinizin daha asan qurumasına gətirib çıxarır. Günəş yanıqları və böcək dişləməsi də dərinizin zədələnməsinə səbəb ola bilər. Bu kimi hallar üçün dəri sağlamlığını qoruyan antioksidan və C vitamini tərkibi zəngin olan moruq, qara qarağat və çiyələk kimi yay meyvələri, xüsusilə dəri problemlərinizin öhdəsindən gəlməyə köməkçi olar.

Ət, toyuq, balıq, quru paxlalılar və süd, pendir kimi zülal və A vitamini ehtiva edən qidaları yesəniz dərimizin zədəli toxumasının yaxşılaşmasını sürətləndirər. Dəri quruluğu üçün sağlam, kifayət qədər qidalanma və bol miqdarda su içməyiniz problemin aradan qaldırılması üçün çox əhəmiyyətlidir.

Uçuğa qarşı qidalar
Günəşə məruz qalmaq uçuq çıxmasına səbəb ola bilər. Bunun üçün günəş qoruyucu krem ​​istifadə edilməlidir. B vitaminlərindən və riboflavinlə zəngin olan tam taxıllı qidalar ilə ət, balıq, yumurta, quru paxlalılar və quru çərəzlər yeməlisiniz.

Zədələnmiş saçların dərmanı
Günəş şüaları, duzlu və ya xlorlu su saçlarımızın zəifləməsini sürətləndirir. Ət, toyuq, balıq, quru paxlalılar və süd, pendir kimi zülal ehtiva edən qidalar saçın keratin quruluşunu gücləndirir. B5 vitamini (qatıq və avokado), B8 vitamini (ciyər və yumurta), fol turşusu (tam taxıllar və quru paxlalılar), kalsium (süd və qatıq) və sink (ət və balıq) ehtiva edən qidalar saç tökülmələrini azaldıb, saçların yenilənməsini və parlamasını təmin edər. Bu qida elementləri dəri sağlamlığı üçün də faydalıdır.

Üzərkən və ya çimərlikdə voleybol oynayarkən başınıza gələ biləcək problemlərdən biri də əzələ spazmıdır. Bu xoşgəlməz hal həddindən artıq yüklənmə və su itkisi səbəbindən meydana gələ bilər. Kifayət qədər su qəbul etməyən bədən sistemimizin elektrolit tarazlığı pozulur və damar tutulmaları başlayır. Bu vəziyyətə məruz qalmamaq üçün bol su içmək, lazım olsa təbii mineral su və idman içkiləri içmək lazımdır. Bununla yanaşı, kalium tərkibi yüksək olan şaftalı, ərik, banan, üzüm, qovun, qarpız, ərik, kartof, lobya, göbələk və ispanaq kimi qidaları yeməyiniz faydalı olacaq.

Göbələk
Göbələk infeksiyalarını yaxşılaşdırmaq üçün qatıq və kefirə üstünlük verin. Yay aylarında suya daha çox ehtiyacımız olduğu üçün göbələklərin törəməsinə də mühit yaratmış oluruq. Bu kimi göbələklərin yol açdığı infeksiyalar üçün şəkər və şəkərli qidaları azaltmaq, hətta mümkündürsə, bir müddət imtina etmək lazımdır. Şirin və şəkər ehtiyacımızı təzə mövsüm meyvələri ilə təmin etməliyik. İnfeksiyasının qarşısını almaq üçün isə təbii probiotik tərkibi yüksək olan ayran, qatıq, kefir kimi qidalardan da dəstək almalısınız.


Şərhlər: 8
Baxılıb: 396
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Balacam
Balig yemirem alınmış eti sulu yemeklerde yemirem.tekcekotlet falan olsa yeyirem.yeni burda yazilanlarin cixunu yemiremki men :(
16 sentyabr 2016 10:27
# 8
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Onun_Mələyi
Hansı qidanın nələrə faydasnı olduğnu bilirəm də....dadını sevmədiyim qidanı faydasına baxmayaraq yemirəm.təşəkkürlər
16 sentyabr 2016 09:11
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
butun qidalardan isidfade edilmelidir
15 sentyabr 2016 23:01
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Bunlaron hamisi gundelik widalarimizdir da avakadodan basqa
15 sentyabr 2016 22:53
# 5
Her gulusun arxasında bır keder vardır
qonaqa
mende emel edirem
15 sentyabr 2016 21:25
# 4
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
BARBI
Her birine emel edirem. Faydali qidalardi.
15 sentyabr 2016 21:24
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Kölge
Bir soznen saglam qidalan saglam ol
15 sentyabr 2016 20:28
# 2
Her şeye gore şukur
MODABAZ
Canımı sevırem calıwıramkı hher bır qıdadan faydalanım o qeder de yemek yemesem
15 sentyabr 2016 20:06
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz