Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam və gümrah olmaq üçün bunları yeyin
Sağlam və gümrah olmaq üçün bunları yeyin
Göndərən: Lola_Maya_
Şərhlər: 5
Baxılıb: 606
Səs ver:
Gümrah görünmək ilk növbədə sağlamlıq əlamətidir. Sağlamlığa gedən yol isə sağlam həyat tərzi və düzgün qidalanmadan keçir. 
Qlisemik indeksi aşağı qidalar yeyin
Qan şəkərini sürətli yüksəldən qidalar əvəzinə qlisemik indeksi aşağı qidalara üstünlük verin. Bu, daha sağlam bir seçim olacaq. Qan şəkərini çox sürətli yüksəldib, çox sürətli aşağı salan sadə karbohidratlar yerinə, qara çörək, quru paxlalı və yarma kimi qlisemik indeksi aşağı qidalar yeyin. Qlisemik indeksi aşağı olan qidalar insulin müqavimətini tənzimləyir, ikinci dərəcəli diabet və ürək-damar xəstəlikləri riskini azaldır. Bundan başqa, arıqlamağa da kömək olur.
Piyada yeriməyə başlayın
Yaz və yay ayları açıq hava piyada gəzmək üçün ən ideal zamandır. Xüsusən də dəniz kənarında gəzmək həm xoşbəxtlik hormonu ifrazını artırır, həm də insan bədənini formaya salır. Açıq havada yağların daha asan parçalandığını və təmiz havanın immunitet sistemini gücləndirdiyini unutmayın. Gündə orta hesabla 45 dəqiqəlik templi gedişlə təxminən 350 kalori yandırmaq mümkündür.
İmmuniteti gücləndirin
1 stəkan kefir, 1 çay qaşığı bal, 1 çay qaşığı zərdəçal, 10 badamı blenderdan keçirin və yemək aralarında yeyin. Beləcə həm tox qalacaq, həm də probiotik və sink sayəsində immunitetinizi gücləndirəcəksiniz.
Yuxu nizamını pozmayın
Gec yatmayın, səhərlər günə erkən başlayın. Gec saatlarda yeməyin. Bu vərdiş kortizol hormonunu azaltdığı üçün arıqlamağı çətinləşdirir. Araşdırmalar sübut edib ki, 00.00-04.00 arasında yuxuda olmaq arıqlamağa kömək olur. Bundan başqa, xoşbəxtlik hormonu da gecə yuxuda ifraz edilir.
Proteinsiz olmaz
İstər səhər yeməyi, istər ara yeməklərdə zülal tərkibi yüksək olan qidalar qəbul edin. Həm özünüzü daha gümrah və tox hiss edərsiniz, həm də maddələr mübadiləsini sürətləndirərsiniz. Səhər yeməyində yumurta, yeməklərdə bir kasa qatıq, ara paylarında çərəzlər (badam, fındıq, qoz) yeyin.
Su için
Su içmək qanımızı təmizləyərək gümrahlıq verir. Masanızda, əlinizin altında, harasa getdikdə mütləq yanınızda su olsun. Turşulu, qazlı və şəkərli içkilərdən uzaq durun.  Artan maye ehtiyacınızı qarşılamaq üçün gündə təxminən 2,5-3 litr su için. Suyun içərisinə təzə nanə yarpaqları və limon dilimləri atmaq gözəl ideyadır.
Əvəzedilməz 5 tərəvəz
Lobya və yaşıl tərəvəzlər: əzələ istehsalına kömək olur, yağ yanmasını təmin edir, həzmi nizama salır, piylənmə, xərçəng, ürək xəstəlikləri, yüksək təzyiqlə mübarizə aparır.
Ənginar: Ehtiva etdiyi "ciarin" sayəsində qaraciyər, öd kisəsi, böyrək və bağırsaqların nizamlı işini təmin edir. Damar sərtliyi və ürək xəstəliklərinə qarşı qoruyucudur. Posa və dəmir tərkibi  yüksəkdir.
Bamiyə: Yüksək lif faizi sayəsində toxluq hissi yaradır. Tərkibində olan C vitamini, güclü bir immunitet sistemi meydana gətirməyə kömək olur. Stress və depressiyanın qarşısını alır, sinir sisteminə müsbət istiqamətdə təsir edir. Kataraktanın qarşısını alır.
Tərə: Həzm sistemi və xüsusilə bağırsaqlara çox təsirli bir tərəvəzdir. Bağırsaq fəaliyyətinin zəif olması arıqlamağı çətinləşdirir, bağırsaqların sağlam formada işini təmin edir. Tərə beləcə arıqlamağa kömək olur. Bundan başqa, tərə yağ yandıran hüceyrələrin sağlam formada işini dəstəkləyir.
Paxla: Vitamin və zülal baxımından son dərəcə zəngin bu qida B1, B2, B6 və K vitaminləri, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. Paxla həzmi asanlaşdırır, qəbizlik və hemoroidə yaxşı təsir edir. Sidik yollarını təmizləyir, böyrəklərə olduqca faydalıdır.


Şərhlər: 5
Baxılıb: 606
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Wirin Meleyim
Suyu cox icrem bu mene bes edir
31 may 2016 23:50
# 5
Imza aysu agazade
vipbetul
bu qidalarin bezilerinden isdifade etmirem no saqlam qidalanir
31 may 2016 22:54
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Butun qidalar (orqanik) insana xeyirdir ancaq hansi qidani hedden artiq cox yesek xeyrinden cox ziyanini gorerik.balansi qida rasionunda beraber paylamaq lazimdir.yuxu rejiminide o cumleden.duzdur ozumuzden asili olmayan sebeblerden dolayi 100% etibari ile yawam terzimize,qidalanmamiza ve yuxu rejimimize riayet ede bilmirik.ancaq yene de tam olmasa da mueyyen cercivede normativler secmeliyik ve emel etmeliyik.saglamliq bize Allahin emanetidir,axiretde sorgu suallardan biri de canimiza nece baxmamizla bagli olacaq.en azindan bu prizmadan yanawmaliyiq.
31 may 2016 21:06
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Kölge
Teşekkur edirem.......
31 may 2016 20:41
# 2
Her şeye gore şukur
BARBI
Saglam ve gumrah olmaq ucun yuxu rejimine qidalanmamiza diqqet yetirmeliyik
31 may 2016 20:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz