Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünəndən qalan yeməklər təhlükə
Dünəndən qalan yeməklər təhlükə
Göndərən: Lola_Maya_
Şərhlər: 4
Baxılıb: 495
Səs ver:
Bakteriyalar otaq istiliyində, 20 dəqiqə içində asanlıqla çoxala bilir. Fərqində olmadan bədənimizə daxil olan bu bakteriyalar qusma, ishal, qızdırma və hətta daha da pis nəticələrə gətirib çıxara bilir.
Dondurulmuş və yaxşı bişirilmiş yeməklər əslində etibarlıdır. Amma... Xəstəliyə səbəb ola biləcək halları da istisna etmək olmaz. Belə bir təhlükədən uzaq olmaq istəyirsinizsə, bu məsləhətlərinə əməl edin.

Qalan şorbalar və qızartmalar
Dünəndən qalmış yeməklərdə xəstəliklərə səbəb olan zərərli sporlar yarana bilir.

Kartof, ton balığı, yumurta salatı
Stafilokok kimi bakteriyalar pikniklərin, açıq bufetlərin əvəzedilməzi olan nəmli, əl dəyən yeməklərdə inkişaf etməyi sevirlər. Buna görə təzə görünməyən, otaq istiliyində qalan salatlardan uzaq durun.  

Hamburger
Tək bir tikə ət işlənmə prosesində kirləndiyində əsasən xarici səthi kirlənir, bu hissə də bakteriyaların ölə biləcəyi istilikdə bişirilir. Ancaq qiymədən hazırlanan burgerlərə gəlincə, artıq burda vəziyyət dəyişir. Çünki qiymədə fərqli heyvanların əti olur, səthi bakteriyalar burgerin az bişən qismlərində məhv olmadan paylanırlar.
Yeyə biləcəyiniz ən etibarlı burgerlər fast food mərkəzlərində yediyinizdir. Çünki bu restoranlarda qida qaynaqlı xəstəlikləri minimima endirmək adına sistemlər istifadə edilir.

Restoranlardan sifariş edilmiş qidalar
Yeyənə qədər çox əl dəyərsə və restorandakı hazırlanma prosesi nə qədər qarışıqdırsa, qida qaynaqlı xəstəliklərin yaranma ehtimalı o qədər çoxdur.

Pastorizə edilməmiş süd məhsulları
Heyvanın, ya da ətrafın südü kirlədə biləcəyi bir çox ehtimal var. Unutmayın, pastorizə süddəki bakteriyaları öldürür, ancaq çiy süd və pendir bu mərhələdən keçmədiyi üçün təhlükəlidir.

Deşilmiş və şişmiş konserv qablarındakı yeməklər
Bu yeməklər botulizmə səbəb olan klostridium botulinum bakteriyasının iki işarəsidir.

Sobada folqada qızardılmış kartof
Folqa qabda qızardılmış kartofu sobadan çıxartdıqdan ən az iki saat içində soyuducuya qoymasanız, hava keçirməyən folqanın içində soyuması ciddi şəkildə xəstələnmənizə səbəb ola biləcək botulizm riski yaradır.

Çiy pomidor
Pomidorlar tarlalardan toplandıqdan sonra ölçülərinə və rənglərinə görə seçilir, su tanklarına qoyulur. Və əgər bu su tankları kirlidirsə, pomidorlar suyu çəkər və nəhayətində bakteriyalarla dolarlar. Bakteriya inkişafını minimuma endirmək üçün pomidorları kəsdikdən sonra bir neçə saat soyuducuda saxlamalısınız.

Artıq qalmış düyü
Dünəndən qalan plovda düyü tarlalarından gələn və bişdikdən sonra belə həyatda qala bilən toksik törədicisi Basilus cereus bakteriyaları olur.

Yemiş
Bakteriyalar bir oturumda yeyilib bitən yemiş kimi qidaları çox sevirlər. Yemişi kəsmək, toxumlarını təmizləmək, doğramaq və saxlamaq lazımdır.

Çiy kahı
Yerə yaxın, kirin və qumun yarpaqlar arasında toplana biləcəyi şəkildə böyüyən kahı süfrəyə gedənədək bir çox bakteriyanı özündə toplayır. Bakteriyalar kahının çürük qisimlərinə yığılıb yuyulduqdan sonra belə, həyatda qalırlar.

Təzə cəfəri və keşniş
Kiçik yarpaqlar düzgün yuyulmağı tələb edir.
Pastorizə edilməmiş meyvə suları
Bir ədəd meyvə suyunda bir neçə min alma ola bilər. Əgər bunlardan iki, ya üçü kirlənmiş olarsa, kiçik problemi böyüdür və xəstəliklərə yol açır.

Hazır ətlər və nə zamandan qaldığı məlum olmayan pendirlər
Bunları yemədən əvvəl bir neçə həftə soyuducuda saxlayın. Yoxsa az istilikdə belə, həyatda qala bilən bakteriyalardan dolayı yüksək qızdırma, ishal və əzələ ağrıları ilə mübarizə aparmalı olacaqsınız.

Az bişmiş toyuq
Salmonella kimi səthi bakteriyalar toyuq ətinin içinə də girə bilir. Toyuğu uyğun istilikdə bişirərək bakteriyaları yox edə bilərsiniz.

Pastorizə olunmayan yumurta
Salmonella bakteriyaları toyuğun yumurtalıqlarına yoluxaraq yumurtalara keçə bilir. Buna görə bakteriyaların ölmələrinə yetəcək qədər istiliyə məruz qalan pastorizə yumurtalar ən etibarlısıdır.

Peçenye xəmiri
Xəmir üçün pastorizə yumurta istifadə edilsə belə, xəmirinizdəki un bakteriyaya yoluxa bilir. Bakteriyalar nəmi və istiliyi sevdiyi üçün kirlənmiş unu əridilmiş yağ kimi ilıq mayelərlə qarışdırdığınızda bakteriyaların sayı artır.

Çiy çərəzlər
Ağacda yetişən quru çərəzlərin qabığı heyvanların və torpağın bakteriyalarla kirlədə biləcəkləri yerə düşdüklərində yığılırlar. Qabığı qırmaq isə bakteriyanın toxuma keçidi üçün əla fürsətdir.

Çiy dəniz məhsulları
Qida mütəxəssisləri suşi yeməyi məsləhət görmürlər, çünki kirlənmiş sudan gələn hər hansı bir balıq bakteriyalarla dolu ola bilir. Yəni çiy dəniz məhsullarının gəldikləri suların artıqlarını daşıma ehtimalı daha yüksəkdir.


Şərhlər: 4
Baxılıb: 495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumat oldu
30 may 2016 18:30
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Yediklerimiz herwey bakteriya menbeyidi bele weylere qalsa gerek hecne yemeyek
30 may 2016 11:53
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
yarpaq33
Bir sozle istifade etdiyimiz her bir qida xestelik menbeyidir
30 may 2016 10:36
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Kohne qalan yemekleri yemek duzgun deyil. Xestelik menbeyidir
30 may 2016 10:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz