Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam dərinizin dərmanı - 8 qida
Sağlam dərinizin dərmanı - 8 qida
Göndərən: Tomris Müslümova
Şərhlər: 9
Baxılıb: 928
Səs ver:
Soyuq havalarda dərimiz sağlamlığını itirir, quruyur, qabıqlayır və solğun görünür. Qışdan sonra dərimizi yaz aylarında öz sağlamlığına qovuşdurmaq və canlandırmaq üçün enerji sərf edirik. Düzgün müalicə üsulu seçmədikdə bəzən xərclədiyimiz enerji heç olub gedir. Bu enerjinin əbəs yerə getməməsi üçün sizə çıxış yolu təqdim edirik. Belə ki, dərinizi xaricdən bahalı kremlər və losyonlarla qidalanmağa vaxt itirməkdənsə onu daxildən qidalandırın. Unutmayın ki, orqanizminizə nəyi verirsinizsə onun nəticəsi də xaricdə özünü göstərəcək. Sizə təqdim edəcəyimiz 8 qida var ki, qidalanarkən yaxşı nəticəsiniz məhz dərinizdə görəcəksiniz.

Dərinizə parlaqlıq və gənclik qatın

Əgər lazımlı miqdarda A vitamini qəbul etmirsinizsə dərinizin "acı” çəkməsi çox təbiidir. A vitamini dərinizi qurumağa və qabıqlanmağa qarşı gücləndirdiyi kimi, yaşlanmasının da qarşısını alır. Xüsusilə də, ispanaq və qırmızı kələm kimi qidalara üstünlük versəniz yaxşı nəticə əldə edə bilərsiniz. 

Bərpa edin və gəncləşdirin

Bunun dərinin sinkə ehtiyacı var. Xərçəng və yağsız ətlər sink baxımından zəngindir. Eyni zamanda da sink dərinizin yağ balansına da nəzarət edir.

Qırışlarmı?

Hamımız portağal və qreypfrut kimi narıncı qidaların C vitamini deposu olduğunu yaxşı bilirik. Bunlar immuniteti gücləndirərək soyuqdan qorunmağımıza kömək edən qidalardır. Eyni zamanda da narıncı qidalar qırışlara qarşı mübaricədə də ən mükəmməl köməkçilərimizdir.

Qoruyun və yaxşılaşdırın

Yaşıl çay dərinizi yaxşılaşdırmaq üçün ən yaxşı çıxış yollarından biridir. Melanomalara qarşı dərini qoruyur və sızanaqları da dəridən yox etmək üçün mükəmməl seçimdir.

Hamarlaşdırın

Tərkibində sulfid olan maskalar dəriyı çox yaxşı təsir edir. Yumurta və sarımsaq kimi sulfid tərkibli qidalar isə dəriyə daxildən dəstək olur. Sulfid bərpaedici və elastikliklik bəxş edən xüsusiyyətilə dərinizin hamar olmasına kömək edir.

Günəşdən qoruyun

Qırmızı sousları mütləq rasionunuza əlavə edin. Amma diqqət edin ki, o souslar təbii olsun. Pomidor yemək dərini günəşin ultrabənövşəyi şüalarından qorumaqda çox təsirlidir.

Müdafiə qalxanı yaradın

Qarağat yemək üçün bəhanəyə ehtiyacınız varsa bundan yaxşı bəhanəniz ola bilməz! Çünki həddən artıq antioksidan mənbəyi olan meşə meyvələri dəri hüceyrələrini qorumaqla onun tez yaşlanmasının da qarşısını alır. Qarağat, moruq, böyürtkən və çiyələk kimi qidaları rasionunuza əlavə edərək, onları salatlarda, yulaflı yeməyinizdə istifadə edə bilərsiniz.

Yumşaldın və elastikləşdirin

Somon, ton balığı kimi balıqlar omega-3 ilə zəngindir. Bu qidalardan qəbul etdiyiniz faydalı yağlar sayəsində dəriniz nəm balansınız bərpa edərək öz elastikliyini geri gətirəcək və yumşalacaq.


Şərhlər: 9
Baxılıb: 928
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ülü16
Allahım nəyi halal buyurubsa, hamısı faydalıdır
21 iyun 2016 01:35
# 9
vipbetul
duzgun normal vaxtinda qidalanmaq lazimdir
20 iyun 2016 23:55
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Bir sozle saglam qidalanin
20 iyun 2016 23:40
# 7
Her şeye gore şukur
İnci
Bizde harda ziyanli sry var onu yeyirik
20 iyun 2016 23:05
# 6
Her gulusun arxasında bır keder vardır
Barbaris
Ispanaqdan başqa hamisini istifade edirem.twk
20 iyun 2016 20:53
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Onun_Mələyi
qaraqat ,yawil cay,ispanaqdan bawqa hamsi elyerem.twk
20 iyun 2016 20:42
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Bunlardan yalniz baliqdan istifade etmirem. Diger butun mehsullardan az da olsa yeyirem
20 iyun 2016 20:23
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
20 iyun 2016 20:19
# 2
Wirin Meleyim
Bunlarin coxum elemeye caliwram grekde:)
20 iyun 2016 20:03
# 1
Imza aysu agazade
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz