Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Marqarinin ziyanı - nilməniz vacibdir
Marqarinin ziyanı - nilməniz vacibdir
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 571
Səs ver:
Marqarini XIX əsrdə fransız kimyaçı icad edib. 

Bu icadın əsas məqsədi kasıb əhalini ucuz \\\"yağla\\\" təmin etmək idi. O vaxtlar marqarinin orqanizmə olan ziyanı haqqında heç kim fikirləşmirdi, əsas məqsəd insanları bir təhər doydurmaq idi. 

Müasir cəmiyyətdə üstünlük sağlam təbii qidalanmaya verilir. Marqarinin isə sağlam və təbii qidalanma ilə heç bir əlaqəsi yoxdur. 

Marqarin ən ucuz bitki yağlardan hazırlanır. Hazırlanma zamanı duru yağlar xüsusilə emal olunur ki, nəticədə onlar kərə yağına oxşar konsistenisya alır. Bu kimyəvi reaksiyalar nəticəsində ziyanı bütün dünyada təsdiq olunmuş trans-piylər əmələ gəlir. Bu trans-piylərin daim qəbulu orqanizmin ürək-damar, sinir, immun, cinsiyyət sistemlərinə, mübadilə proseslərinə çox mənfi təsir edir, şəkərli diabetin və hətta onkoloji xəstəliklərin inkişafının riskini artırır. Trans-piylər orqanizmə hüceyrə səviyyəsində mənfi təsir edir, həzm sisteminin fəaliyyətini pozur, qanda xolesterinin səviyyəsini qaldırır. Trans-piylərin daim qəbulu artıq çəkinin yığılmasına səbəb olur. 

Belə hesab olunur ki, uzun müddət və çoxlu miqdarda marqarin qəbul edən kişilərdə spermanın keyfiyyəti düşür, potensiya azalır. 

Həmçinin xoş iy və xarici görünüş vermək və saxlanma müddətini artırmaq üçün marqarinə xüsusi kimyəvi maddələr əlavə olunur ki, bu maddələr də insanın sağlamlığına ziyan vurur. 

Nəzərinizə çatdıraq ki, marqarin \\\"fast-food\\\" qidaların, dükanlarda satılan müxtəlif peçenyelərin, vaflilərin, tortların, pirojnaların, dondurmanın, ucuz şokoladın və s. məhsulların hazırlanmasında istifadə olunur. Bu məhsulları tez-tez və çoxlu miqdarda yemək olmaz. 

Marqarin uşaqlara böyüklərlə müqayisədə daha ziyanlıdır. Bu səbəbdən uşaqlar üçün qidalar, şirniyyatlar və s. hazırladıqda marqarindən istifadə etmək olmaz.


Şərhlər: 8
Baxılıb: 571
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
rəmsə
Dietoloqlar ancaq kərə və zeytun yağını məsləhət görür.Həqiqətən də bu iki yağ faydalıdır.Ama camaat neynəsin təmiz kərə yağının kiloqramı olub 10 manata.Neynəsin millət məcburən ya marqarin,ya da adı kərə yağı olub yarısından çoxu ayrana çıxan ucuz kərəyə oxşar yağı alırlar.Allah 3.cü devalvasiyadan qorusun milləti nə deyimpff
13 may 2016 17:47
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Kölge
Yagi sevmirem......
13 may 2016 16:19
# 7
Her şeye gore şukur
vipbetul
faydali melumat oldu
13 may 2016 16:11
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Marqarin istifade etmeye qorxuram zeherlenerik deye,hemde wirniyatlara cox pis kohnelmiw kimi dad verir.sevmirem istifade etmirem
13 may 2016 15:27
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Miss_Oxatan
Men ferqli bir wirniyyat biwirmek isteyende axtariramsa gorurem terkibinde marqarin var her vaxt biwirmirem onu.cunki hec sevmirem.men bir aile taniyiram,imkanlarina soz yoxdu ozlerine qismet ancaq yemekde bele marqarin istifade edirler.duwunursenki imkan da yaxwidi neynirler marqarini,soruwduq bir defe,ne dese yaxwidi.qarnimizin icini kimdi goren yemek marqarindi ya kere yag,bes ele olanda imkanimiz goz cixardir da,esas desinler imkanlidilar ve secilirik bayira cixanda bahali yag yeyib ciriq ayaqqabiyla gezib biyabir olmayacagiq ki..ele nifret eledim ki o aileye.sonradan goren misali bunlar olmali dedim.
13 may 2016 15:17
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
evli.mutlu.cocuklu
Yağı sevmirəm ıyyyyy
13 may 2016 15:07
# 3
Fialka
Bu qədər zərərli olduğuna görə sevmədiyim yağlardandır. Təəssüf ki, bəzi şirniyyatlara bu yağdan istifadə edənlər az deyil..
13 may 2016 15:05
# 2
BARBI
Men hec marqarinnen istifade etmirem. Cox zererli qidadir. Hal hazirda cox mehsullarda marqarin istifade edilir
13 may 2016 14:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz