Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyrəkləri qoruyan 8 qida
Böyrəkləri qoruyan 8 qida
Göndərən: Qlamurr
Şərhlər: 5
Baxılıb: 686
Səs ver:
Böyrək bədəndə bir çox funksiyaları yerinə yetirən əsas orqanlardan biridir. Böyrəklərin sağlamlığını qorumaq üçün təbii qidaların gücündən faydalanmaq lazımdır. Böyrəyə faydalı olan qidaları yeməklə xəstəliklərin qarşısını almaq, böyrəklərin işini daha yaxşı təmin etmək olar. Aile.lent.az böyrək sağlamlığına faydalı olan qidaları təqdim edir.
 
1. Qatıq
Kalsium və D vitamini baxımından zəngin olan qatıq böyrək sağlamlığında mühüm rol oynayan qidalardan biridir. Xüsusilə yemək aralarında yeyilən qatığın böyrək sistemini tənzimləyən və işinə kömək edən təsiri mövcuddur. Təzə meyvə və ya tərəvəzlərlə qarışdırılaraq yeyilən qatıq meyvələrin C vitamini və mineral təsirləriylə birləşərək böyrək funksiyalarına müsbət təsir edir.
 
2. Balqabaq tumu
Sik və dəmir mineralları ilə zəngin olan balqabaq tumu Omeqa 3 təsiri baxımından böyrək xəstəliklərində olduqca faydalıdır. Şəkər tarazlayıcı və böyrək sistemlərini təmizləyici funksiyanı yerinə yetirir. Bununla yanaşı, immunitet sistemini gücləndirən və depressiya, xroniki halsızlıq kimi mənfi hallara müsbət təsir edən daha bir xüsusiyyəti mövcuddur.
 
3. Balqabaq
Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır. Balqabağın tərkibində olan kalsium böyrək daşının meydana gəlməsinin qarşısını alır.
 
4. Alma
Əsasən qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir və bir çox başqa xəstəliklərə tutulmamaq üçün qoruyucu vəzifəni yerinə yetirir. Alma böyrəyi təmizləyir və lif tərkibi ilə süzmə əməliyyatını ən yaxşı formada reallaşdırır. Gündə bir orta ölçülü alma yemək böyrək sağlamlığı üçün əhəmiyyətlidir.
 
5. Cəfəri
C vitamini təsiri yüksək olan cəfəri tərkibində olan vitamin və minerallarla böyrəkləri təmizləmə və işinə dəstək olma baxımından əvəzsizdir. Tərkibində su olan cəfəri hər səhər yeməyində çiy formada yeyildikdə dəmirin sorulmasına kömək olur. Cəfərinin enerji verici və lif təsiri yüksəkdir. Bununla yanaşı, mərkəzi sinir sisteminə də müsbət təsirləri mövcuddur.
 
6. Gavalı
Bədəndə dəmirin sorulmasına kömək olan gavalı A, B, C vitaminləri baxımından olduqca zəngindir. Böyrək başda olmaqla, ürək və xolesterol xəstəliklərinə da yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir və eyni zamanda əvəzedilməz antioksidantdır.
 
7. Somon balığı
Omega 3 tərkibli balıq qrupları böyrək xəstəliklərini müalicə edən gücə malikdir. Tərkibində xəstəliklərdən qoruyan və böyrəyin rahat formada bütün funksiyaları reallaşdırması üçün lazım olan bütün minerallar var. Sink və dəmir tərkibi böyrəklərin işləməsinə və xəstəliklərin yaranmasının qarşısını almağa yardım edir.
 
8. Düyü
Düyü böyrək xəstəlikləri nəticəsində itirilən kalorilərin bərpası və xəstəliyin inkişafının qarşısının alınması, insanın həyat keyfiyyətinin artması baxımından olduqca əhəmiyyətlidir. Düyü şəkər xəstəliklərində diqqətli yeyilməlidir. Yüksək şəkəri olan böyrək xəstələrində xəstəliyi mənfi istiqamətdə dəyişdirə bilər. Lakin şəkər normada olduğu zaman düyü böyrəklərə müsbət təsir edir və müalicəsinə kömək olur.


Şərhlər: 5
Baxılıb: 686
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Qeyd olunan qidalardan, lazımı qədər yeyirəm.
15 mart 2016 12:32
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
faydali meslehetdir
15 mart 2016 02:14
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Balacam
Yazilanlardan baligi cixsag qalanin istifade edirem.Balig yemirəm ümumiyyətlə
15 mart 2016 01:53
# 3
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Barbaris
coxunu istifae edirem twkler
14 mart 2016 23:04
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Boyrekler ucun faydali qidalardir. Baligi cixmaq sertile cox qidadan istifade ediem
14 mart 2016 22:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz