Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tox tutan 8 qida
Tox tutan 8 qida
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 692
Səs ver:
Sağlam qidalanmaq dəyincə ağılımıza ac qalmaq gəlir. Salat üzərinə quru toyuq sinəsi qoyub doymağa və ya brokkolidən ləzzət almağa çalışır, bir sonrakı payı düşünməmək üçün özünü məcbur edirsən. İşin pis tərəfi bunları bacarsanda tez-tez acırsan, canın şəkərli xəmirli qidalar istəyirsən. Yeməsən, gərginliyin artır, dözümün azalır, enerji səviyyən düşür. Yesən, də günahkarlıq duyursan, müvəffəqiyyətsiz olduğunu və xərclədiyin bütün səylərin boşa getdiyini düşünürsən. Motivasiyan hər iki vəziyyətdə də yerlərə düşür.
Yuxarıda bəhs etdiyimiz vəziyyətlərlə əlaqədar o qədər çox səhv bilinən var ki, az qala hər cümlə üçün ayrı bir yazı mövzusu olur. Bu yazını, tox hissetmənə köməkçi olan qidalara ayırdıq. İlk əvvəl tox hiss etmənin necə təmin edildiyini qısaca izah edək, sonra da tək-tək bu qidaları sıralayaq.
Ümumi olaraq insan bədəni iki şəkildə toxluq hissinə çatır:
1. Vücudun ehtiyac duyduğu makro və mikro qidaları keyfiyyətli mənbələrdən alaraq.
2. Mədə həcmini dolduraraq.
Bir çox adamın doyma şəkli ikinci variantdır. Halbuki bədən lazımlı qidaları aldığında təmin olar və daha çox həcmini doldurmaq üçün israr etməz. Məsələn, səhər yediyin və mədəni doldurduğun simit, börək və ya yarım çörək üzərinə sürdüyün bal qaymağı yeyərkən 1-2 saat sonra  özünü ac hiss edə bilərsən, çünki bədənin kafi qidalanmanı ala bilməmişdir.
Tox qalmağına köməkçi olacaq sağlam qida qruplarından ilk dördü.
Ət , süd , balıq , toyuq , yumurta ,qatıq: Bunların birlikdə qrup olmasının səbəbi zülal miqdarı yüksək qidaları təmsil etmələridir. Zülalların həzmi saatlar alır, qan şəkərinin balansına kömək edir və doyma hiss etdirən hormonların ifrazını artırır. Bu sayədə uzun müddət boyunca özünü tox hiss etməyə köməkçi olur.
Paxlalılar: Paxlalılar, çox bilinməsə də, həm yüksək nisbətdə zülal, həm də həll lif ehtiva edərlər. Sıx lif məzmunu sayəsində həzmi yavaşladar, insulin səviyyəsində aşağı-yuxarı meydana gətirməz. Ləzzəti də yanında gələn bonusdur.
Yulaf əzməsi: Banan, darçın və süd qatılmış (tapa bilsək içinə kətan toxumu) yulaf əzməsi ilə iki qaynadılmış yumurta (dilimlədikdən sonra üzərinə bir az duz, qara bibər, zeytun yağı, pul bibər və kəklik əlavə et) ilə başlamaq bəlkə də ən yaxşı səhər yeməyidir.
Bu səhər yeməyi, sağlam zülal, karbohidrat və yağ ehtiyatlarının bu qədər tamamlayıcı bir şəkildə bir araya gəlib Voltranı yaratdığı nadir anlardandır (80-ci illərdə uşaq olanlar demək istədiyimizi anlarlar ). Həm səni günə enerjili başladar həm uzun müddət tox tutar həm də gün ərzində lazım olan enerjini mərhələli olaraq təmin edər.
Yulaf əzməsi bişirilmədən yeyilməz!
Necə ki, makaronu bişirmədən yeməzsiniz, yulaf əzməsi də bişməmiş halı ilə yeyildiyində yonca yemə hissi yaradan bir qidadır. Məqsəd bir şəkildə uda bilmək deyil, bişirib ləzzətli bir şəkildə yeməkdir.
Necə hazırlayacağını bilmirsinizsə, sizə 10 dəqiqədən az müddətdə hazırlayabiləcəyiniz bir resept verək:
2 ovuc qədər yulaf əzməsini tavada su ilə qaynadıb bişir və bir kasaya tök. Əvvəldən dilimlədiyin 1 ədəd bananı və təxminən 1 stəkan südü də əlavə edib bu qarışığı əzərək sıyıq halına gətir. İstəyirsinizsə, üzərinə darçın da əlavə edib səhər yeməyinizi dadlı edə bilərsiniz.
Hər cür tərəvəz (kartof kimi nişasta miqdarı çox yüksək olanlar istisna olmaqla): Dünyadakı ən yaxşı pəhriz nədir sualına cavab verilərkən, bəlkə də bütün pəhrizlərdə iştirak edən tək qida qrupu tərəvəzlərdi. Dukan pəhrizi, paleo, vegetarian, vegan, ketojenik, Aralıq dənizi qidalanması.

Hansına baxsan bax, tərəvəzlərin iştirak etdiyini görürsən. Çünki tərəvəzlər əhəmiyyətli dərəcədə qida dəyəri daxildir və lifli strukturları ilə uzun vaxt tox qalmağına köməkçi olur.
Tərəvəz istehlakında sərhəd yoxdur, rəng rəng tərəvəzlərin fərqli fərqli faydaları var. Burada təbii ki qızardaraq yeməkdən bəhs etmirik, yoxsa badımcan kızartmasını biz də çox sevərik.
Əlavə məlumat: Tox hissetməni yalnız kalori məzmunu yüksək qidalar verməz. Bəhs etdiyimiz kimi mədənin dolması da toxluq hissini artırır. Hər yeməkdən əvvəl iki stəkan su iç, fərqini gör. Yanlış bilinənlərdən biri də yemək əsnasında su içmənin zərərli olduğu inanışıdır. Tam tərsinə su həzm prosesinə kömək edir və doyma hissini də artırır.
Unutma ki, sağlam qidalanmaq, ac qalmaq, ya da dadsız-duzsuz yeməkləri zorla udmağa çalışmaq lazım deyil. Həm sağlam, həm də çox ləzzətli qidalanmaq ən əhəmiyyətli məqsədimizdir.
İlk addım olaraq marketə gedəndə yuxarıdakı qidaları alın və əgər nizamlı olaraq yemirsinizsə, qidalanmanın mərkəzində bunlara yer verməyə başlayın.


Şərhlər: 4
Baxılıb: 692
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
tox tutan qida etdir

tox tutan qida etdir
22 may 2016 14:57
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Denizimm
Menim en cox istifaed etdiyim qatiqdi birde yawil almani her axwam yeyirem yemey evezi
21 may 2016 21:33
# 3

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Barbaris
maraqli faydali melumat oldu
21 may 2016 21:01
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Men qatiq cox yeyirem bir de paxlali bitkiler insani tox tutur. Hem de kokeltmit
21 may 2016 20:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz