Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günə nə qədər çörək yeməli?
Günə nə qədər çörək yeməli?
Göndərən: guler19
Şərhlər: 1
Baxılıb: 572
Səs ver:
Gündə nə qədər çörək yemək lazımdır? Pəhriz saxlayarkən çörək yemək düzgündürmü? 

Beyin, sinir sistemi və qırmızı qan hüceyrələri enerji ehtiyaclarını karbohidratlardan qarşılayır. Bəzi karbohidratlar qidalarda təbii olaraq var, bəziləri isə sonradan əlavə edilir. 

Karbohidratların böyük qismi bitki mənşəli qidalardan alınır. Bu karbohidratlar bədənimizdə element olan qlükozaya çevrilir və qan şəkərinin əsas qaynağını meydana gətirər. Buna görə də Dünya Sağlamlıq Təşkilatı gündəlik enerjimizin 55-60 faizinin karbohidratlarla qarşılanmasının lazım olduğunu vurğulayır. Bu məqamda çörəyin vacibliyi ön plana çıxır. 

Süfrələrin əsas qidası – çörək
Süfrələrin əsas qidası çörək olmadan heç bir qida proqramı qəbul edilə bilməz. Elmi araşdırmaların nəticələrinə görə, türk xalqlarının təxminən 70 faizinin qidalarının əsasını taxıllı bitkilər təşkil edir, bunun da 70 faizini çörək təşkil edir. Hətta düşbərəni də çörəklə yeyənlər var. 

Pəhrizdən çörəyi çıxarmaq yerinə...
Dünya Sağlamlıq Təşkilatının sağlamlıq hesabatında köklük bədəndə artıq miqdarda yağ yığılması nəticəsində ortaya çıxan və müalicə edilməsi mütləq olan bir sağlamlıq problemi olaraq təyin edilir. O halda, həqiqi ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalması ilə mümkündür. Sümük və əzələ kütləsindəki itkilər isə sağlamlıq baxımından risklidir. Balanslı pəhrizlərdə yağ, çox aşağı nisbətdə karbohidrat tərkibli pəhrizlərdə su, aclıq vəziyyətində əzələ itkisi müşahidə edilir. Taxıllardan məhrum bir pəhriz ilə ağırlıq itkisinin sürətlə getməsi əvvəlcə su, sonra isə əzələ kütləsindəki azalma ilə əlaqəlidir. Buna görə də pəhrizdən çörəyi çıxarmaq əvəzinə qara çörək seçmək, plov, makaron, kartof kimi nişastalı qidalar yeyilən zaman yanında çörək yeməmək lazımdır. Duzsuz adı ilə satılan buğda, tam buğdalı, çovdar, kəpək çörəyindən başqa digər gündəlik duz qəbulunun 30 faizinin alındığı çörəklər süfrədə olan zaman yeməklərə və başqa qidalara duz tökmək məsləhət görülmür. 

Gündəlik çörək ehtiyacı
İnsanlar yaş, cinsiyyət, boy uzunluğu, bədən ağırlığı, fiziki fəaliyyət səviyyəsi, qidalanma vərdişləri, iş vəziyyəti və yaşayış tərzinə görə fərqlidir. Buna əsasən, yetkin bir insanın gündəlik çörək ehtiyacı 15-300 qramdır. Çörəyin 1 dilimi 25 qram olduğuna görə, gündə 4-12 dilimə qədər çörək yeyilməsi idealdır. Tam taxıllı çörəklərin lif nisbəti yüksək olduğu üçün qlisemik indeksi aşağıdır. Beləliklə, kiloya nəzarəti təmin etmək, bədənin yağ nisbətini aşağı salmaq, qan şəkərini balanslaşdırmaq, tox tutmaq, iştaha güc gəlmək, bağırsaqların işləməsini qaydaya salmaq kimi faydaları var. Bundan başqa, dərinin elastikliyini qorumağa kömək olur, depressiyanın qarşısını alır.


Şərhlər: 1
Baxılıb: 572
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
corek az yeyirem
10 may 2016 23:04
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz