Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhər yeməyinin faydalarına dair 7 elmi fakt
Səhər yeməyinin faydalarına dair 7 elmi fakt
Göndərən: guler19
Şərhlər: 12
Baxılıb: 730
Səs ver:
Səhər yeməyinin faydasına dair mütəxəssislərdən, ailəmiz və çevrəmizdəki hər kəsdən çox şey eşidirik, lakin yenə də qulaq ardına vururuq. 

Səhər yeməyi sadəcə fizioloji deyil, psixoloji sağlamlığımızı da qoruyur, zehnimiz və yaddaşımızı inkişaf etdirir. 

Səhər yeməyinin həyatımızdakı mühüm rolunu əks etdirən 7 elmi faktı təqdim edirik. 

Səhər yeməyinin önəmli olduğunu tez-tez eşidirik. Analarımız, çevrəmizdəki hər kəs bunu israrla xatırladır. Lakin yenə də bir çoxumuz yuxudan oyanan zaman məktəbə, işə 
gecikməmək üçün səhər yeməyinin üzərindən keçirik. Hansı ki, pomidor, pendir kimi qidalarla mütəmadi olaraq edilən səhər yeməyi fizioloji, psixoloji və zehni olaraq bizi daha sağlam qalmağımıza kömək edir. 

Səhər yeməyi piylənmə və şəkər xəstəliyinə tutulma riskini azaldır. 45-82 yaş arasında olan 27 minə yaxın insan arasında 16 il aparılan təcrübə nəticəsində məlum olub ki, səhər yeməyini mütəmadi yeyən insanlarda piylənmə nisbəti digərlərindən aşağıdır. 

Səhər yeməyi yeni əldə etdiyiniz biliklərin yaddaşınızda daha yaxşı və uzunmüddətli qalmasını təmin edir. 13-20 yaş arası 319 şagird və tələbə arasında aparılar təcrübə göstərib ki, nizamlı və düzgün səhər yeməyi yeyənlərin yaddaşları inkişaf edir və səhər yeməyi yeməyənlərdən daha qüvvətli olur. 

Səhər yeməyi gün boyu enerjinizin qorunmasına kömək edir. Səhər yeməyini yeyənlər gün boyu özlərini daha az yorğun hiss edirlər. 

Ruh halınızı inkişaf etdirərək xoşbəxt olmağınızı təmin edər. Səhər yeməyi insanın stersli anlarının öhdəsindən asanlıqla gələ bilməsinə kömək olur. 

Səhər yeməyi bədəninizin ehtiyacı olan qidaları depolaya bilir. Araşdırmalar sübut edib ki, hər gün səhər yeməyi yeyən insanların bədəni, sümük sağlamlığını qoruyan kalsium və insanı daha uzun zaman tox tutan lif kimi elementləri daha çox depolaya bilir. 

Səhər yeməyi arıqlamağınıza da kömək edər. 17 min insan üzərində aparılan təcrübə göstərib ki, səhər yeməyindən imtina etməyənlər daha tez arıqlayırlar. "Az, amma tez-tez” qaydasına əsasən yeyilən yeməklər də əldə edilən nəticəyə təsir edir. 

Səhər yeməyi konsentrasiyanızı inkişaf etdirir. Səhər yeməyinin enerji verməsi və yaddaşı gücləndirdiyi bəllidir. Yatan zaman beyinin xərclədiyi və ehtiyac duyduğu enerji və qlükoza kimi təməl qaynaqlar səhər yeməyindən alınır.


Şərhlər: 12
Baxılıb: 730
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
16 mart 2016 01:40
# 12
Barbaris
seher yemeyi sevirem
16 mart 2016 00:04
# 11
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 mart 2016 22:04
# 10
ɢüмüş
Seher yemeyini cox sevirem. Axsam saat 5 den sonra yemediyim ucun belkede ona goredi. Ama seher ac qalmaram qeti. Gunorta,axsam yemesemde olar. Menim ucun esas seher yemeyidir.
15 mart 2016 21:54
# 9
Narın Yağış
Səhər yeməyimi mütləq yeyirəm.Evdən tələsik çıxsamda ən azı yolda bişeylər atışdırıram, mədəmdə biraz problem var həm ziyandı ağrı verir deyə dözə bilmirəm,həmdə ümumiyyətlə səhər yeməyo yeməsəm həmin gün taqətim olmur.
15 mart 2016 21:28
# 8
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
___Jasmin___
derse gedende men de yemirem
15 mart 2016 20:32
# 7
I remained behind now the mother of 14 spring -Big

S.Heydarova
cox zaman səhər yeməyini yemirəm ona gorədə gun boyu halsız və yorğun oluram...
15 mart 2016 16:19
# 6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Dj_Vampir
-En cox ve yaxshi yediyim yemek seher yemeyidir.Cox faydalidir,seher yemeyini mutleq yemek lazimdir
15 mart 2016 16:02
# 5
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
vipbetul
seher yemeyi etmek insan bedeniycin cox lazimlidir
15 mart 2016 15:42
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
narmiwka_15
men yiye bilmirem ureyim bulanir
15 mart 2016 15:09
# 3
Be Happy))
sima
bilirem ama yenede mende yeye bilmirem çayi bile zorla icirem bezen iştah olmur mende seherlerr (((
15 mart 2016 14:48
# 2
23.09 25.09 melek melek melek
BARBI
hal hazirda her seher mutleq yemek yeyirem.seher yemeyi yememek cox zerelidir.seher yemeyi yemeyen insanin az enerjisi olur
15 mart 2016 14:46
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz