Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər gün avokado yemək üçün 9 səbəb
Hər gün avokado yemək üçün 9 səbəb
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 501
Səs ver:
Avokado çoxlarının sevmədiyi meyvələrdəndir. Ancaq onun faydalarını öyrənəndən sonra hər gün avokado almaq istəyəcəksiniz. Belə bir fikrə düşsəniz, bilin ki, həmin meyvəni həm yeməklərinizə qata, həm dadlı salatlar hazırlaya bilərsiniz. Üstəlik, saç və üz dərisi üçün çox faydalı olan avokadonun maskaları da effektli olur. 

Qadınlar.biz  təbiətin ən böyük möcüzələrindən biri olan avokado haqqında daha öncə heç yerdə eşitmədiyiniz məlumatları təqdim edir: 

1. Zehni gücləndirir
Beyni qüvvətləndirmək və zehni gücləndirmək üçün ən yaxşı üsul qidalarımıza fikir verməkdir. Avokado omeqa-3, yağ turşuları, həm də təbii E vitamini ilə zəngindir. Buna görə də, insanda problemləri həlletmə, qərarvermə qabiliyyətini artırır. 

2. Xolesterini azaldır
Mütəmadi olaraq bir dilim avokado yemək orqanizminizin gündəlik yağ ehtiyacının 32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə, doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic və infarkt riskinin azalması deməkdir. 

3. Vitaminlərin daha yaxşı həll olunmasını təmin edir
Bir çox vitamin yağda həll olunur. A, K, D və E vitaminləri yağda həll olunan vitaminlərdir. Yemək yedikdən sonra vitaminlərin çoxu orqanizmdən atılır. Ancaq yeməklərin yanında bir dilim avokado yedikdə, onun tərkibindəki yağlar sayəsində vitaminlər daha tez həll olunur. Beləliklə, vitaminlər orqanizmin daxilində qalaraq daha sağlam olmağınızı təmin edir. 

4. Bağırsaq iltihabını yox edir
Hər kəs bağırsaq iltihabından əziyyət çəkə bilər. Bu, bəzən gizli şəkildə inkişaf edir və təhlükəli xəstəliklərə gətirib çıxarır. Avokadonun tərkibindəki yağ turşuları, C və E vitaminləri kimi əhəmiyyətli antioksidantlar bağırsaq iltihabının qarşısını alır. 

5. Gözlər üçün faydalıdır
Bu meyvənin tərkibində "lutein” və "zeaksantin” adlı maddələr gözləri müxtəlif xəstəliklərdən qoruyur. Avokadonun ehtiva etdiyi "karotenoid” maddəsi gözlərin daha yaxşı görməsini təmin edir. 

6. Liflə zəngindir
Avokadonun 7 faizi lifdir. Ona görə də, əsl lif anbarı hesab edilən avokado insanın gündəlik lif ehtiyacının 27 faizini ödəyir. Lifli qidaların bütün xüsusiyyətlərini daşıyır: arıqlamağa kömək edir, maddələr mübadiləsini sürətləndirir. 

7. Banandan daha çox kalium ehtiva edir
Bir çox insan kalium çatışmazlığından əziyyət çəkir. Belə xəstələrə banan yemək tövsiyə olunur. Ancaq avokadonun tərkibindəki kalium banandan daha çoxdur. Bir ədəd avokado gündəlik kalium ehtiyacının 14 faizi deməkdir. 

Qeyd edək ki, kalium infarkt və böyrək çatışmazlığı riskinin qarşısını alır. 

8. Hamilələrə tövsiyə olunur
Avokado hamilələr üçün ən yararlı qidalardan biridir. Çünki hamilə qadınlar və döl normaldan daha çox fol turşusu qəbul etməlidir. Bir ədəd avokadoda da həm hamilə qadın, həm də döl üçün zəruri olan fol turşusunun 25 faizi var. 

9. Hüceyrələri yeniləyir
İnsan bədənində hüceyrələr daim yenilənir. Avokado hüceyrələrin yenilənməsi prosesini sürətləndirir. Tərkibindəki, 20 fərqli vitamin və mineral sayəsində daha sağlam hüceyrələrin yaranmasını təmin edir.


Şərhlər: 9
Baxılıb: 501
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Nədənsə xoşlamıram bu meyvəni, faydalı olsa belə.
15 mart 2016 09:54
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 mart 2016 01:14
# 8
vipbetul
faydali melumatdir
14 mart 2016 18:44
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Azəri_Ledi
bunları bilmirdim
14 mart 2016 17:31
# 6
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
ulduz
Sevmirem bu meyvəni. Görüntüsü belə iticidi
14 mart 2016 16:59
# 5
Fi-Ra
Xoşum gəlmir bu meyvədən
14 mart 2016 16:29
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
melek_ayka
ya bu gun aktiv positiv hec kim yoxdu
Emeye tebii ki saygi.Tesekkurler.
14 mart 2016 15:52
# 3
BARBI
Cox faydali meyvedir. Mutleq yeyilmelidir
14 mart 2016 14:50
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Zinyet
Men gizima verirem o meyveni ozum xowum gelmir
14 mart 2016 14:47
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz