Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balı doğru qəbul edin ki, orqanizmə faydası olsun
Balı doğru qəbul edin ki, orqanizmə faydası olsun
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 659
Səs ver:
Bal ən faydalı məhsullardan biridir. Bal müxtəlif faydalı maddələrlə olduqca zəngindir. 

Balın tərkibində 60-dan çox müxtəlif faydalı maddələr (vitaminlər, minerallar, orqanik turşular, fermentlər və s.) var. Lakin balın faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onu düzgün qəbul etmək lazımdır. 

1. İsti çayda və ya suda həll olunmuş bal orqanizmə nəinki xeyir gətirməz, hətta, bəzi mütəxəssislərin fikirinə görə, ziyan vura bilər. Balın tərkibində olan bir çox xeyirli maddələr (fitonsidlər, flavonoidlər, vitaminlər və s.) isti suda parçalanır. Bu səbəbdən balı ilıq, otaq temperaturunda olan suda həll etmək lazımdır. 

2. Belə hesab olunur ki, balı tək qəbul etmək daha yaxşıdır (çörəyə, peçenyeyə və s. çəkəndə yox). 

3. Gün ərzində 2-3 xörək qaşığı bal böyüklər üçün kifayətdir. Baldan fayda almaq üçün onu daim hər gün qəbul etmək lazımdır. 

4. Uşaqlar gün ərzində 2-3 çay qaşığı bal yeyə bilər. Pediatrlar 1 yaşına kimi olan uşaqlara bal vermək tövsiyə etmir ki, bu allergiyaya səbəb ola bilər. Daha böyük yaşlı uşaqlara balı əvvəl az miqdarda suda həll edib verin və uşağın orqanizminin reaksiyasına nəzarət edin. Səpgilər, qaşınma əmələ gəldikdə həkimə müraciət edin. 

5. Balı suda həll edib içəndə bu mədə-bağırsaq sisteminə müsbət təsir edir. Lakin mədə-bağırsaq sistemi xəstəliklərinin (qastrit, mədə və 12 barmaq bağırsağı xorası) kəskinləşməsi zamanı balı qəbul etmək olmaz. 

6. Balı sovurmaq da olar. Bu ağız boşluğunda, boğazda olan iltihablar zamanı çox xeyirlidir. Lakin bundan sonra mütləq su içmək və ağız boşluğunu yaxşı yaxalamaq lazımdır ki, dişlərə ziyan vurulmasın. 

7. Şəkərli diabet xəstələri üçün bal əks göstərişdir. 

8. Balı səhər tezdən acqarına (yeməkdən 30 dəqiqə əvvəl) qəbul etmək yaxşıdır. 

9. Axşam 1 çay qaşığı bal 1stəkan ilıq suda qarışdırıb için. Bu vasitə sakitlədirici təsir edir, yuxunu tənzimləyir. 

10. Müxtəlif bal növləri müxtəlif xəstəliklər zamanı xeyirlidir. Belə ki, cökə balı soyuqdəymə xəstəlikləri zamanı xeyirlidir. Qarabaşaq balı qanazlığı, ürək-damar sistemi xəstəlikləri zamanı yaxşı təsir edir. Ən ətirli şabalıd balı isə mədə və böyrəklər üçün xeyirlidir. 

11. Allergiyaya meyilli insanlar baldan ehtiyatla istifadə etməlidir - bal allergiyaya səbəb ola bilər.


Şərhlər: 9
Baxılıb: 659
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali melumatdir bal qebul etmek seherler xeyirdir
13 mart 2016 17:18
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Mən qaynar suya qarışdırıb içirəm. Ama olmaz yazılıb
13 mart 2016 16:12
# 8
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Menim balam
bali süevirəm hər səhər yeyirəm
13 mart 2016 14:17
# 7
lale.veliyeva19
çox sevirəm balı xususəndə qaymaqla super dadır
13 mart 2016 13:57
# 6
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

ulduz
Oğlum balaca olanda qaynanam dirənirdiki bal ver məndə vermirdim. Həm körpəydi həmdə oğlumda alergiya var...mən pceniyə yaxib yeyirdim demək olmazmış
13 mart 2016 13:41
# 5
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 mart 2016 13:38
# 4
Totu
Bal. cox sevirem
13 mart 2016 13:38
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
___Jasmin___
bali cox sevirem
13 mart 2016 11:36
# 2
I remained behind now the mother of 14 spring -Big

BARBI
Bal cox istifade etmirem. Allergiyam var
13 mart 2016 11:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz