Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Analar üçün enerji qida
Analar üçün enerji qida
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 452
Səs ver:
Ana” və \\\"yorğunluq” əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət yetirməyi və qulluq etməyi unudurlar. 

Lakin unutmaq lazım deyil ki, \\\"yıxılan evlərin dayağı” olan anaların əhval və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə tanış edirik. 

Dəmirlə zəngin ərzaqlara əksər anaların böyük ehtiyacı olur. Qanda dəmir çatışmamazlığı yorğunluq hissi yaradır. Bütün analara xüsusən doğuşdan yenicə çıxanlara heyvan və bitki mənşəli dəmir qəbul etməyi tövsiyə olunur: dana əti və ciyəri, göyərtilər, paxlalılar. Bu ərzaqları turş meyvə və tərəvəzlərlə - bolqar bibəri, limon, laym, portağal, naringi, qreypfrut, kivi və s. ilə birlikdə yeməyi unutmayın, çünki vitamin C dəmirin bədən tərəfindən qəbul edilməsinə yardım edir. 

Bundan əlavə vitamin C ilə zəngin şirə və smuzilər qəbulunu artırın. Mürəkkəb karbohidratlar digər zəngin enerji mənbəyidirlər. Çalışın az miqdarda qəbul etməklə sağlam alternativlər-ağ çörək əvəzinə kəpəkli, düyü əvəzinə isə qəhvəyi düyü seçəsiniz. Əlavə olaraq, buğda, yulaf, qəhvəyi düyü, kinoa, lobyalar, noxudlar, mərci və kartof, kök, çuğundur kimi nişastalı tərəvəzlər gün ərzində yorulmamağa əsas verəcəkdir. 
Cərəzlər enerjivericilik qabiliyyəti ilə yanaşı analara hazırlanmasına vaxt və əziyyət tələb etməyən digər bir vasitədirlər. Lif, vitamin E və turş yağlarla zəngin olan qoz, fındıq, badam, fıstıq, günəbaxan tumu, kətan toxumu, küncüt, qara zirə toxumu anaların rasionundan əksik olmamalıdır. 

Ağartılar kalsiumla zəngin olduqlarından anaların rasionu üçün əvəzedilməzdir. Analara qatıq, kücüt toxumları və parmezan pendirinin qəbulu məxsusi şəkildə tövsiyyə olunur. 

Susuzlaşma insana yorğunluq gətirir. Kİfayət miqdarda su qəbul etmək həyati vacibdir xüsusən analar üçün. Suyun qəbulu bədənə bərpa olunmağa və oksigenlə zənginləşməyə yardım edir. Bu isə öz növbəsində yorğunluğun qarşısını alır. 

\\\"The Journal of Psychopharmacology” dərgisinin apardığı son araşdırmaya görə, gündəlik az miqdarda tünd şokoladın qəbulu anaların sağlamlıq və əhvalı üçün önəmlidir.


Şərhlər: 4
Baxılıb: 452
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Bacardığım qədər hər qidadan yeyirəm.
14 mart 2016 12:16
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
esasende cocuklu annelercin yaxsi meslehetdir
14 mart 2016 00:19
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
xebere gore tesekkurler
13 mart 2016 22:15
# 2
BARBI
Analar her zaman yaxsi ve vitaminli qidalar qebul etmelidir. Coxlu meyve agarti mehsullari yemelidir
13 mart 2016 22:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz