Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günümüzün narkotiki şəkər!
Günümüzün narkotiki şəkər!
Göndərən: Fialka
Şərhlər: 11
Baxılıb: 626
Səs ver:
Mütəxəssislərə görə şəkər günümüzün narkotiki, xilas olmamız lazım olan bir baş bəlası və uşaqlıq dövrünün siqareti... Amma vücudumuzun enerji mənbəyi də şəkərin özülü qlikozadır. Bəs nə etməli? Mütəxəssislər zəhər təsiri yaradan şəkərli məhsullardn xilas olub, sağlam şəkər mənbəylərinə yönəlməyimizi deyirlər. Şəkər kimi insan... Çox şəkər ... Bu kimi sözlərlə zehnimizdə həmişə müsbət reaksiyalar yaradan şəkərin sağlamlıq baxımından faydalı olmadığını həmişə bilirdik amma" şeytani bir zəhər”, "yeni dövrün narkotiki” və " uşaqlıq dövrünün siqareti” olduğunu yeni öyrəndik. Aktual elmi xəbərlər şəkər və şəkər tərkibli məhsullardan qurtulmadığımız müddətdə daha çox xəstələnəcəyimizi qeyd edir.
Amma virus kimi artan şişmanlıqdan, gedərək artan uşaq yaşlarında tutulan diabetə qədər bir çox xroniki xəstəliyin dəstəkləyicisi olan şəkəri tamamilə həyatımızdan çıxarmaqda doğru deyildir. Çünki vücudumuzdakı bütün sistemlərin işləməsi üçün lazımi enerjinin mənbəyi şəkərin təməli olan qlikozadır. "Bu durumda tarazlığı necə yaradacağıq?" deyə mütəxəssislərdən soruşduq. Onlarda sağlıqsız şəkər istifadə edərsək başımıza nələr gələcəyini və ehtiyacımız olan sağlıqlı şəkər qaynaqlarının nələr olduqunu anlatdı. "Şəkər yeni çağın şeytani səhəri” Havvanur Yoldaş ( mütəxəssis dietoloq) -Günümüzdə elmi xəbərlərlə şəkərin yeni dövrün şeytani zəhəri və narkotiki olduğu söylənilir.

Son təcrübələr şəkərin şişmanlıq, diabet və hipertoniya (arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur) kimi ən çox yayılmış xroniki xəstəlikləri sürətləndirdiyini meydana çıxardılar. Çox təssüf ki, bu qədər təhlükəli olan şəkər, ucuz və ləzzət verən bir maddə olduğu üçün işlənmiş bütün hazır qidalarda olur. "Qara şəkər də ən az ağ şəkər qədər ziyanlı” -Vafli kimi şokalad tərkibli bütün qidalar, şəkərli və asitli içəcəklər, hazır meyvə şirələri, meyvəli hazır yoqurtlar, hazır kekslər və pudinqlər, biskivitlər, ketçup kimi hazır souslar, şərbətli şiriniyyatlar kimi böyük, balaca hər kəsin meylini çəkən və həddən çox istifadə edilən qidaların hamısında şəkər var, yeni adı ilə "toksin” var. Üstəlik bu qidaların üzərində siqaret kimi " sağlamlığınıza ziyanlıdır” ifadəsi də yoxdur. Ailələr uşaqlarını bu zəhərdən qorumalı olduqlarının fərqində olmalıdılar. Ancaq " yağmurdan qaçarkən doluya tutulan” ata-analar da olur. Bu ailələr ağ şəkər yerinə qara şəkərlə hazırladıqları kekslərin, şiriniyyatların daha məsum olduğuna inanırlar. Ancaq qara şəkər də ən az ağ şəkər qədər zərərlidir.

Şəkəri və karbohidratları tamamilə kəsmək də edilən bir digər xətadır. Şəkərin özülü olan qlikoza, başda beyin olmaqla bütün orqanlarımızın işləməsini təmin edir. Amma qlikoza ehtiyacımız üçün sağlam olan şəkər mənbələrindən istifadə etməyimiz lazımdır. Təzə tərəvəz və meyvələr, çərəz, noxud və mərcimək kimi quru paxlalılar, kəpək, çovdar və ya yulaf tərkibli məhsullar sağlıqlı qlikoza qaynağı olaraq istifadə edilə bilər. Hətta şəkər xəstəsi deyilsəniz təbii bal və bəhməz də sağlıqlı şəkər qaynağıdır."Meyvələrə pis şəkər münasibəti göstərməməliyik” Mütəxəssis Dr. Elif Güveloğlu ( Patoloji və Fitoterapiya mütəxəssisi, " Xərçəngə qarşı müdafiəsiz deyilsiniz” və " Xərçəng yaxşılaşır” kitablarının yazıçısı) Təbii olmayan şəkər, xüsusilə də qlikoza siropu sağlamlığımız baxımından çox ziyanlı və dövrümüzün baş bəlasıdır.

Təbii şəkərdən 50 qat daha ucuz olduğu üçün qida sənaye yeyəcəklərin içinə qlikoza siropu əlavə edir. Bu da xərçəngdən şişmanlığa və bir çox xəstəliyin yaranmasına səbəb olur. Son dövrlərdə " şəkər xərçəngi bəsləyir” deyə bir şəhər əfsanəsi yayıldı. Bu doğru deyil, Bunu xərçəng hüceyrələrini təsbit etməkdə istifadə edilən tomoqrafiya testində radioaktiv şəkər istifadə edildiyi üçün deyirlər Amma normal şəkər deyil. Əlbəttə yaşayan hər hüceyrə kimi xərçəng hüceyrələri də oksigen və şəkər istifadə edir. Ancaq beynimizin və immum sistemimizin tək qidası qlikozadır. Bütün hüceyrə enerji sistemimiz qlikoz üzərində qurulmuşkən indan vaz keçmək, "birə üçün yorğan yandırmağa” bənzəyir.


Şərhlər: 11
Baxılıb: 626
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qendden isdifade etmirem sirniyyatsa vazgecilmezimdir
11 may 2016 12:51
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Rena Hüseynova
Hedsiz yeyirem. Qendsiz dura bilmerem.Çayın onsuz dadı yoxdu
8 may 2016 00:25
# 10
Nur_Naz
4ildi qend yemirem ama winiyyati azaltsamda deyecem gulmeyin wirincaydan cox cetinlikle vazgcirem arada icirem her turlu sekerden vazgecfrm hettda tortdanda wirincaydan yox:)
7 may 2016 23:36
# 9
ayka95
mende oglumda sirniyyati çox sevirik
7 may 2016 22:07
# 8
Nur Melikzade
Menim wirniyyati cox sevirem. zererli olsada vaz kece bilmerem))
7 may 2016 21:41
# 7
İmza
Barbaris
oglum wirini cox yeyir gizletsemde hardansa tapib ogurluyub yeyir)
7 may 2016 21:21
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Qəndlə çay içirəm indi ))Hətta dada o qədər qapılmışam ki,zərərini oxuya-oxuya qəndı ağzımda şirin-şirin fırladıram)))Zərərli olduğunu bilirəm övladlarımda şirin çox yeyəndilər problemləri olduğu üçün tamamilə azlatmışam bir tək gün ərzində şirin çay və şirin sudan başqa.Maqazinlərdən alınmış soklarıda artıq vermirəm evdə təbii meyvələrdən özüm hazır edirəm kompont,bir yoqurt verirəm onuda zaçan ötdükcə azaldacam hamsını birdən etmək orqanizmə zərərlidir.
Gün ərzində şəkəri çox istifadə etməkdəndir şəkər xəstəliklərinin yaranmasının səbəbləri,bir ölkədə(tam dəqiq yadımda deyil hansı ölkədir)orda ərzaq almaq üçün gedən insanlara əyər şəkər çox alarlarsa icazə vermirlər qramla şəkər satırlar həmən ölkədə insanlara cəmiyyətin sağlamlığını düşünürlər şəkər xəstəliklərinin sayı artmasın deyə insanları nəzarət altında saxlayırlar.Yoxsa bizimkilər kimi ?təki pul versinlər nəyimizə lazım nə alırlar deyəm deyimlər olacaqdır....
Təşəkkürlər faydalı məlumat oldu.
7 may 2016 21:14
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
7 may 2016 20:51
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Ne qeder zererli olsada sekersiz dura bilmerem
7 may 2016 20:22
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
narmiwka_15
men wirniyyaticox sevirem ama dehwetdi derecede yimirem normasinda yiyirem.
7 may 2016 20:08
# 2
Be Happy))
BARBI
Seker un duz cox tehlukelidir. Seker normadan artiq qebul edilmemelidir
7 may 2016 20:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz