Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İştahkəsən ən təsirli qidalar
İştahkəsən ən təsirli qidalar
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 1028
Səs ver:
Gün ərzində tez-tez acır və çox yeməyinizə baxmayaraq, özünüzü tox hiss etmirsinizsə, bu yazımızı mütləq oxuyun. 

Moruq
İştahkəsən ən təsirli meyvələrdən biridir. 100 qram moruqda 9 qram lif var. Üstəlik, sadəcə 80 kaloridir. C vitamini, manqan, kaliumla zəngin olan moruq ürək xəstəliklərindən qorunmaq, iflic və infarkt riskini azaltmaq, xərçəngə qarşı mübarizə aparmaq üçün ən yaxşı vasitədir. Moruğu meyvə salatlarına əlavə edərək yeyə bilərsiniz. Həmçinin, yağsız qatıq və yulafla qarışdırıb səhər yeməklərində və ya qəlyanaltı zamanı yemək olar. 

Su yosunu
Asiyada yüz illərdir ki, istifadə edilən su yosunu artıq sizin də qida menyunuzun tərkib hissəsinə çevrilməlidir. Çünki su yosunu iştahanı azaldır və arıqlamağa kömək edir. Bununla yanaşı sağlamlıq üçün çox yararlıdır. Zülal və lif anbarı olan su yosunu həzmi yavaşladır, qanda şəkərin səviyyəsini sabitləşdirir, aclıq hissini aradan qaldırır. 

Fıstıq
Elə bilirsiz ki, çərəzlər insanı kökəldir? Əslində, haqlısınız, qoz, fındıq kimi çərəzlərin tərkibində həddən artıq yağ və kalori var. Çox yedikdə kökəlməyə səbəb ola bilərlər. Ancaq fıstıq onlardan tamamilə fərqlənir. Araşdırmalar göstərib ki, fıstığın tərkibindəki yağlar orqanizm üçün faydalıdır və kökəlməyə səbəb olmur. Ancaq bu qovrulmuş və duzlanmış fıstıqlar üçün keçərli deyil. Fıstığı qatıq və yulafla qarışdırıb yesəniz, daha tez effekt verər. 

Paxlalı bitkilər
Mərci, noxud, paxla, lobya kimi paxlalı bitkilər lif və zülalla zəngindirlər. Ona görə də iştahı azaldır və aclıq hissini aradan qaldırırlar. "Journal of Human Nutrition and Dietetics” adlı dərgidə yayımlanan araşdırma göstərib ki, qida menyusunda lobyaya üstünlük verən kök insanlar 16 həftə ərzində 5 kiloqram arıqlayıblar. Üstəlik, onlarda xolesterinin səviyyəsi aşağı düşüb. 

Başqa bir araşdırma isə göstərib ki, bir boşqab lobya və ya mərci salatı yeyənlər lifsiz qidalar yeyənlərlə müqayisədə özlərini daha tox hiss edirlər. Paxlalı bitkiləri yeməklərə, salatlara, şorbalara əlavə etmək olar. 

Yumurta
"European Journal of Clinical Nutrition” adlı jurnalda nəticələri dərc olunan bir araşdırma isə sübut edib ki, səhər yeməyində eyni kaloridə olan digər qidaların əvəzinə yumurta yeyənlər gün ərzində daha az acırlar. Onlar həmişəkindən 438 kalori az qəbul edirlər. Buna rəğmən, xolesterinin səviyyəsinin qalxmaması üçün gündə bir ədəddən artıq yumurta yemək məsləhət deyil.


Şərhlər: 9
Baxılıb: 1028
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Asya
Bunlari yemekle inanmiram ki iwtah kesilsin Tewekkurler..
27 mart 2016 01:06
# 9
vipbetul
Diyeta edenlercin lazimli melumat olar
27 mart 2016 00:35
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Istahim onsuzda yoxdu. Yumurta yeyende medem goyneyiy
27 mart 2016 00:00
# 7
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
26 mart 2016 23:53
# 6
krisa
Men yumurtani bilirdim.Yani mende ele problem yoxdur .Seher,günorta,axsamüstü,axsam acanda yeyirem,vessalam.O birileri de bilmis oldum .tesekkürler.
26 mart 2016 23:19
# 5
evli.mutlu.cocuklu
Yerslikden hec birini sevmirem
26 mart 2016 21:14
# 4
YARIM QALMIS XEYALLAR
Yumurta yeyende seher eksine gunorta yemeyibe isden ozunu zor atiram eve daha cox aciram. Ne bilim mence orqanizmden asilidir istahda.
26 mart 2016 21:11
# 3
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Barbaris
yumurta dogurdanda iwtahi keisr
26 mart 2016 20:47
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Her biri tesirlidir. En tesirli qida yumurtadir. Yumurta cox kalorilidir. Ve istahi kesir
26 mart 2016 20:40
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz