Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstədiyiniz qədər yeyə biləcəyiniz, kökəltməyən qidalar
İstədiyiniz qədər yeyə biləcəyiniz, kökəltməyən qidalar
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 835
Səs ver:
Pəhriz saxlayanların ən böyük problemləri az yedikdə doya bilməmələri və gün boyu özlərini ac hiss etmələridir. Ancaq diyetoloqlar bildirirlər ki, bol miqdarda su ehtiva edən, az kalorili qidalarla ac qalmadan arıqlaya bilərsiniz.

Yunan qabağı
Tərkibində çoxlu lif olduğu üçün həzm sisteminə yararlıdır. Kalium, fosfor, kalsium, maqnezium kimi elementlər ehtiva edir. Orqanizmi təmizləyir. Bu tərəvəzin 100 qramının 94 qramını su təşkil edir və sadəcə 19 kalori almağınıza səbəb olur.
Bu tərəvəzi şorablara və ya salatlara əlavə edə bilərsiniz. 

Pomidor
Pomidorun faydaları saymaqla bitmir. Tərkibində orqanizm üçün ən yararlı antioksidant hesab edilən likopen var. Pomidor eyni zamanda niasin, B6, C, A, K vitaminləri ilə zəngindir. Pomidorun 100 qramı 22 kalori edir. Səhər yeməyində pomidor yeyə bilərsiniz. Həftədə 2-3 dəfə qara istiota dadlandırılmış pomidor suyu içə bilərsiniz.
Makaronun üzərinə pomidordan sous hazırlaya bilərsiniz. 

Kələm
Lif, manqan, B6 vitamini, kalium və omeqa-3 yağ turşuları ehtiva edir. 100 qramı 24 kaloridir. 150 qram ağ kələm gündəlik K vitamini ehtiyacının 91,7 faizini, C vitamini ehtiyacının isə 50,3 faizini qarşılayır.
Kələm ilə şorba hazırlaya bilərsiniz. Borş ən faydalı xörəklərdən biridir. Həftədə bir dəfə borş bişirə bilərsiniz.
Çiy halda salatlara əlavə etmək də kələmdən faydalanmaq üçün yaxşı üsuldur. 

Xiyar
Bu tərəvəzin 95 faizi sudur.
Ona görə də nə qədər yesəniz də sizi kökəltməz.
Orqanizmin gündəlik olaraq ehtiyac duyduğu vitaminlərin çoxu xiyarda var.
Səhər yeməyində pomidorla birlikdə yemək olar.
Bütün salatlara əlavə edə bilərsiniz. 

Yaşıl bibər
C vitamini, lif və antioksidantlarla zəngin olan yaşıl bibər ideal kiloda qalmaq üçün ən uyğun tərəvəzlərdən biridir.
Yaşıl bibərdən dadlı salatlar hazırlaya bilərsiniz. 

Gül kələm
Gül kələm C vitamini mənbəyidir. Xərçəngə qarşı təsirlidir.
Gül kələmi qarında şişkinliyə və qaza səbəb ola biləcəyi üçün onu ədviyyatlarla dadlandırıb yemək lazımdır.
Sarımsaq, cirə, zəncəfil ilə birlikdə yemək məsləhətdir. 

Qulançar
K, B, C və A vitamini baxımından zəngindir. Həmçinin lif, mis, fosfor, kalium və zülal qaynağıdır.
Qulançarı ət yeməkləri ilə birgə və ya sadəcə qızardaraq bilərsiniz. Ancaq çiy halda yemək daha yaxşıdır.
Bu tərəvəzin kalorisi az olsa da, çox su ehtiva etmir. Ona görə də digər kökəltməyən tərəvəzlərdən fərqli olaraq daha doyumludur, uzun müddət tox saxlayır. 

Kahı
Kahının demək olar ki, kalorisi yoxdur. Onun böyük qismi sudan ibarətdir.
Salatlarda istifadə edə bilərsiniz. 

Pərpətöyün
Bu tərəvəzin kalorisi az olsa da, bol miqdarda omeqa-3 yağ turşusu ehtiva edir.
Ən faydalı tərəvəzlərdən biri olan pərpətöyündən kükü hazırlaya bilərsiniz. Çiy pərpətöyünün üzərinə qatıq, xardal, sirkə, qaynadılmış mərcimək əlavə edib salat hazırlamaq da olar. 

Kərəviz
A, B, E və C vitaminləri və fosfor, sink, mis mineralları ehtiva edir. Tərkibində kalsium, zülal və dəmir var.
Kərəvizdən tərəvəz yeməyi bişirə, çiy olaraq salatlarda istifadə edə bilərsiniz.


Şərhlər: 8
Baxılıb: 835
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sevincka
her qadina lazi olan melumatlar sag olun
10 mart 2016 19:41
# 8
zezema
bunlarin hamisini yeyerek "acindan olmek dietasindayam" bu deyqe! Oleeeyrem! + qrip! birden fark etdim ki, cooooox kokelmishem.
10 mart 2016 15:40
# 7
Bir hissimi itirmishem - TEECCUBLENMEK
prosta_ayka
hamsinan istifade edirem amma yene kokelirem 122
10 mart 2016 15:31
# 6
vipbetul
bezilerinden salataliq kimi isdifade edirem o daki kokelmemekcin deyil
10 mart 2016 14:44
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Bəzi qidalardan istifadə edirəm, pəhriz filan etmirəm, nə ürəyim istəyir yeyirəm, azyedikdə kökəlmir insan.
10 mart 2016 13:35
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Bezileri istifade etdiyim qidalardi
10 mart 2016 12:53
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Demek olarki qabagi cixmaq sertile digerlerini yeyirem
10 mart 2016 11:27
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
_damla_
Maraqlı melumatlardır.Təşəkkürlər!
10 mart 2016 11:05
# 1
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz