Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cavanlığı və gözəlliyi qoruyan 8 faydalı içki
Cavanlığı və gözəlliyi qoruyan 8 faydalı içki
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 658
Səs ver:
- İnsan orqanizminin təxminən 70-75%-ini su təşkil edir. Su bizim bütün hüceyrələrimizin əsas tərkib hissəsidir. 

Sağlamlığını qorumaq istəyən insan hər gün kifayət qədər təmiz su içməlidir. Susuzlaşma ilk növbədə beyində pozulmalara səbəb olur. Susuzlaşma həmçinin dərinin vəziyyətinə də çox mənfi təsir edir - dəri cansız olur, tez qocalır. 

İnsan yaşa dolduqca orqanizmin suya olan tələbatı azalır və insan susuzluğu hiss etməyə bilər. Həkimlər yaşlı insanlara daim yanında 1 stəkan və ya butulka təmiz su saxlamaq və vaxtaşırı olaraq bir neçə qurtum su içmək tövsiyə edirlər. Su qurtaranda növbəti stəkan doldurun və belə gün ərzində 1,5-2 l təmiz su için (buna əks-göstərişlər yoxdursa). Zorla, birdən çoxlu miqdarda su içmək olmaz. 

- Qəhvə xərçəng əleyhinə təsirə malikdir. Qəhvə orqanizmi tonusda saxlayır. Lakin nəzərə almaq lazımdır ki, yalnız təbii keyfiyyətli qəhvə insan orqanizmi üçün faydalı ola bilər. Gün ərzində 1-2 fincan qəhvə içmək kifayətdir. 

- Yaşıl çay Şərqdə qədim zamanlardan cavanlığı və gözəlliyi qoruyan içki kimi tanınır. Həqiqətən də yaşıl çayın tərkibində çoxlu miqdarda xüsusi maddələr \"antioksidantlar\" var ki, bu maddələr orqanizmin hüceyrələrini qocalmaqdan və dağılmaqdan qoruyur. Gün ərzində 4 fincan yaxşı təbii yaşıl çay içən insan özünü bir çox xəstəliklərdən (xüsusilə ürək-damar 
sistemi xəstəliklərdən) və pozulmalardan qoruya bilər. 

- Kakao flavonoidlərlə zəngindir. Bu maddələr qan damarları qoruyur, hipertoniyanın, aterosklerozun, şəkərli diabetin riskini azaldır, orqanizmə xərçəng əleyhinə təsir edir. Kakao sümüklərimiz üçün də çox faydalıdır. Yaşlı insanlarda (xüsusilə qadınlarda) sümük kütləsinin itirilməsi ilə müşayiət olunan osteoporoz xəstəliyinin ən yaxşı profilkatik üsullarından biri 
kakonun qəbuludur. 

- Qreypfrut şirəsi növbəti faydalı içkidir. Qreypfrutun tərkibində çoxlu miqdarda xüsusi maddə \"likopin\" var ki, bu maddə hüceyrələri qocalmaqdan qoruyur, xərçəng əleyhinə təsirə malikdir və həmçinin dərinin elastikliyinə cavabdeh olan zülalın sintezini (hasilini) stimullaşdırır. 

- Kök şirəsi orqanizmə antioksidant, iltihabəleyhinə, şişəleyhinə təsir edir, immun sistemini stimullaşdırır. 

- Portağal şirəsi lütein maddəsi ilə zəngindir. Bu maddə göz üçün olduqca vacibdir. Lütein göz sağlamlığını qoruyur, gözləri yaşla əlaqədər olan pozulmalardan qoruyur, yaxşı görmənin saxlanılmasına kömək edir. 

- Çuğundur şirəsi antioksidantlar mənbəyidir. Çuğundur şirəsi qan damarları genişləndirir, orqanizmin qanla təmin olunmasını yaxşılaşdırır, hipertoniya xəstəliyinin inkişafının riskini azadır, beyinin fəaliyyətinə müsbət təsir edir.


Şərhlər: 6
Baxılıb: 658
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Çox faydalı məsləhətdir.
9 mart 2016 15:07
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fi-Ra
Faydalı məlumatdı. Yazılanlatdan ən çox su içirəm
8 mart 2016 19:37
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
faydali melumatdir
8 mart 2016 16:03
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SiyahMelek
Salam qizlar men yeniyem tellen girmisem sayta sekil nece qoya bilerem ? Komek ede bilersizmi

Salam qizlar men yeniyem tellen girmisem sayta sekil nece qoya bilerem ? Komek ede bilersizmi
8 mart 2016 12:07
# 3
qanadli melek
Faydali ickilerdi ama yazilanlardan yalniz yawil cay icirem
8 mart 2016 11:49
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Her biri faydali ickilerdi. Orqanizmi temizleyir ve derini teravetlendirir
8 mart 2016 11:43
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz