Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orqanizmi qocalıqdan xilas edən vasitə
Orqanizmi qocalıqdan xilas edən vasitə
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 810
Səs ver:
Hamı bilir ki, balıq yağı çox xeyirli məhsuldur. Əvvəllər balıq yağı əsasən uşaqlara verilirdi. 

Belə hesab olunurdu ki, balıq yağı uşaqların inkişafına və sağlamlığına müsbət təsir edir. Bəli, bu həqiqətdir. Lakin müasir tibb balıq yağını böyüklər üçün daha xeyirli hesab edir. 

Elmi araşdırmalar nəticəsində məlum oldu ki, balıq yağının qəbulu böyüklərdə urək-damar sistemi xəstəliklərinin ən yaxşı profilaktikasıdır. Balıq yağı ürəyin, damarların, beyinin sağlamlığını qoruyur. Məhz bu səbəbdən balıq yağını \"qocalıqdan xilas edən dərman\" adlandırırlar. 

Balıq yağı çox zəngin tərkibə malikdir. Onun tərkibində sağlamlığımız üçün çox vacib olan iki vitamin - A və D vitaminləri var. Bundan əlavə balıq yağının tərkibində çox qiymətli Omeqa-3 yağlı turşuları var. Bu faydalı maddələr balıq yağını əsl dərmana çevirir. Məhz bu səbəbdən balıq yağı bir çox xəstəliklərin müalicəsində və profilaktikasında geniş istifadə olunur. 

Balıq yağı oynaqlarda iltihabları müalicə edir, ağrıları azaldır, oynaqların hərəkətliliyini artırır. Həmçinin balıq yağı dəri xəstəlikləri zamanı da istifadə olunur. 

Balıq yağı yaşlı insanlarda ağıl zəifliyinin inkişafının qarşısını almağa kömək edir. Həmçinin balıq yağı insanları depressiyalardan qoruyur, orqanizmin streslərə qarşı olan davamlılığını artırır. Sübut olunub ki, balıq yağı orqanizmdə \"xoşbəxtlik hormonu\" olan serotoninin ifrazını artırır ki, bu da əhval-ruhiyyəni yaxşılaşdırır. 

Elmi araşdırmlar nəticəsində sübut olunub ki, balıq yağı ürəyə çox müsbət təsir edir: 

- ürəyin ritmini tənzimləyir, aritmiyanın inkişafından qoruyur, 

- infarktın əsas səbəbi olan aterosklerozla mübarizə aparır, 

- damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, 

- arterial təzyiqinin tənzimlənməsinə kömək edir. 

Balıq yağı xərçəngəleyhinə təsirə malikdir. 

Balıq yağı hamilə qadınlara da tez-tez təyin olunur. Balıq yağı dölün sinir sisteminin normal inkişafına kömək edir. 

Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi xəstəliklər və pozulmalar zamanı balıq yağının qəbulu əks-göstərişdir. Bu səbəbdən balıq yağını həkim təyin etməlidir.


Şərhlər: 4
Baxılıb: 810
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
baliq yaqini goz xesdeliyi zamani isdifadesini yalniz esitmisdim
21 aprel 2016 01:10
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
.
20 aprel 2016 11:56
# 3
son bahar
Baligi cox sevirem...yaginanda isdifade etmisem hormonalni malice alanda
20 aprel 2016 08:50
# 2
Sen menim arzularimsan,!
BARBI
Baligidayagini da sevmirem. Cox faydalidir. Fosfor menbeyidir. Goze xeyirlidir.
20 aprel 2016 07:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz