Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yumurtanın faydaları
Yumurtanın faydaları
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 958
Səs ver:
Məlum olduğu kimi, yumurta qaraciyər üçün ağır qida sayılır. Xolesterolla zəngin olduğu üçün çox insan sağlamlığını düşünərək, onu qida rasionundan tamamilə çıxarıb.
 
Dietoloqlar isə hər kəsin yumurta yeməsini məsləhət görür. Yalnız şəkərli diabet və allergiyası olanlar yumurta qəbulunda sərhəd tanımalıdır. Digərləri üçün isə bu qida qiymətsizdir.
 
Gündə neçə yumurta yemək olar?
Yumurta asanlıqla həzm edilən qidadır. Yumurtanın ağı insan bədənində 98% tam həzm olunur. Əzələ kütləsi üçün yemək mütləqdir. Gündə 1 ədəd yumurta yemək arıqlamağa kömək edir, iştahanı azaldır, tez doydurur.  
 
Yumurtanı səhərlər yemək daha faydalıdır. Bu, orqanizmin aclıq hormonu olan qrelinin miqdarına nəzarət etməsinə kömək edir və nəticədə aclıq hissi duyulmur. İnsan özünü əla hiss edir. 
 
Yumurta vitaminlərlə zəngindir
Tərkibində çox miqdarda faydalı vitamin daşıyır. 50% A vitamini və 10% D vitamini, fosfor, sink, yod, retinol, riboflavin, dəmir kimi mineral maddə tərkiblidir.
 
Hər gün 1 ədəd yumurta yeyirsinizsə, göz sağlığınızdan narahat olmağa dəyməz,
Tərkibindəki lutein antioksidanı göz əzələlərini yaş degenerasiyasından qoruyur, vitamin A isə toyuq korluğundan xilas edir.
 
Yumurta osteoporozdan qoruyur
Qaynadılmış yumurta sümüklərinizin möhkəm olmasının zəmanətidir.
 
Yumurta beyni gücləndirir
Yumurtanın tərkibində beyin üçün əhəmiyyətli olan xilin maddəsi var. O, yaddaşı yaxşılaşdırmağa, qıcıqlara qarşı tez reaksiya verməyə, yaradıcı düşünməyə yardım edir. Beyin fəaliyyəti üçün əvəzolunmazdır.
Uşağın allergiyası yoxdursa, 3 yaşından sonra zehni inkişafı üçün gündə 1 ədəd yumurta yedirin.
 
Yumurta ateroskleroz riskini ortadan qaldırır
Yumurtanın qida rasionuna daxilindən sonra qandakı xolesterol miqdarı artmır.
Yumurtanın tərkibində olan fostfatid maddəsi qan damarlarında ateroskleroz lövhəsinin yaranmamasına kömək edir.
 
Ən yaxşısı yumurtanı kərə, ya duru yağla bişirmədən qaynadılmış vəziyyətdə yeməkdir.  Bununla həzmlə bağlı yarana biləcək problemlərin də qarşısını almış olacaqsız.
 
Diqqət: Yumurtanın nazik və kövrək qabığı onun keyfiyyətsiz olmasından xəbər verir. Ancaq qəbul edildiyi kimi yumurtanın rəngi onun keyfiyyətinə heç dəlalət etmir.
 
Gündə bir yumurta yemək sağlamlığınızda möcüzə yaradacaq. İndidən öz qeydinizə qalın ki, gələcəkdə sağlam, çiçəklənən insan olasınız.


Şərhlər:
Baxılıb: 958
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz