Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beyinin fəaliyyətini yaxşılaşdıran qidalar
Beyinin fəaliyyətini yaxşılaşdıran qidalar
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1003
Səs ver:
Araşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.
Umumillikdə bu qidaların qəbulu beyini sağlam vəziyyətdə saxlamağa kömək edir.
Beləliklə, bizim beynimiz bu məhsulları "xoşlayır":
- Balıq və digər dəniz məhsulları(krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün "hava kimi" lazımdır.
- Giləmeyvələrin bir çox hissəsi "antioksidant" adlandırılan maddələrlə zəngindir.  Bu maddələr sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar insan orqanizminin hüceyrələrini zədələyən atomlar toplusudur. Həkimlər məhz onları xərçəngin inkişafında, ürək-damar sistemi xəstəliklərində, qocalıq ağıl zəifliyində "günahlandırır".
- Qoz-fındıq beyin üçün çox xeyirlidir. Bu məhsulların arasında beyin üçün ən faydalı olan qozdur.
Qoz-fındıq dedikdə biz həmçinin araxis, keşyu, badam və s. nəzərdə tuturuq. Onlar da omeqa 3 və omeqa 6 yağlı turşularla zəngindir. Bundan əlavə onlar B6 və E vitaminlərinin zəngin mənbəyidir. Qoz-fındıq beyinin fəaliyyətini yaxşılaşdırır, insanın əhval-ruhiyyəsini qaldırır, depressiyadan çıxmağa kömək edir. Bu səbəbdən həkimlər əqli fəaliyyəti ilə məşğul olanlara, məktəbdə oxuyan uşaqlara və tələbələrə bu məhsulları hər gün qəbul etməyini tövsiyə edirlər (gün ərzində bir ovuc qoz-fındıq kifayətdir).
- Günabaxan, kətan, küncüt, balqabaq tumları yaddaşı möhkəmləndirir, beyinin fəaliyyətini yaxşılaşdırır.
- Müxtəlif dənli bitkilər fol turşusu və B qrupu vitaminləri ilə zəngindir ki, insanın yaddaşını və umumillikdə insanın zehnini yaxşılaşdırır. Dənli bitkilərin arasında beyin üçün ən xeyirli olanlar bunlardır - yulaf yarması, arpa yarması, qəhvəyi düyü və s.
- Tünd şokolad beyinin əsas "dostlardan" biri sayılır. Bu növ şokolad antioksidantlarla zəngindir. Şokolad insanın diqqətini va yaddaşını yaxşılaşdırır, beyini qan təchizatına müsbət təsir edir.
- Yumurta zülal və A, D, E, B qrupu vitaminlərlə, lesitinlə zəngindir. Bu maddələr beyində yaşla əlaqəli olan dəyişikliklərlə mübarizə aparır.
- İspanaq, kahı, brokkoli kələmi, avokado, sarımsaq, kök, pomidor, üzüm da beyinin funksiyalarına çox müsbət təsir edir.
- Ekzotik karri ədviyyatı antioksidantlarla zəngindir ki, beyinin qocalması ilə mübarizə aparır.
- Qəhvə də beyinin fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Qəhvənın gündəlik qəbulu (təbii ki, az miqdarlarda - 1-2 fincan gün ərzində) Alsqeymer xəstəliyi kimi ağır xəstəliyin profilaktikasıdır. Alsqeymer xəstəliyi adətən yaşlı insanlarda inkişaf edir. Bu xəstəlik zamanı beyinin hüceyrələri kütləvi şəkildə məhv olur ki, nəticədə ağıl zəifliyi inkişaf edir.
- Yaşıl çay xüsusi maddələr "katexinlər" (beyini tonuslaşdırır) və antioksidantlarla zəngindir. Gün ərzində 2-3 yaşıl çay fincanı qəbul edə bilərsiniz.


Şərhlər: 6
Baxılıb: 1003
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
melumata gore tesekiller........
29 mart 2016 00:48
# 6
evli.mutlu.cocuklu
Tund skolad hec sevmirem ama maraqli idi tsk
28 mart 2016 22:56
# 5
14MsM
Balig biz cox yeyiriy yaxwi balig olsa severey yiyeniyem..qidaya en cox ovladlarima qarwi riyayet edirem onlarin yemeyine cox diqqet edenem

Ozum yemeye qarwi kaprizim var ozumden asli deyil ne olsa yeyen deyilem bezi xeyirli qidalar varki uzagam dad baximindan ama ovladima oyerdirem yesin osa mene oxwamasin
28 mart 2016 22:22
# 4
BARBI
Her biri faydali qidalardir. Beyi fealiyetine musbet tesir gosterir
28 mart 2016 21:08
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
twkler melumata gore
28 mart 2016 20:11
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fi-Ra
Bir-iki qidanı çıxmaq şərtilə qalanlarını xoşlayıram və yeyirəm.
28 mart 2016 20:07
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz