Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaraciyər sağlamlığı üçün tövsiyyə edilən qidalar
Qaraciyər sağlamlığı üçün tövsiyyə edilən qidalar
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 824
Səs ver:
Balqabağın bilmədiyiniz 11 faydası" href="/duzgun-qidalanma-13/balqabagin-bilmediyiniz-11-faydasi-179">Tərəvəzlər: Tərkibində sulfid (kükürd) olan qidalar qaraciyəri təmizləyir və bədəndəki kimyəvi maddələrdən daha qısa müddətdə azad olunmağı təmin edir. Kükürdlə zəngin olan tərəvəzlər soğan, sarımsaq və kələmdir. Lakin, təkcə bu tərəvəzləri yeməklə kifayətlənməyin. Həm qaraciyəriniz, həm də ümumi sağlamlığınız üçün gundə 3-4 pors təzə tərəvəz yeməyə çalışın.

Meyvələr: Antioksidant cəhətdən zəngin olan meyvələr qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edir, zərərli toksinlərin bədəndən xaric olma müddətini sürətləndirərək ümumi bədən sağlamlığımıza xeyir edir. Kivi, çiyələk, qaragilə və zoğal kimi meyvələr antikosidantla olduqca zəngindir. Bundan əlavə, portağal, qreyfrut, ərik, armud və alma kimi meyvələr də qaraciyəri qoruyur. Hal-hazırda qaraciyərlə bağlı bir probleminiz varsa, tərkibində A vitamini olan meyvələr yeməyin.

Taxıllar: Tam taxıllı qidalar karbonhidrat tərkibli olmağı və yağ miqdarının az olması sayəsində qaraciyərə faydalı qidalar arasında xüsusi yer tutur. Həmçinin, bu qidalar antioksidant vəzifəsi daşıyır və orqanizmimizi lazımlı vitamin və minerallarla təmin edir.

Protein: Bədənin enerjisini və əzələ toxumasının yaranmasını təmin edən protein sağlam bir qaraciyər üçün lazımlıdır. Ancaq artıq miqdarda protein qəbul edilməsi qaraciyəri yora bilər. Həmçinin, proteini yağlı ət kimi qaraciyər üçün faydalı olmayan qidalar əvəzinə az yağlı qatıq, pendir, ispanaq, soya paxlası və yaşıl noxud kimi qidalardan almağa üstünlük verin. Qaraciyər xəstəliyi olanlara həkim tərəfindən protein qəbulunu məhdudlaşdırmaları tövsiyyə olunur.

Lif: Lif tərkibli qidalar yeməklərdən alınan artıq yağların bədəndən xaric edilməsinə kömək edir. Eyni zamanda lif toksinlərin bədəndən xaric olmasında qaraciyərin fəaliyyətini asanlaşdırır. Lif baxımından zəngin qidalara misal olaraq mərcimək, ispanaq, qara lobya, armud, alma, moruq və banan kimi qidaları göstərmək olar.


Şərhlər: 8
Baxılıb: 824
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
İnsan özünün sağlamlığı üçün, yediklərinə diqqət etməlidir.
13 mart 2016 13:04
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
tatyana
Meyve hergun en cox yediyimdi,deyirem axi bir qaraciyerimden hekimde olmamisam)
12 mart 2016 23:15
# 7
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
ulduz
Qaraciyərin düsmanı yaglı qizatdilmis qidalar və dərmanlardır
12 mart 2016 22:48
# 6
arzum-aysum
qaraciyəre en pis təsir eden ilk şey cox derman qəbuludu. buna görə her zaman sağlam qidalanmaq ve tebii vasitələrden istifadə etməyə çalışmalıyıq
12 mart 2016 21:11
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
faydali melumatdir
12 mart 2016 20:47
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Bu qidalar saglamliq ucun faydalidir.Demek olar ki hamisindan istifade edirem.
12 mart 2016 20:26
# 3
Barbaris
tewekuurler istifade edirem
12 mart 2016 20:14
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Men de bu qidalari yeyirem. Orqanizme cox faydalidir
12 mart 2016 20:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz