Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qidalanarkən bunlara diqqət yetirin
Qidalanarkən bunlara diqqət yetirin
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 709
Səs ver:
Bir çox hallarda, ağır iş qrafiki olan insanlar yemək bişirməyə vaxt tapmır. Bunun çarəsini də bir dəfə yemək bişirib bir neçə dəfə yeməkdə görürlər. Bişirdikləri yeməyi bir neçə gün dəfələrlə isidərək yeyirlər. Bəs bunu etmək nə dərəcədə doğrudur?! Elə qidalar var ki onları təkrar isidərək yemək olmaz. Belə qidalanmaq qida zəhərlənmələrinə yol aça bilər. Ən çox da uşaqlar üçün risklidir. 

Ət, yumurta, toyuq kimi məhsullardan hazırlanmış qidalar qaldıqca onlarda bakteriyaların sayı artır. Ən çox zəhərlənmələrə yol açan bakteriyalar isə salmonella və listeriya. Qida zəhərlənmələri əsasən ürək bulanma, qusma, qarın ağrısı, qızdırma kimi simptonlarla özünü göstərir. Bu zaman mütləq həkimə müraciət olunmalıdır. 

Əgər siz bundan xəbərsizsinizsə o zaman Qadınlar.biz-in bu məlumatı ilə tanış olun.

Yeməklərin saxlanılma şəraiti üçün bunlara mütləq əməl etməyiniz tövsiyə olunur. Xörəyin 2 saat otaq tempraturunda qalması bakteriyaların artması üçün kifayət edir. Odur ki , yeməklərinizi iki saatdan artıq otaq tempraturunda saxlamayın.

Çiy əti kəsdiyiniz bıçaqla bişmiş əti kəsməyin. Eynilə çiy ətləri yığdığınız qaba bişmiş ətləri yığmayın.Yeməkləri qızdırdıqda mütləq qaynama tempraturuna qədər qızdırın.Çəkilmiş çiy ət soyuducunun buz yerində maksimum 4 ay, bişmiş ət isə 2-3 ay saxlanıla bilər.

İspanaq o qidalardandır ki, onu mütləq bir dəfə bişirib yemək lazımdır. İkinci dəfə qızdırdıqda ispanağın tərkibində olan nitratın zəhərli hesab olunan nitritə çevrilməsi müşahidə olunur ki, bu da əsasən uşaqlar üçün təhlükəlidir.Çünki, körpələrin 5 mg nitrit alması belə onların həyatı üçün təhlükəlidir. Nitrit zəhərlənməsi zamanı ağız və göz ətrafı bölgələrdə göyərmə müşahidə olunur. Həmçinin çuğundur, brokoli, kələm, kök kimi qidalar nitrat zəhərlənməsinə gətirib çıxara bilər.

Toyuq yeməkləri səhərə saxlanılmaması vacib olan yeməklərin başında gəlir.Təkrar qızdırıldıqda daxilindəki proteinin quruluşu dəyişir və bakteriya artımına səbəb olur.

Eynilə Toyuqda olduğu kimi yumurta da yüksək tempraturda qızdırılsa bele daxilindəki suyun azalması səbəbindən proteinin quruluşu dəyişir. Buda bakteriyaların artımına səbəb olur.Buna görə də yumurta istifadə etdiyiniz yeməklərlə bir qədər ehtiyatlı olun.

Göbələk də təkrar qızdırılması tövsiyə edilməyən qidalar sırasındadır. Əsasən həzm sistemi pozuntuları ilə nəticələnir.


Şərhlər:
Baxılıb: 709
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz