Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Turşu sevənlər oxusun
Turşu sevənlər oxusun
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 963
Səs ver:
Turşu təbii probiotik qidalardan biridir. Türkiyəli həkim Yavuz Dizdar turşunun sağlamlığa faydalarından danışıb.
  
Təbii probiotiklər həzm sistemi üçün çox faydalıdır. Probiotiklə ən zəngin qidalar qatıq və kefirdir. Ancaq turşu da bu süd məhsulları qədər faydalı hesab edilir.
 
Doktor Yavuz Dizdarın sözlərinə görə, xüsusilə də, kələm turşusu sağlamlıq üçün əvəzedilməzdir:
 
"Turşu, xüsusilə, kələm turşusu probiotiklərə olan ehtiyacı tam qarşılayır. Turşunun bağırsaqlara faydalı olması üçün keyfiyyətli sirkə ilə ev şəraitində hazırlanması vacibdir”.
 
Həkim bildirir ki, turşu qaydalara uyğun hazırlanmalıdır:
 
"Turşusu qoyulan bütün tərəvəzlərin üzərində mikroorqanizmlər olur. Turşu hazırlayarkən həmin mikroorqanizmlərin mayalanması üçün uyğun şərait yaratmaq vacibdir. Elə etmək lazımdır ki, orqanizm üçün faydalı olanlar çoxalsın, zərərli mikroorqanizmlər isə ölsün. Bunu duzla həll etmək olar.
 
Duz tərəvəzi çürüdə biləcək bakteriyaları məhv edir. Turşunu qaya duzu ilə hazırlamaq lazımdır. Onu sirkə və ya limonla hazırlamaq olar. Limon da sirkə ilə eyni işə yarayır. Tək fərq turşunun dadı olacaq”.
 
Həkim marketlərdə satılan turşuların faydalı olmadığını, hətta sağlamlıq üçün təhlükəli olduğunu vurğulayır:
"Marketlərdə satılan turşuların çoxunda kimyəvi maddələr olur. Bu turşuların üzərində 2-3 il istifadəyə yararlı olduğu göstərilir, halbuki, turşu 6 ay ərzində yeyilməlidir”.


Şərhlər:
Baxılıb: 963
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz